02:42 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
TƏHLİL
Qısa URL
16 0 0

Bütün dünya Avropanın və ABŞ-ın ən nüfuzlu,mötəbər nəşrlərinin hamının gözü qarşısında 1982-ci ilin "Pravda" qəzetinin pis versiyasına çevrilməsini heyrətlə izləyir.

BAKI, 5 fevral — Sputnik, İrina Alksnis. Media cəbhəsində baş verən son hadisələrlə – Latviyada Rusiya telekanallarının yayımının dayandırılması və Ukraynada üç müxalifət (eyni zamanda, "Rusiyapərəst") telekanalının bağlanması 2010-cu illərdə çox məşhur olan bir lətifəni yada saldı. Bir gün "Yelisey çölləri"ndəki kafelərdən birində qəhvə içən bir neçə rus tankçısı təəssüflə bildirir ki, hər bir halda, Rusiya informasiya müharibəsində məğlub oldu.

İstənilən yaxşı zarafat acı reallığın təcəssümüdür – çünki informasiya sahəsində iş, xüsusən də, beynəlxalq səviyyədə - ənənəvi olaraq heç vaxt Rusiyanın güclü tərəfi hesab olunmayıb. SSRİ-nin Soyuq Müharibənin media cəbhəsində uduzması buna parlaq nümunə sayıla bilər. Bir sözlə, bu iş bizlik deyil.

"Sputnik" və "RT"-dəki həmkarlarımı çıxmaq şərti ilə Rusiya jurnalistlərinin qlobal medianın təsir gücü ilə rəqabət edə bilmədiyi açıq-aşkardır. Və Qərb ölkələrinin siyasətçiləri, liderləri də bunun fərqindədir. Buna görə də onların "Kremlin əməlləri" barədə isterikaları bir növ oyun kimi qəbul edilir. Halbuki bu oyunun məqsədi tamamilə başqa idi – əsl gündəmi gizlətmək.

Bütün dünya Avropanın və ABŞ-ın ən nüfuzlu, mötəbər nəşrlərinin hamının gözü qarşısında 1982-ci ilin "Pravda" qəzetinin pis versiyasına çevrilməsini heyrətlə izləyir. Söhbət Rusiya, Çin və Qərbin digər geosiyasi rəqiblərindən gedəndə, bunu anlamaq bir o qədər də çətin deyil. Lakin bu təbliğat maşınının, ilk növbədə, daxili auditoriyanın beynini yumağa yönəlməsi, həqiqətən də, təəccüblüdür.

Amma tamamilə əks nəticə əldə olunur: sosioloqlar Qərbdə insanların mediaya inam hissinin rekord dərəcədə aşağı düşməsi ilə bağlı həyəcan təbili çalır. Elə qəzetlər, televiziyalar, internet saytları də oxucularının, tamaşaçılarının, izləyicilərinin azalmasından şikayətlənib, ağlaşma qururlar.

Amma Qərb Kreml əleyhinə nə qədər təbliğat aparsa da, istədiyi effekti əldə edə bilmir. Bu xüsusən də, xaricdən Rusiya televiziyalarını, saytlarını izləyənlərə aiddir. Onları isə heç bir halda "Rusiyapərəstlikdə" ittiham etmək olmaz. Onlar öz gözləri ilə görürlər ki, Rusiyada kifayət qədər radikal mövqedə olan KİV-lər uğurla öz işini davam etdirir.

Rusiya mediası "New York Times", "Washington Post", CNN, BBC, "Guardian" və digər media nəhənglərindən fərqli olaraq, işıqlandırdıqları mövzuları seçmir, bəzi məqamlarda isə necə deyərlər, ağızlarına su alıb dayanmırlar. Məsələn, o vaxt hələ atası ABŞ prezidentliyinə namizəd olan Co Baydenin oğlu Xanter Baydenlə bağlı xəbərlərdə olduğu kimi.

Latviyada və Ukraynada baş verənləri nəzərə alsaq, Qərbin məlum varianta əl atdığını söyləyə bilərik: rəqib yoxdursa, problem də yoxdur. Latviyada bu, biznes qərarı adı altında rəsmiləşdirildi, Ukraynada isə öz vətəndaşına qarşı sanksiyalar tətbiq etmək şəklində "cəfəngiyat"la ört-basdır edildi. Yaxşı bəs ABŞ və Böyük Britaniyanın Kiyevin bu addımını dəstəkləməsinə nə demək olar? Öz media orqanlarının başına açdıqları oyundan sonra onlardan başqa nə gözləmək olardı ki...

Bir neçə onillik bundan əvvəl sovet hakimiyyəti də məhz bu yanaşmanı əsas götürərək, Qərbin səsini boğmağa çalışırdı. Bu isə SSRİ-yə nəinki kömək etmədi, əksinə onun fəlakətinə öz "töhfə"sini verdi.

Əsas mövzular