Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ-ın yeni maliyyə naziri dolların axırına çıxmağa hazırdır

© AP Photo / Rahmat GulДоллары в руках, фото из архива
Доллары в руках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika bu ölkənin beynəlxalq maliyyə sistemindəki hökmranlığına meydan oxuyan bir sıra dövlətlərin təzyiqinə məruz qalıb. Söhbət, ilk növbədə, Rusiya və Çindən gedir. Moskva və Pekin çoxlu qızıl alaraq dolları rezerv valyuta kimi sıxışdırmağa çalışırlar.

BAKI, 25 yanvar — Sputnik, Natalya Dembinskaya. Amerika valyutası son iki ilin ən aşağı səviyyəsinə düşüb – dollara bir neçə amil eyni vaxtda təzyiq göstərib. Maliyyə mütəxəssisləri bu fikirdədirlər ki, son nəticədə dollar dəyərinin yarısını itirəcək. Bu məsələdə ABŞ Maliyyə Nazirliyinin "xidmət"i də az deyil, yeri gəlmişkən, tezliklə bu quruma Federal Ehtiyatlar Sisteminin (FES) keçmiş rəhbəri Janet Yellen başçılıq edəcək. RİA Novosti-nin növbəti materialı dolların məzənnəsinin nə qədər aşağı düşə biləcəyi haqqındadır.

Aşağı gəlirlilik

Dekabr ayının sonundan indiyə kimi dolların məzənnəsi 5,5 faiz aşağı düşüb. İnvestorlar artıq bunun ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcəyi ilə bağlı həyəcan təbili çalmağa başlayıblar.

İyun ayından bəri pul kütləsinin artım sürəti heç vaxt illik 22 faizdən aşağı düşməmişdi. Əskinas maşını istər-istəməz inflyasiyaya təkan verəcək, lakin FES artıq öz hədəf dəyərini dəyişdirib: "orta hesabla iki faiz" (əvvəlki "iki faiz"in əvəzinə). Bu addım inflyasiya gözləntiləri aşarsa, əsas faiz dərəcəni artırmamaq üçün atılıb. Yəni tənzimləyici faiz dərəcələrini sıfıra yaxın səviyyədə saxlamaq niyyətindədir. Bu, iqtisadiyyatı dəstəkləsə də, dollara mənfi təsir göstərəcək.

Reuters-in valyuta strateqləri arasında keçirdiyi sorğu göstərdi ki, investorlar riskli də olsa, başqa variantlar axtarışındadırlar.

"Dollar əvvəlki kimi bütün göstəricilər üzrə olduğundan yüksək qiymətləndirilib və FES-in maliyyə-kredit siyasəti bunu aradan qaldıracaq", – deyə Societe Generale maliyyə qurumunun rəhbəri Kit Cuks qeyd edir.

Hələ noyabr ayında mütəxəssislər xəbərdarlıq etmişdilər: yeni prezident Co Baydenin hakimiyyətə gəlişi ilə Amerika valyutasının məzənnəsinin aşağı düşməsi qaçılmazdır. Demokratların planında əlavə maliyyə stimulu yaratmaq və yeni yardım paketini işə salmaq da var ki, söhbət təxminən üç trilyon dollardan gedir. Bu, ABŞ valyutasının uzunmüddətli zəifləməsinə gətirib çıxaracaq, çünki büdcə kəsirinin artması və onu ödəmək üçün tələb olunan xarici borcların çoxalması ilə nəticələnəcək.

Доллары США, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dollar ucuzlaşır, bitkoin rekord vurur - kriptovalyuta biznesinə girişməyə dəyərmi?

Koronavirus vaksininin geniş tətbiq olunması da ABŞ valyutasına mənfi təsir göstərəcək, çünki bu, iqtisadi fəallığın artmasını vəd edir. 2020-ci ilin sonunda peyvənd xəbərlərinin yayılması ilə dolların məzənnəsində 2017-ci ildən bəri ən böyük illik azalma qeydə alındı.

