Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekologiyanı qorumaq üçün yanacağın qiymətini yox, keyfiyyətini artırmaq lazım idi

© Sputnik / Murad OrujovДвижение транспорта на одной из центральных улиц Баку, фото из архива
Движение транспорта на одной из центральных улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Ekologiyanı qorumaq üçün yanacaqdoldurma məntəqlərində yanacağa min cür qatqılar qatıb, yanacağın keyfiyyətini aşağı salan əlləri kəsmək lazım idi".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 6 yanvar — Sputnik. Yanvarın 4-də Tarif Şurasının qərarı ilə Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının qiyməti artdı. Ekspertlər hesab edirlər ki, yanacağın qiymətinin artması bütün sahələrə, o cümlədən də avtomobil bazarına öz təsirini göstərəcək. 

Mütəxəssislərin fikrincə, bahalaşmadan sonra dizel yanacağı ilə işləyən avtomobillərin qiymətində cüzi ucuzlaşma ola bilər. Avtomobil bazarında olan vəziyyət isə onu deməyə əsas verir ki, yanacaq qiyməti heç bir halda avtomobil qiymətlərinə ciddi təsir etməyib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, avtomobillərin qiymətinə əsasən müəyyən qərarlar təsir göstərə bilər: "Tutaq ki, idxala tətbiq olunan müəyyən məhdudiyyətlər, vergilərin, aksiz rüsumların artırılması və s. kimi qərarlar avtomobil qiymətlərinə təsir edə bilər. Yanacaq qiymətinin dəyişməsi isə ciddi təsir etmir".

Yanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Tarif Şurasından Yeni il sürprizi - Benzinin qiyməti qaldırıldı

Nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanacağın bahalaşması avtomobillərin qiymətinə qismən təsir edəcək. Belə ki, iri mühərrikli avtomobillərin qiymətində cüzi azalma gözlənilir. Bununla yanaşı mühərriki dizel yanacağı ilə çalışan avtomobillərə marağın azalması da gözlənilir:

"Əvvəllər Aİ-90 yanacağı ilə dizel yanacağının qiyməti arasında fərq 30 qəpik idi. İndi isə bu fərq 20 qəpikdir. Artıq avtomobilini yeniləmək istəyən şəxslər benzin mühərrikli avtomobillərə üstünlük verəcək. Çünki Aİ-92 ilə dizel yanacağının qiyməti arasında böyük fərq yoxdur".

E.Muradlının sözlərinə görə, rəsmi açıqlamadan da belə başa düşmək olar ki, dizel yanacağının qiymətinin artırılmasında məqsəd, vətəndaşları benzin mühərrikli avtomobillərə üstünlük verməyə yönəltməkdir:

"Bu addım guya ətraf mühiti qorumaq üçün atılıb. Dünyanın bir çox ölkələrində dizel yanacağından istifadə edilir. Həmin ölkələrdə dizel Azərbaycanda olduğu kimi keyfiyyətsiz, bərbad deyil. Təəssüf ki, bizim başqa ölkələrə satdığımız dizelin keyfiyyəti yaxşıdır. Azərbaycanda istifadə edilən benzin, dizelin keyfiyyəti isə çox aşağıdır".

Ekspertin sözlərinə görə, irimühərrikli avtomobilərin qiymətində azalma müşahidə edilə bilər. Yanacaq bahalaşdığı üçün vətəndaşlar nisbətən kiçik mühərrikli avtomobillərə maraq göstərə bilər.

"Ancaq çıxış yolu da var. Bəzi sürücülər avtomobilə qaz balonu quraşdırırlar. Onu da deyək ki, irimühərrikli avtomobillərin sürücüləri daha çox imkanlı şəxslərdir və onlar da premium benzindən istifadə edirlər. Premium benzinin qiyməti isə bu dəfə artmayıb", - deyə E.Muradlı bildirib.

Paytaxtın girişində aparılan genişmiqyaslı işlər  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tarif Şurasının qərarı bəhrəsini verdi: Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı bahalaşdı

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar avtomobil bazarında durğunluq müşahidə edilir.

Vəziyyətin necə olacağı postpandemiya dövründə bəlli olacaq. Ancaq pandemiya və yanacağın artması fonunda avromobillərin qiymətinin düşəcəyi gözlənilir. Hər hansı bahalaşmadan söhbət gedə bilməz:

"SOCAR-ın açıqlamasına görə, bahalaşma ekologiyanı qorumaq üçün edilib. Ekologiyanı qorumaq üçün qiymət artırmağa ehtiyac yox idi. Ekologiyanı qorumaq üçün yanacaqdoldurma məntəqlərində yanacağa min cür qatqılar qatıb, yanacağın keyfiyyətini aşağı salan əlləri kəsmək lazım idi. Bunun üçün hələ gec deyil. 10 litrdən bir litr kəsənləri, yanacağın tərkibinə müxtəlif qazlar, kimyəvi məhsullar qatıb, sərfiyyatı artıran, mühərriki sıradan çıxaran komponentləri yanacağa qatanlar cinayət törədirlər. Bunun qarşısını almaq lazımdır. Vətəndaşa keyfiyyətli yanacaq satılsa, ətraf mühit çirklənməz. Bunu etmək lazım idi. Ekologiyanı qorumaq üçün qiymət artımı gülməlidir".

E.Muradlı həmçinin bildirib ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin Avro-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

"Sadəcə maraqlıdır, əgər keyfiyyət 2022-2023-cü ildə artırılacaqsa, niyə qiyməti indidən artırıb cibimizə girirlər?" - deyə o, vurğulayıb.

Xəbər lenti
0