Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Media landşaftı" layihəsi mediamıza nə vəd edir?

© AFP 2023 / KENZO TRIBOUILLARDЖурналистка в офисе, фото из архива
Журналистка в офисе, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.02.2021
Abunə olmaq
Zahid Oruc: Milli mətbuatın 4-cü hakimiyyət kimi gücünün qaytarılması yönündə addımların atılmasına başlanılıb.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 fevral — Sputnik. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Oruc mətbuata açıqlamasında media ilə bağlı yeni layihənin hazırlandığını bildirib. Z.Orucun sözlərinə görə, hazırlanan sənəd "media landşaft"ı layihəsidir. STM rəhbəri artıq bu layihənin dövlət rəhbərliyinə təqdim edildiyini söyləyib.

Sputnik Azərbaycan "media landşaftı" layihəsində nələrin öz əksini tapdığını araşdırıb.

Z.Oruc Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "media landşaftı" layihələri beynəlxalq məkanda geniş yayılıb. Onun sözlərinə görə, bu sənəd mətbuat və informasiya vasitələrinə ictimai münasibəti tətbiq edir:

"Mətbuatın keyfiyyət imkanları, əhatə dairəsi, mövzu rəngarəngliyi, proqram siyasəti və digər komponentlər üzrə differensiallaşdırılır. Bunun əsasında da cəmiyyətin fikri formalaşır. İnformasiya təminatı və ya informasiya menyusu necə qurulur. Bu əsnada biz həmin modeli təcrübədə öyrənməyə çalışdıq. Bu, 2020-ci ildə həyata keçirilmiş bir layihə idi. Bu zaman bizi düz başa düşmədilər. Hətta televiziyaların reytinqini necə müəyyən etdiyimizə dair suallar ortaya çıxdı. Bu, bizim ilk işimiz idi".

"Biz bunu 2021-ci il üzrə iş planımıza daxil edərkən onu da nəzərə aldıq ki, bu gün efir məkanında siyasi verilişlərin az olduğundan narazılıq ediriksə, televiziyaların maraqlılıq əmsalının aşağı düşdüyünü qeyd ediriksə, bunlar havadan deyilən fikirlər deyil. Hər biri sorğu keçirdiyimiz respondentlərin rəyində öz əksini tapır. Bir gerçəklik var ki, bu gün Azərbaycan tamaşaçısı bu boşluğu xarici televiziyalara baxmaqla doldurur. Bunu inkar etmək olmaz. Bizim ona görə də 2021-ci il planımızda media barometrinin hazırlanması var. Fərqli yanaşmalarla biz birinci sənədi dövlət rəhbərliyinə təqdim etdik", - STM-in rəhbəri əlavə edib.

Силуэты представителей СМИ, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.01.2021
CƏMİYYƏT
MEDİA Azərbaycan mediasına nə verəcək?

Z.Orucuz sözlərinə görə, bu layihə ilə bağlı bütün detalları ictimailəşdirmək mümkün deyil. Amma çox şaddır ki, mətbuatın 4-cü hakimiyyət kimi gücünün qaytarılması yönündə addımların atılmasına başlanılıb. Azərbaycan Prezidenti mətbuata diqqətlə yanaşır, qayğı göstərir. Mətbuatın yayım problemləri çox ciddi problem olaraq qarşıda durur. Bütün bunlar isə onların əhatə etdiyi sənəddə mövcuddur:

"Sənəddə radiolara münasibət, onların dinlənməsi, televiziyaların bölgələr üzrə reytinqi, MTRŞ-nın fəaliyyətinin qiymətləndirilməsi, sosial şəbəkələrin nə üçün KİV-lərdən üst mövqeyə gəlməsi və siyasiləşməsinə də yer vermişik. Qənaətimizcə, MEDİA Agentliyinin yaradılması müsbət işləri qorumaqla yanaşı, mənfiləri aradan qaldırmaqla fəaliyyətini davam etdirməlidir. Mətbuat güclü olmadan dövlətin və cəmiyyətin güclü olması mümkün deyil. Bu özünü 44 günlük müharibə dövründə də göstərdi. Prezidentin bu dövrdə informasiya savaşını birbaşa özünün aparması, qardaş Türkiyənin media tribunasından türk dünyasına, eləcə də rus dilli televiziyalara, qərb mediasına verilən müsahibələr buna əyani sübutdur".

Zahid Orucun fikrincə, artıq dövlət-KİV münasibətlərində yeni addımlara ehtiyac var.

"Bu gün Türkiyə-Azərbaycan birgə media platformasının yaradılması hərbi ittifaqımız qədər əhəmiyyətlidir. Çünki Türkiyədə mətbuat böyük inkişaf yolu keçib. Tirajı 30000-ə çatan onlarla qəzet var. Peşəkar kadr bazası var. Deməli, biz birgə memodandumun imzalanması ilə işimizi təlimlər və proqramlar əsasında davam etdirməliyik. Bizim media məkanında yüzlərlə siyasi, iqtisadi yazarlarımız olmaldıır. Medianın durumu, onun fəaliyyəti və cəmiyyətin ona qiyməti, dövlət qərarqəbuletmə sənədlərinin hazırlanması zamanı təkliflər də bu layihədə yer alıb", - o, bildirib.

Сотрудники прессы, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.02.2021
CƏMİYYƏT
Azərbaycan-Türkiyə media platforması nə vəd edir?

STM rəhbəri deyir ki, media nümayəndələri özlərinin 4-cü hakimiyyət mövqelərini bərpa etməldir. Burada yalnız hansısa KİV-lərə quru yardımların ayrılması ilə iş bitməməlidir. İnformasiya siyasətində çoxçeşidlilik, müxtəliflik olmalıdır.

"Dünya informasiya müharibəsində qalib gəlmək üçün jurnalistika güclü olmalıdır. Köklü və yeni proqramlara ehtiyac var. İlk yerdə isə medianın müstəqilliyi məsələsidir. Müstəqillik dedikdə yalnız biz guya dövlətin siyasi inhisarından çıxmasını nəzərdə tutmuruq. Bu məsələ geniş müzakirələr tələb edir. Ölkə rəhbərinin yeni hakimiyyət quruculuğunun ən mühüm hissəsi bu sektorda həllini gözləyən məsələlərdir. Bu islahatlar mətbuatı da əhatə edir və edəcəkdir", - deyə Zahid Oruc fikrini tamamlayıb.

Xəbər lenti
0