01:57 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
TƏHLİL
Qısa URL
26 0 0

"Ruslar artilleriyadan maksimum istifadə edəcəklər. Onların bu sahədə Qərb orduları ilə müqayisədə üstünlüyü var".

BAKI, 15 mart — Sputnik, Andrey Kots. Tezliklə ABŞ quru qoşunlarının arsenalına yeni artilleriya mərmisi daxil ediləcək. Reaktiv yaylım atəşi sistemləri üçün nəzərdə tutulmuş idarə olunan ER GMLRS mərmisi artıq sınaqdan çıxarılıb və 80 km məsafədəki hədəfi uğurla məhv edib. Pentaqon əmindir ki, bu məsafə hələ son hədd deyil. "RİA Novosti"nin məqaləsində yeni silahın perspektivləri və onun Rusiyadakı analoqları barədə məlumat verilir.

"Qızıl" mərmilər

Quru qoşunlarının istifadəsində müasir uzaqvuran silahların olmaması məsələsi ABŞ ordusu komandanlığını çoxdan narahat edirdi. Onlar həm lüləli, həm də reaktiv artilleriyada Rusiyadan geri qaldıqlarını aşkar etiraf edirlər. Bu yaxınlarda reaktiv sursatın sınaqdan keçirilməsi artıq bu qəbildən olan ikinci tədbirdir. 2020-ci ilin noyabr ayında keçirilən sınaq uğursuz olmuşdu. Belə ki, atəşdən dərhal sonra mərmi elə havada partlamışdı. "Lockheed Martin" konserninin mütəxəssisləri səhvləri düzəldib çatışmazlıqları aradan qaldıraraq Nyu-Meksikodakı White Sands poliqonunda "ER GMLRS" mərmisini yenidən sınaqdan çıxarıblar. Adıçəkilən mərmi onun hazırlandığı HIMARS reaktiv yaylım atəşi sistemindən atılıb.

"Bizim yeni idarə olunan reaktiv mərmimiz RYAS-ın atəş məsafəsini xeyli artıracaq", - deyə Lockheed Martin şirkətinin raket bölməsinin vise-prezidenti Qailya Kempbel bildirib. Onun sözlərinə görə, sınaqlar nəticəsində mərminin bütün uçuş trayektoriyası boyunca arzuolunan nəticələr əldə edilib, planlaşdırılan məsafədə yerləşən hədəf məhv edilib və "HIMARS"ın proqram təminatı sazlanıb. Bundan əlavə, mərmi üzərində işlər başa çatdırıldıqdan sonra ondan M270 RYAS-dan də atəş açmaq mümkün olacaq.

Kempbelin sözlərinə görə, növbəti sınaqlarda 150 km-lik rekord uçuş məsafəsinə nail olmaq zəruridir. Əgər bu mümkün olsa, ABŞ RYAS-ləri dünyada ən uzaq vuran sistemlər olacaq. Lakin perspektiv mərmilərin istifadəsi, çətin ki, həqiqətən kütləvi hal alsın. Belə ki, raketin 60 km-lik adi variantının dəyəri 100 min dollardır. Aşkardır ki, təkmilləşdirilmiş mərmi Pentaqona daha da baha başa gələcək.

Hərbi müdafiə vasitələrinin sərgisi: Rusiyanın təklifləri>>

ER GMLRS (Enhanced Range Guided MLRS) – kaset və monoblok tipli döyüş başlığı olan 227 millimetrlik idarə olunan reaktiv mərmidir. Tuşlama sistemi ətalət prinsipi və peyk vasitəsilə işləyir. Təyinatı: tək-tək, kiçik həcmli hədəflərin, məsələn, tankların, yaxud dəqiq yaylım atəşi ilə kiçik obyektlərdən ibarət olan hədəfin məhv edilməsidir. Hazırda ABŞ ordusunun sərəncamında 50 minə yaxın GMLRS mərmisi var. Yeniləşdirilmiş mərmilərin hansı sayda alınacağı barədə hələ ki məlumat yoxdur. Lakin məlumdur ki, yeni silahın kütləvi istehsalı 2023-cü ilə planlaşdırılır.

Yerdə üstünlük

Amerikalılar lüləli artilleriyanı da inkişaf etdirmək niyyətindədirlər. Ötən ilin martında keçirilən sınaqlarda perspektiv özüyeriyən ERCA (Extended Range Canon Artillery) haubitsası 65 km məsafədə olan hədəfi uğurla məhv edib ki, bu da ABŞ ordusunun silahlanmasındakı əsas özüyeriyən artilleriya qurğusu olan M109 mərmisinin uçuş məsafəsindən iki dəfə artıqdır. Həmin sınaqlar zamanı atəş 155 mm-lik, uzunluğu 58 kalibr olan XM907 qurğusundan açılıb. Bu zaman hazırda silahlanmada olan idarəolunan "Excalibur" və atəş məsafəsi daha uzun olan eksperimental aktiv-reaktiv XM1113 tipli mərmilərlə təchiz olunub. Hər iki tip mərmi kiçik ölçülü hədəfləri uğurla məhv edib.

