02:24 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
TƏHLİL
Qısa URL
535 0 0

Cənubi Qafqaz azsaylı regionlardan biridir ki, özünün regional təhlükəsizlik institutları və arxitekturası yoxdur. ATƏT öz daxilində sırf regional formada bunu təşkil edə bilər.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. "Bizim Bakıda yenilənmiş diplomatik varlığımız ikitərəfli əlaqələrin vacibliyini təsdiqləyir". Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici İşlər naziri Ann Linde özünün "Twitter" hesabında qeyd edib. Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev və Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşən ATƏT-in sədri önəmli açıqlamalar verib. O, müharibədən sonrakı dövrdə bölgədəki vəziyyətin dəyişməsinə diqqət çəkib. Xarici İşlər Naziri Ceyhun Bayramov da Ann Linde ilə görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın ATƏT ilə üç istiqamətdə əməkdaşlığı dərinləşdirmək niyyətində odluğunu ifadə edib.

Bəs yeni şəraitdə ATƏT-in regiondakı rolu nədən ibarət olacaq? Mövzu ilə bağlı politoloq Əhməd Əlili Sputnik Azərbaycan-ın sullarını cavablandırıb.

Politoloq bildirib ki, hazırkı şəraitdə ATƏT-lə Azərbaycan münasibətlərindən danışanda regional vəziyyətin fərqli olmasını nəzərə almalıyıq:

"Yəni artıq ötən ilin 27 sentyabrına qədər mövcud olan reallıqlar yoxdur, kardinal dəyişikliklər baş verib. Bu dəyişikliklərə uyğun olaraq həm regional təşkilatlar, həm də beynəlxalq təşkilatlar fəaliyyətlərini yenidən dizayn edirlər və planlaşma aparırlar. Xüsusi ilə də nəzərə almaq lazımdır ki, ora həm Azərbaycan, həm də Ermənistan üzv idi. Eyni zamanda Azərbaycan iştirakçısı olduğu regional layihələrdə fəaliyyətini yenidən quracaq. Azərbaycan prezidenti və daha sonra Türkiyə prezidenti regional əməkdaşlıq platforması ilə bağlı fikirlər səsləndirib. Amma burada ən əsası regional təhlükəsizlik infrastrukturunun tamamilə dəyişilməsidir. Regional təhlükəsizlik infrastrukturuna ATƏT cavabdehdir və bu onun fəaliyyətinə daxildir. Bu istiqamətdə də yenidən qurma işləri aparılmalıdır. ATƏT sədrinin bu səfəri regionu öyrənmək məqsədi daşıyır. Bu səfərlə həm də gələcək fəaliyyət imkanları dəyərləndiriləcək".

Politoloqun fikrincə, ATƏT regional təhlükəsizliklə yanaşı prioritet olan digər sahələrdə də kompleks yanaşmanın mövcud olmasında maraqlıdır: "Bu da özünü ATƏT-in yaxın zamandakı fəaliyyətində göstərəcəkdir. Eyni zamanda Azərbaycan rəsmiləri vaxtilə Ermənistan ilə əməkdaşlıq çərçivəsində səsləndirilmiş fikirlərə artıq yer olmadığını da qeyd ediblər. Əgər müharibəyə qədərki dövrdə Azərbaycan Ermənistana müəyyən güzəştlərə getməyə razı idisə, amma hazırkı reallıqlarda yeni yanaşmalar var. Buna uyğun olaraq da ATƏT və digər beynəlxalq təşkilatlar fəaliyyətlərini tənzimləməlidirlər. Əməkdaşlıq platformasının qurulması yeni təhlükəsizlik paradiqması doğurur. Cənubi Qafqaz azsaylı regionlardan biridir ki, özünün regional təhlükəsizlik institutları və arxitekturası yoxdur. ATƏT öz daxilində sırf regional formada bunu təşkil edə bilər".

"Konkret olaraq ATƏT ilə əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini şərh etsək, deyə bilərik ki, 44 günlük müharibənin Azərbaycanın qələbəsi ilə bitməsi ölkəmizə olan münasibəti də dəyişdi. Vaxtilə Azərbaycan haqqında uydurulan miflər dağılıb. Ona görə də ayrı-ayrı təşkilatlar və suveren ölkələr Azərbaycanla fərqli və yeni formada əməkdaşlıq qurmaq istəyirlər. ATƏT də bu baxımdan istisna deyil".

Əsas mövzular