50 faiz devalvasiya

İqtisadçıların proqnozları məyusedicidir. Citigroup bankının dəyərləndirməsinə görə, demokratların hakimiyyətə gəlməsi 2021-ci ildə dolların 20 faiz zəifləməsi ehtimalını ciddi şəkildə artırır. Morgan Stanley Asia-nın direktorlar şurasının keçmiş sədri Stiven Rouç da bu versiyanı dilə gətirərək ABŞ büdcə kəsiri və FES-in sıfıra yaxın faiz siyasətinə işarə edib.

Məşhur maliyyəçi Cim Rikardsın ssenarisi isə daha da bədbindir. O qeyd edir ki, ABŞ əvvəl-axır borc problemi ilə mübarizə aparmaq məcburiyyətində qalacaq və bunun həlli dolların 50 faiz devalvasiyasını tələb edəcək.

İqtisadçının proqnozuna görə, qızılın bir unsiyasının qiyməti 15000, gümüşün qiyməti isə 100 dollara qədər bahalaşacaq. O bildirib ki, ABŞ bu ölkənin beynəlxalq maliyyə sistemindəki hökmranlığına meydan oxuyan bir sıra dövlətlərin təzyiqinə məruz qalıb. Söhbət, ilk növbədə, Rusiya və Çindən gedir. Moskva və Pekin çoxlu qızıl alaraq dolları rezerv valyuta kimi sıxışdırmağa çalışırlar.

"Son bir neçə il ərzində Rusiya qızıl və valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb. Bundan başqa, Moskvanın xarici borcları olduqca azdır. Rusların qiymətli metallara gediş etdiyi artıq çoxdan heç kimə sirr deyil, rubl dünyada qızılın ən çox dəstəklədiyi valyutadır", – deyə analitik izah edir.

Öz əlləri ilə

Baydenin komandası işə başlayır. Bütün nazirliklərin rəhbərləri dəyişəcək. Məsələn, Bloomberg-in də xatırlatdığı kimi, "dolların zəifləməsinin Amerika ixracatı üçün üstünlükləri"ni vurğulayan Federal Ehtiyat Sisteminin keçmiş rəhbəri Janet Yellenə maliyyə naziri kürsüsü etibar ediləcək.

Bu təyinat iqtisadçılarda narahatlıq doğurur. Məsələn, Klinton hökumətində maliyyə naziri, Obama administrasiyasında isə Milli İqtisadi Şuranın sədri olmuş Larri Sammers bildirib ki, indiki məqamda dolların taleyinə biganə olan aktiv devalvasiyaçı kimi görünmək ağılsızlıq olardı.

ABŞ-ın sabiq maliyyə naziri Henk Polson da Yellenə öz məsləhətini verib:

"Faiz dərəcələri tarixi minimum səviyyəsindədir, federal borc isə II Dünya müharibəsindən bu yana ən yuxarı həddə gəlib çatıb. Milli borcun kəskin artımını dayandırmaq mütləqdir. Əks təqdirdə dollar gec-tez ucuzlaşacaq. Vaşinqton öz öhdəliklərini yerinə yetirə bilməyəcək".

"ABŞ rəqabət üstünlüyü qazanmaq üçün daha zəif valyutaya can atmır və biz digər ölkələrin belə cəhdlərinə qarşı müqavimət göstərməliyik", – deyə Senatın Maliyyə Komitəsindəki bir dinləmədə maliyyə naziri postuna namizəd bəyan etmişdi.

Bir sözlə, ABŞ-ın gələcək maliyyə naziri Amerika valyutasına yaxşı heç nə vəd etməyən bəyanatlar səsləndirir. Bloomberg belə hesab edir ki, investorlar üçün bu, dolların uzunmüddətli eniş tendensiyasına bir işarədir.

ABŞ hər bir halda dolların məzənnəsini "aşağı salmaq" məcburiyyətində qalacaq: bu, ticarət kəsirini azaltmaq üçün vacibdir. Bəlkə də Bayden üçün iqtisadiyyatı bərpa etməyin yeganə yolu budur.

 

Xəbər lenti
0