Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Telefon hüququ": Tramp son resursunu işə saldı

© AFP 2023 / Getty Images/ Drew AngererПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Partiyadaxili məsələləri ictimai müzakirəyə çıxaran Tramp bir daha təsdiqlədi ki, respublikaçı senatorların ipinin üstünə odun yığmaq olmaz. Bu səbəbdən də silahdaşları ilə açıq oynadı ki, tərəfdarları kimi günahlandıracaqlarını bilsinlər.

BAKI, 29 dekabr — Mixail Şeynkman, Sputnik radiosunun şərhçisi. Bu dəfə Tramp respublikaçı senatorlara geri çəkilməmələrini və təslim olmamalarını əmr etmək üçün birbaşa əlaqə vasitəsindən istifadə etdi:

"Prezident postu uğrunda mübarizə aparmağın vaxtı gəlib çatdı. Demokratlar həqiqətən qalib gəlsəydilər, məhz bu cür edərdilər. Saxta sübutlar danılmazdır!" – deyə Donald Tramp çağırış etdi.

Bir qədər sonra isə daha inandırıcı olmaq üçün Co Baydeni "saxta prezident" adlandırdı. Bu müəyyən mənada onun "telefon hüququ"ndan istifadə etməsidir.

Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Tramp səssiz-sədasız getməyəcək: ABŞ İrana zərbə vurmağa hazırlaşırmı

Partiyadaxili məsələləri ictimai müzakirəyə çıxaran Tramp bir daha təsdiqlədi ki, respublikaçı senatorların ipinin üstünə odun yığmaq olmaz. Bu səbəbdən də silahdaşları ilə açıq oynadı ki, tərəfdarları kimi günahlandıracaqlarını bilsinlər. Silahdaşları isə tərəfdarlarının bunu bildiyini bilsinlər. Silahdaşları yaxşı anlayırlar ki, Trampın tərəfdarları bu məlumat olmadan da böyük qüvvədir və indi həmin məlumatı alandan sonra ondan necə istifadə edəcəklərini bilirlər.

Hərçənd, Tramp özü son vaxtlar əlini ağdan-qaraya vurmayıb, daha doğrusu, bircə mobil telefonuna vurub. Qalan vaxtını qolf oynamağa sərf edib. Sanki yanvarın 20-dən sonra istədiyi qədər qolf oynaya bilməyəcək. Ayın 6-da Vaşinqtonda olmalıdır. Xəbərdarlıq edib ki, böyük etiraz gözlənilir. Bu hadisəni qaçırmaq olmaz.

Onun vəziyyətində olan adam üçün başqa cür mümkün də deyil. Necə deyərlər, dağların hökmdarı olmaq istəyirsənsə, mütləq Kapitoli təpəsini ələ keçirməlisən. Bu onun axırıncı fürsətidir. Seçicilər kollegiyasında qalib gəlmək üçün az da olsa şansı var. Buna nümunə də var. Düzdür, belə hal yalnız bircə dəfə, uzaq 1876-cı ildə baş verib. Üstəlik, indi ona əsaslanmaq adama bir o qədər də hörmət qazandırmaz.

Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Donald Tramp məğlubiyyətini qəbul etmir: Seçkilər saxtalaşdırılıb!

Və yalnız ona görə yox ki, bu, Amerika tarixində ən bədnam hadisə hesab olunur. Həm də ona görə ki, Raterfond Heys həmin vaxt cənub ştatlarının senatorları ilə sövdələşməyə girərək prezident ola bilmişdi və bu yolla quldarlığı qaytarmaq arzusunda idi. O vaxt, az qala, vətəndaş müharibəsi ilə nəticələnəcək böyük mərəkə qopmuşdu.

Yəqin, elə respublikaçıların Senatdakı lideri Mitç Makkonnell məhz bu hadisəyə əsaslanaraq prezident seçkisinin nəticəsinə yenidən baxılmasına qarşı çıxır. Bəs necə, bu addımı Co Baydenlə yaxın dost olduğu üçün atacaq deyil ki! Bir sözlə – isteblişment!

Digər tərəfdən, yuxarı palata üzərində nəzarət və Ali Məhkəmədə mühafizəkarların üstünlük təşkil etməsi respublikaçılara hazırkı prezident olmadan da demokratların zərərli təşəbbüslərinə mane ola biləcəklərinə dair inam aşılayır.

 

Xəbər lenti
0