04:50 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
TƏHLİL
Qısa URL
16 0 0

"Mehri dəhlizi nəinki Azərbaycan, həmçinin regionun digər ölkələri, o cümlədən Ermənistan üçün də faydalı olacaq. Ən əsası isə bu layihə həmin ölkələrin logistika imkanlarını genişləndirməyə kömək edəcək".

BAKI, 25 mart — Sputnik, Aleksandra Zuyeva. Zaman göstərdi ki, Azərbaycan Rusiya ilə yaxınlaşma strategiyasını seçməkdə səhv etməyib. Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov 2021-ci ilin ilk kvartalı ərzində iki ölkə arasında münasibətləri şərh edərkən deyib.

Mixaylov Azərbaycanla Rusiya arasında münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb. Ekspert həmçinin xatırladıb ki, ikinci Qarabağ müharibəsindən əvvəl də bu münasibətlərdə rəsmi Bakının öz strateji tərəfdaşı olan Rusiya ilə maksimum yaxınlaşmaqda israrlı olduğu aydın müşahidə olunurdu. Ekspertin sözlərinə görə, bu siyasi xətt xüsusilə koronavirus pandemiyası ilə əlaqədar yaranmış qlobal böhran fonunda daha aşkar görünürdü.

"Şübhə yoxdur ki, Azərbaycan və Rusiya gələcəkdə də əməkdaşlıq etməkdə davam edəcəklər və buna heç nə mane ola bilməyəcək", - deyə ekspert vurğulayıb.

Mixaylov onu da xatırladıb ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsini məhz Bakı təklif edib və indi, zaman keçdikdən sonra aydın olur ki, Rusiyanın Cənubi Qafqazda ən azı növbəti beş ildə möhkəmlənməsinə imkan verməklə Moskva ilə yaxınlaşma strategiyasını seçməkdə səhv etməyib.

Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli
© Photo : The Ministry of Foreign Affairs of the Russian Federation

Agentliyin müsahibi əmindir ki, Mehri dəhlizi nəinki Azərbaycan, həmçinin regionun digər ölkələri, o cümlədən Ermənistan üçün də faydalı olacaq. Ən əsası isə bu layihə həmin ölkələrin logistika imkanlarını genişləndirməyə kömək edəcək.

Rusiya ilə Türkiyə münasibətlərinə gəldikdə isə, Mixaylov xatırladıb ki, hər iki ölkə hətta razılığa gəlməyin mümkün olmadığı görünən hallarda dünya ictimaiyyətinə razılğa gəlmək bacarıqlarını nümayiş etdiriblər. Onların hər birinin öz milli maraqları var, lakin Moskva və Ankara bu maraqlara, həmçinin Qarabağ məsələsinin tənzimlənməsində riayət etməyi bacardılar.

"Hesab edirəm ki, Ağdamda yaradılmış Rusiya-Türkiyə monitorinq mərkəzi iki ölkə arasında sülhməramlı qarşılıqlı əməkdaşlıq sahəsində çox uğurlu layihədir. Bu, həmçinin Rusiya və Türkiyə hərbçiləri arasında münasibtələrdə də yeni mərhələdir. Tərəflər bölgədəki mövcud problemləri tam anlayılar və təmas xəttində istənilən təxribat birgə mərkəz tərəfindən adekvat təhlil olunur", - deyə ekspert bildirib və onu da əlavə edib ki, bu təcrübə Rusiya və Türkiyənin maraqlarının toqquşduğu digər regionlarda da istifadə oluna biləcək.

Əsas mövzular