08:27 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
TƏHLİL
Qısa URL
109 0 0

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun Cənubi Qafqaza səfəri Azərbaycan, Ermənistan və Rusiya arasında yeni üçtərəfli dövlətlərarası müqavilələrə hazırlıq məqsədi daşıya bilər.

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 23 dekabr — Sputnik. Rus sərhədçiləri bəzi ərazilərdə Azərbaycan və Ermənistan sərhədlərinin dəqiqləşdirlməsi (delimitasiya və demarkasiya) zamanı baş verə biləcək təxribatların qarşısını alır və faktiki olaraq sülhməramlı missiyanı yerinə yetirirlər. Yerli əhalini heç bir təhlükə gözləmir: azərbaycanlı və erməni sərhədçilər rus həmkarları ilə birlikdə Bazarçay – Zeyvə ərazisinə sərhəd dəstələri yerləşdirməklə məşğuldurlar.

Sünik bölgəsində, Zəngilan və Qubadlıda Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsinin çətinliyi onunla izah olunur ki, yolun sovet dövründə mövcud olmuş 21 kilometrlik hissəsi iki respublikanın suverenliyi və ərazi bütövlüyünün mövcud konfiqurasiyasına uyğun gəlmir.

Yerli əhali üçün çox həssas məsələ olan demarkasiya prosesi SSRİ-nin xəritələrinə uyğun şəkildə aparılır, yaxın günlərdə başa çatacaq və Ermənistan-Azərbaycan sərhədi boyunca təhlükəsiz hərəkəti təmin ediləcək.

Bununla əlaqədar olaraq Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov dekabrın 18-də Bakıya və Yerevana səfər etdi. Məqsəd isə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana sərhədlərin delimitasiyası və demarkasiyası, regional sülhün möhkəmləndirilməsi ilə bağlı Moskvanın prinsipial mövqeyini mümkün qədər dəqiq çatdırmaq idi.

Məsuliyyət zonalarının genişləndirilməsi

Dağlıq Qarabağda döyüşlərin yenidən başladığı sentyabr ayının 27-nə kimi Ermənistan ərazisində (Gümrü, Armavir, Artaşat və Mehridə) Rusiya FTX-nin ümumilikdə 4500 nəfərdən ibarət dörd sərhəd dəstəsi var idi. Bu dəstələr əsas diqqəti 300 kilometrdən artıq Ermənistan-Türkiyə sərhədinin müdafiəsinə yönəltmişdilər. Noyabrın 9-da imzalanmış üçtərəfli razılaşmadan sonra isə rus sərhədçilərinin üzərinə düşən məsuliyyət bir az da artdı – indi onlar Ermənistanı Qarabağla, Azərbaycanı isə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Laçın və Naxçıvan dəhlizlərinin təhlükəsizliyinə də cavabdehdirlər.

Noyabr ayının sonlarında erməni tərəfinin xahişi ilə Azərbaycan-Ermənistan sərhədində yerləşdirilmək üçün Rusiya FTX-nin sərhəd idarəsi 188 hərbi qulluqçudan və texnikadan ibarət əlavə qüvvə ayırdı. Hazırda həmin qüvvələrin artırılma ehtimalı yüksəkdir.

Əvvəl üçtərəfli razılaşma təxminən 1000 kilometr uzunluğundakı Ermənistan-Azərbaycan sərhədinin birbaşa Rusiya sərhədçiləri tərəfindən müdafiəsini nəzərdə tutmurdu. Ancaq məlumdur ki, Ermənistan tərəfdə, İranla sərhəddə Rusiya FTX-nin "yaşıl furajkalı"ları hələ 2017-ci ildən fəaliyyət göstərir. Bəlkə də Aleksandr Bortnikovun Yerevana və Bakıya səfəri erməni-türk sərhədinin müdafiəsində olduğu kimi rus sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinə gətirilməsi ilə əlaqədardır. Bu cür konfiqurasiya hər iki tərəf üçün sərfəlidir. Çünki Ermənistanın təhlükəsizliyini və ərazi bütövlüyünü etibarlı şəkildə təmin edər, 2021-ci ildə hərbi xərclərə dövlət büdcəsinin 15%-dən çoxunu ayırmağı planlaşdıran Azərbaycanın isə iqtisadiyyatının demilitarizasiyasına təsir göstərər.

Cənubi Qafqaz – cıdır meydanı

Rus sərhədçilərinin Qarabağda olması yaxın gələcəkdə regional sabitliyin təmin olunmasına xidmət edəcək. Aleksandr Bortnikovun Cənubi Qafqaza səfəri isə Azərbaycan, Ermənistan və Rusiya arasında yeni üçtərəfli dövlətlərarası müqavilələrə hazırlıq məqsədi daşıya bilər. Rusiyanın sərhəd məsuliyyət zonasının genişləndirilməsi ilə yanaşı, Yerevan və Bakıdakı yüksək rütbəli həmsöhbətlərin Türkiyənin Azərbaycanda artan hərbi mövcudluğu məsələsini müzakirə etmələri də mümkündür. Özü də söhbət yalnız radioelektron müharibə, pilotsuz təyyarələrin və artilleriya sistemlərinin döyüş taktikası təlimlərindən getmir.

Qarabağ münaqişəsi yeni əməliyyat konsepsiyalarına ehtiyac olduğunu və platforma yönümlü güc strukturlarından şəbəkə mərkəzli strukturlara keçidin vacibliyini ortaya qoydu. Gələcək onilliklər ərzində yüksək intensivli döyüşlərdə köhnəlmiş və yeni texnologiyanı ən yaxşı şəkildə birləşdirməyi bacaran kiçik, orta və böyük dövlətlərin silahlı qüvvələri üstünlük qazanacaq. Yaxşı təlim keçmiş və təchiz olunmuş ordular isə texnoloji üstünlüyündən asılı olmayaraq həmişə intizamsız qoşunları özünə məğlub edir.

Qərbdə Cənubi Qafqaza sınaq poliqonu və ya cıdır meydanı gözü ilə baxırlar. Hələlik Qərbin hərbi analitikləri bölgədə vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı soyuqqanlı proqnozlar verməklə məşğuldurlar. Bu geosiyasi oyunda Azərbaycan, Ermənistan və Rusiyanın təhlükəsizliyi məsələsini düşünən isə yoxdur.

Teqlər:
Ermənistan, Türkiyə, Rusiya

Əsas mövzular