Vaşinqtonun artilleriyaya xüsusi diqqət yetirməsi təsadüfi deyil. Belə ki, 2017-ci ilin dekabrında ABŞ-ın nüfuzlu tədqiqat mərkəzlərindən olan və ötən əsrin ortalarından etibarən Pentaqona milli təhlükəsizlik məsələləri ilə bağlı məsləhətlər verən RAND Rusiya silahlı qüvvələrinin döyüş imkanları ilə bağlı təhlil nəşr edib. Qərb analitiklərinin fikrincə, mümkün müharibə zamanı Rusiya düşmənin quru qoşunları ilə birbaşa atəş təmasına girmədən onlara maksimum ziyan vurmağa çalışacaq. Bunun üçün cinahlara zərbələr, manevrlər və bloklama üsullarından istifadə olunacaq.

ABŞ  “Dəniz Pişikləri”, arxiv şəkli
© AFP 2021 / U.S. Air Force photo by Technical Sgt. Lionel Castellano

"Ruslar artilleriyadan maksimum istifadə edəcəklər. Onların bu sahədə Qərb orduları ilə müqayisədə üstünlüyü var. Məsələn, ABŞ quru qoşunları briqadasının nəzdində yalnız bir artilleriya taboru var. Rusiya silahlı qüvvələrinin hərbi hissələri və birləşmələrində isə artilleriya bölmələrinin sayı xeyli çoxdur. Üç motoatıcı və bir tank taborundan ibarət briqadaya gücləndirmə məqsədi ilə adətən iki özüyeriyən artilleriya qurğusu və bir reaktiv artilleriya taboru əlavə olunur. Ona görə də üzbəüz döyüş zamanı ABŞ briqadası istifadəsində çoxlu sayda top və RYAS olan və çox növdə mərmilərdən istifadə edərək uzaq məsafəni vura bilən rəqiblə qarşılaşacaq", - deyə RAND ekspertləri bildirirlər.

Ciddi geriləmə

Amerikalılar bu sahədə həqiqətən geridədirlər. Belə ki, 2016-cı ildən etibarən Rusiya ordusuna 300 mm kalibrli Tornado-S RYAS-ləri verilir ki, bu sistemlər də uzaq məsafələrdə qrup şəklində hədəfləri (canlı qüvvə, zirehsiz, yüngül zirehli və zirehli texnika), taktiki raketləri, zenit komplekslərini, dayanacaqda hazır dayanmış helikopterləri, komanda məntəqələrini, rabitə qovşaqlarını, hərbi-sənaye infrastrukturunu məhv etmək üçün nəzərdə tutulub. Həmin sistemlərin atəş məsafəsi 120 km-dir və Rusiya Müdafiə Nazirliyindən bilidirildiyinə görə, bu məsafə 200 km-ə çatdırılacaq. Xatırladaq ki, ASBŞ-ın HIMARS sistemlərinin atəş məsafəsi cəmi 80 km-dir.

Hətta bundan bir qədər köhnə olan "Smerç" RYAS-ləri də idarə olunan mərmilərlə yüz km məsafədə hədəfi vurmaq iqtidarındadır. Düzdür, ABŞ RYAS-ları ATACMS tipli kiçik mənzilli operativ taktiki ballistik raketlərin atılması üçün istifadə oluna bilər. Belə ki, onların atəş məsafəsi 300 km təşkil edir. Lakin Rusiyanın "İskənder-M" raketləri hədəfi 500 km məsafədə vurur.

Bundan əlavə, Rusiyada RYAS-lar daha geniş nomenklaturaya malikdir. Ağır 300 mm-lik "Smerç" və "Tornado-S"-lərdən əlavə quru qoşunlarının sərəncamında 122 mm-lik "Qrad" və "Tornado-Q" qurğuları da var ki, onların da atəş məsafəsi 42 kilometrdir. Rusiyanın 220 mm-lik "Uraqan" qurğuları isə 36 məsafədə hədəfi məhv etmək qabiliyyətinə malikdir. Radiasiyadan, kimyəvi və bioloji hücumdan müdafiə qüvvələrinin sərəncamında isə ağır TOS-1 və TOS-2 odsaçan sistemləri də var ki, bunlar da əslində elə yaxınmənzilli, 6 km-ə qədər məsafədə hədəfi məhv etməyə qadir olan RYAS-dır.

Amerikalıların isə əlində olan hələ ki 227 mm-lik HIMARS və M270 qurğularıdır ki, onların da idarə olunan mərmi ilə atəş məsafəsi 60 km (Tornado-S-dən iki dəfə az), idarə olunmayan mərmilərlə isə 40 km-dir.

Lüləli artilleriyada da vəziyyət eynidir. ABŞ əsas özüyeriyən artilleriya qurğusu olan M109A7-nin ən son modifikasiyası belə qəlpəli-fuqas mərmilərlə ən çoxu 22 km məsafəyə atəş açır. Rusiyaya məxsus, hələ SSRİ dövründə hazırlanmış "Msta-S" isə 25 km məsafəyə, həm də daha çox tezliklə atəş açmaq qabiliyyətindədir. Perspektiv "Koalisiya" özüyeriyən artilleriya qurğusu isə idarə olunan mərmilərlə 80 km məsafədə olan hədəfləri məhv etməyə qadirdir.

Əsas mövzular