16:31 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
TƏHLİL
Qısa URL
74 0 0

Hərbi ekspert iddia edir ki, Şimali Atlantika Alyansının Rusiyanın "Avanqard"larına və "İskəndər"lərinə verəcək cavabı yoxdur.

BAKI, 29 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın müasir döyüş əməliyyatları düşməni bütün silah növləri ilə tamamilə məhv edənə (və ya təslim olmağa vadar edənə) qədər eskalasiya alqoritmlərində sürətli inkişafa məhkumdur. Rusiyaya müharibə lazım deyil. Moskva silah texnologiyası sahəsində özündən xeyli geridə qalan "tərəfdaşları"nın hələlik "qırmızı xətt"i keçə bilməyəcəklərini yaxşı bildiyindən, "pis sülhü" ("Ən pis sülh belə yaxşı davadan üstündür" - məsəlində olduğu kimi) seçir.

Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin dekabrın 27-də bəyan etdi: "Heç kimə "güc mövqeyindən" çıxış edərək Rusiya ilə dialoq aparmağa çalışmasını məsləhət görmürəm. Eyni zamanda, güc yolu ilə təhdid göstərmək birbaşa BMT Nizamnaməsinin pozulması deməkdir və bu cür hərəkətlərə qarşı tərəfimizdən lazımi cavab reaksiyası veriləcək".

Başqa sözlə, Rusiya Müdafiə Nazirliyi "tərəfdaş"larına birbaşa xəbərdarlıq edir: "NATO-nun Rusiya sərhədindəki aktivliyi ciddi insidentlərə səbəb ola bilər". Şimali Atlantika Alyansının Rusiya sərhədləri yaxınlığında artan mövcudluğu və bəzi Qərbi Avropa siyasətçilərinin məsuliyyətsiz açıqlamaları kəskin reaksiya doğurur.

S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli
© Photo by Handout / TURKISH DEFENCE MINISTRY / AFP

Bir qədər bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu da qeyd etmişdi ki, 2020-ci ildə "Amerika döyüş təyyarələrinin və gəmilərinin Rusiya sərhədləri yaxınlığındakı kəşfiyyat və nümayiş məqsədli hərəkətlərinin intensivliyi 15 faiz artıb. ABŞ Almaniyadan Polşa və Bolqarıstana döyüş bölmələri göndərməyə başlayıb. Arktik bölgədəki Amerika gəmilərinin sayı da durmadan artır. NATO-nun Rusiyanın qərb, cənub və şərq sərhədlərində eyni vaxtda keçirdiyi təlimlər sistematik hal alıb. Təkcə avqust-sentyabr aylarında bu təlimlərdə 55 döyüş təyyarəsi (strateji bombardımançı təyyarələr də daxil olmaqla) və 12 yüksək dəqiqliyə malik silah daşıyan gəmi iştirak edib. RF bu şəraitdə "cavab tədbirləri" görür və yüksək texnologiyalı silahlar sahəsində Qərbdən əhəmiyyətli dərəcədə irəlidədir.

Manyakal inteqrasiya

Pentaqon və onun avropalı silahdaşları Rusiya Əməliyyatlar Teatrında (RƏT) hərbi uğur qazanma şansının ən azı yarısına sahib olsaydılar, Moskva çoxdan öz üzərində Qərbin maraqları naminə ərazilərin bundan sonrakı işğalı üçün NATO-nun "rejimin islah edilməsi" məqsədi güdən "güc proyeksiyası"nı hiss edərdi. Yuqoslaviyadakı "Müttəfiq qüvvələri", İraqdakı "Səhra fırtınası" və Liviyadakı "Odissey şəfəqləri" hələ heç kimin yadından çıxmayıb.

Ancaq Vaşinqton və Brüsselin bu cür hərəkətlər etmək üçün əli bir o qədər də güclü deyil. Alyansın Rusiyanın yüksək texnologiyalı "Avanqar"dlarına, "İskəndər"lərinə, "Zirkon"larına, "Kinjal"larına, "Poseydon"larına, "Borey-A"larına və "Yaseni-M"lərinə verəcək cavabı yoxdur. NATO-da hətta xarakteristikasına görə bütün bu hərbi texnologiyanın yaxın analoqları belə mövcud deyil.

Bununla belə, ABŞ hipersəsli silahlar sahəsində geriləməsi fonunda "inteqrasiya edilmiş güc"ə can atmağa davam edir. 2020-ci ilin sonuna yaxın Pentaqon yeni "Dənizdə üstünlük" strategiyasını yayımladı (Yəqin, 2015-ci ildə qəbul olunmuş "21-ci əsrdə dəniz gücü" konsepsiyası artıq köhnəlib). Sənəd Dünya okeanında hökmranlıq etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələri, dəniz piyadaları və sahil mühafizəsinin inteqrasiya olunmuş vahid güc birliyinin yaradılmasını nəzərdə tutur.

Bəs növbəti 80 il üçün Amerikanın Dünya okeanını hərbiləşdirmə proqramına rəvac verən nədir? Əlbəttə ki, Çin donanmasının artan gücündən və "Rusiyanın artan aqressiv davranışından" narahatlıq. İddialara görə, Çin hökumətinin "Bir Kəmər - Bir Yol" təşəbbüsü gizli şəkildə özündə əsas dəniz yollarına nəzarət etmək məqsədi daşıyan hərbi genişlənməni ehtiva edir. Rusiya isə "münaqişə əsnasında Vaşinqtona və Avropa paytaxtlarına kinetik və ya kiber zərbə endirə, yaxud sualtı rabitə kabellərinə hücum edə bilər ki, bu da qlobal iqtisadiyyat üçün yaxşı nəticələr vəd etmir.

