Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan və Rusiyanın Qafqazın gələcəyinə dair mövqeləri oxşardır

© Sputnik / Murad OrujovАвтопробег, посвященный освобождению Кельбаджара в Баку
Автопробег, посвященный освобождению Кельбаджара в Баку  - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynov: "Şübhəsiz ki, regionda nəqliyyat xətlərinin açılması və iqtisadiyyatın canlanması Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin də böyüməsinə şərait yaradacaq".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. "Azərbaycan və Rusiya Qafqazın gələcəyi bir çox mühüm məsələdə oxşar mövqe nümayiş etdirir"

Moskva görüşünün yekunları Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin əldə edilməsi üçün çox vacib əhəmiyyət daşıyır. Əgər tərəflər arasında iqtisadi əlaqələr yaransa bu xalqların tədricən barışmasına və birgə yaşayın mümkün olmasına şərait yaradacaq. Eyni zamanda region ölkələrinin iqtisadi inkişafı üçün əlavə stimul rolunu oynayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynov Moskvada Azərbaycan – Rusiya – Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli görüşünün yekunlarını şərh edərkən qeyd edib.

Ekspert deyib edib ki, Moskvada Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə ötən gün baş tutmuş Azərbaycan və Ermənistan liderlərinin görüşü tərəflər arasında 44-günlük müharibəni sona çatdıran üçtərəfli bəyanatın icrası istiqamətində növbəti mərhələ səciyyəsini daşıyır:

"Görüş ərzində imzalanmış bəyanatda əsasən 9 noyabr tarixli razılaşmanın nəqliyyat və kommunikasiya xətlərinin açılması haqqında 9-cu maddəsinin icrasının təmin edilməsi barəsində müəyyən işlərin görülməsi nəzərdə tutulur. Razılığa görə bu yöndə fəaliyyətin təşkil edilməsi üçün hər üç ölkənin rəsmilərindən ibarət işçi qrupu yaradılır. Hesab edirəm ki, Moskva görüşünün yekunları Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin əldə edilməsi üçün çox vacib əhəmiyyət daşıyır. Əgər tərəflər arasında iqtisadi əlaqələr yaransa, bu, xalqların tədricən barışmasına və birgə yaşayın mümkün olmasına şərait yaradacaq. Eyni zamanda region ölkələrinin iqtisadi inkişafı üçün əlavə stimul rolunu oynayacaq".
© SputnikBeynəlxalq Münasibətlər Təhlili Mərkəzinin eksperti Vasif Hüseynov
Azərbaycan və Rusiyanın Qafqazın gələcəyinə dair mövqeləri oxşardır - Sputnik Azərbaycan
Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin eksperti Vasif Hüseynov

Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində Qarabağın işğalından sonra Ermənistan və Azərbaycan arasında heç bir əlaqənin olmaması hər iki xalqın bir-birindən daha da uzaqlaşmasına və düşmənliyin dərinləşməsinə gətirib çıxarıb:

"44-günlük müharibədən sonra yaranmış reallıqlar artıq bölgədə sülh üçün yeni imkanlar yaradır. Sevindirici haldır ki, ölkəmizin rəhbərliyi də proseslərə məhz bu mövqedən yanaşır. Moskva görüşündən sonra, Prezident İlham Əliyevin münaqişənin artıq keçmişdə qaldığını və tərəflərin indi gələcəyə baxmasının lazım olduğunu vurğulaması Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olan hər kəs tərəfindən yüksək qiymətləndirilməlidir".

Vasif Hüseynov qeyd edib ki, Moskva görüşündə Rusiya Prezidenti Vladimir Putinin açıqlamaları da bu yöndə idi:

"Təsadüfi deyil ki, Rusiya Prezidenti də bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını bəyan edib. Ümumilikdə görüşün yekunları bunu deməyə əsas verir ki, Rusiya və Azərbaycan Cənubi Qafqazın gələcəyi ilə bağlı bir çox mühüm məsələdə oxşar mövqe nümayiş etdirir. Bunun tərəflər arasında ikitərəfli münasibətlərə də müsbət töhfə verəcəyini gözləmək olar. Şübhəsiz ki, regionda nəqliyyat xətlərinin açılması və iqtisadiyyatın canlanması Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin də böyüməsinə şərait yaradacaq".

Xəbər lenti
0