Strategiyanın müəllifləri – nəhəng hərbi liderlər Maykl M. Gildey, Devid. H. Berger və Karl Şults - dənizdə işləyən 30 milyon amerikalı işçinin taleyi, illik 5,4 trilyon dollarlıq ticarət daşımalarının 90 faizi və sualtı kabellərlə ötürülən məlumat axını (illik 10 trilyon dollarlıq əməliyyat) ilə bağlı narahatlıqlarını bir xeyli şişirdiblər. Admirallar təhlükəli fantaziyalara da meyllidirlər: "Uzunmənzilli raket sistemləri və hipersəsli silahlar yerdəki hədəflərə zərbə vurmaq üçün qlobal fürsət yaradacaq. Logistika və dəstək gəmiləri yanacaq doldurma, yenidən təchizat, tədarük, işçi qüvvəsi ilə təminat və təmir işləri ilə məşğul olacaq. Sahil mühafizə xidməti isə müharibə şəraitində güclərin qorunması üçün lazımlı təhlükəsiz, etibarlı və səmərəli dəniz nəqliyyatı sistemini təmin edəcək".

Beləliklə, səylərin birləşdirilməsi ilə "dənizlər ABŞ-ın nəzarəti altına keçəcək" (Vaşinqton beynəlxalq fəaliyyət üçün əsas sənədi - BMT-nin 1982-ci il dəniz hüququ Konvensiyasını məhz bu səbəbdən təsdiqləməmişdi). Açıq-aşkar məsuliyyətsizlik! Bu yerdə ABŞ-ın dekabrın 25-də keçirdiyi HAWC hipersəsli raketinin ilk sınağının uğursuz olduğunu yada salmağa ehtiyac var. Onların başqa belə raketləri isə yoxdur və 2020-ci ildə artıq sınaqlar keçirilməyəcək. Əslində, Amerikanın "uzunmənzilli raket sistemləri" heç vaxt yüksək texnoloji rəqibə qarşı sınaqdan keçirilməyib. Əvəzində isə zəif silahlanmış Taliban (aviasiya və hərbi dəniz donanmasından məhrum) 20 illik "Əfqan" kampaniyası nəticəsində (əməliyyatların pik vaxtı 100000 amerikalı əsgər cəlb olunmuşdu) ABŞ və müttəfiqlərini məğlub etmişdi.

"Məğlubedilməz", "qətiyyətli" və "fəzilətli" hegemon (ABŞ özünü məhz belə qələmə verirdi) Əfqanıstanda mütləq disfunksiya nümayiş etdirdi. "Əsas düşmənlər"lə (Rusiya Federasiyası və Çin Xalq Respublikası) gerçək müharibədə ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarə daşıyan birləşmələri yüksək dəqiqlikli gəmi əleyhinə və hipersəsli raketlər üçün yaxşı görünən hədəflərə çevriləcək. Qeyd edək ki, NATO-nun Avropa müttəfiqlərinin döyüş effektivliyi də bir o qədər aydın deyil.

Pentaqonun yeni 2020-ci il strategiyası sadəcə "kif basmış" tezisləri təkrarlayır: ABŞ-ın maraqları hər şeydən üstündür, dünyadakı başqa dövlətlərin fikri isə əhəmiyyətsizdir. Bu fikirlər "bütün sahələr üzrə inteqrasiya edilmiş dəniz gücü" (Integrated All-Domain Naval Power) tərəfindən – dənizdə, quruda, havada, kosmosda və kiberməkanda – susdurulacaq. Bunun reallıqla heç bir əlaqəsi olmasa da, ABŞ-ın bu yolla öz qürurunu oxşamağa ehtiyacı var.

Rusiya və Çin dinc yanaşı yaşamağa və inkişafa çox dəyər verir. Bu ölkələr keçən əsrin müharibələrinin milyonlarla qurbanı ilə bağlı tarixi yaddaşı qoruyub saxlayır. Amerika Birləşmiş Ştatları isə II Dünya müharibəsi zamanı 2020-ci ilin koronavirus pandemiyasından daha az insan itirmişdi; Amerika şəhərləri heç vaxt bombalanmayıb. Beləliklə, media və "Hollivud" nəhayət, Ağ Evi və Amerika cəmiyyətini beynəlxalq arenada istədiyi kimi hərəkət edə biləcəyinə inandırdı.

ABŞ və NATO ilə qarşıdurma vəziyyətində olan (iqtisadi təxribatlar və qeyri-qanuni sanksiyalar nəzərdə tutulur - red.), iqtisadi cəhətdən sabit, nüvə-raket sistemi ilə yaxşı təchiz olunmuş Rusiya isə alyansın onun sərhədlərinin yaxınlığındakı, eləcə də Yaxın Şərq və Afrikadakı təxribat xarakterli hərəkətlərini sülhsevərliklə və qətiyyətlə dəf edir.

Teqlər:
Türkiyə, Polşa, ABŞ, Almaniya, Rusiya, NATO

Əsas mövzular