Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Gözəl gedişdir": Rusiya Qara dənizdə NATO hərbi gəmilərinə nəzarət etməyin yolunu tapıb

© AFP 2023 / JACK GUEZРакетный эсминец «Дональд Кук», фото из архива
Ракетный эсминец «Дональд Кук», фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Uzun Məsafəli Radio Rabitə Tədqiqat İnstitutunun işləyib-hazırladığı "Strategiya" sistemi bu ölkəyə cənub sərhədlərinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırmağa və dövlət sərhədinin pozulmasının qarşısını almağa imkan verəcək.

BAKI, 18 dekabr — Sputnik, Andrey Kots. Hədəfin növünü, parametrlərini, kursunu və hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirmək – Rusiya Müdafiə Nazirliyi Qara dənizdə su səthinin ən yeni avtomatik işıqlandırma sistemi olan "Strategiya"nı sınaqdan keçirir. Uzun Məsafəli Radio Rabitə Tədqiqat İnstitutunun işləyib-hazırladığı bu yeni sistem Rusiyaya cənub sərhədlərinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırmağa və dövlət sərhədinin pozulmasının qarşısını almağa imkan verəcək. "Strategiya" - Qara dəniz donanması üçün əlçatan olan bütün izləmə vasitələrini özündə birləşdirir.

Baykonurda raketin buraxılışına hazırlıq - Sputnik Azərbaycan
RUSİYA
Cəhənnəm üçlüyü: Moskvanı nüvə zərbəsindən xilas edən silah

"RİA Novosti"nin növbəti məqaləsi bu sistem və onun imkanları haqqındadır.

Dəniz ovuc içi kimi görünəcək

Müasir su nəzarət sistemlərinin əksəriyyəti, bir qayda olaraq, ümumi bir şəbəkəyə birləşdirilmiş və dənizi sahil xəttindən kilometrlərlə məsafədə izləyə bilən radar stansiyalarından ibarətidir. Gəmilərin hərəkəti barədə bütün məlumatlar (məsələn, qaydanı pozanların saxlanıması haqqında) qərarların qəbul edildiyi vahid mərkəzə ötürülür.

"Strategiya" da radar prinsipinə əsaslanır", - deyə "Arsenal Oteçestva" jurnalının baş redaktoru Viktor Muraxovski "RİA Novosti"yə bu sistemin xüsusiyyətlərini izah edir.

"Avtomatik olaraq əhatə dairəsindəki bütün gəmilərin koordinatlarını real vaxt rejimində təyin edir. Və əlbəttə ki, hərəkətin əsas parametrlərini qeyd edir: kurs, sürət və s. Bildiyimə görə, oxşar sistem Arktika zonasına da yerləşdirilməkdədir", - bunu da baş redaktor deyir.

Mütəxəssisin sözlərinə görə, "Strategiya" sistemi həm də onunla unikaldır ki, Qara dənizi istər qurudan, istərsə də gəmilərdən izləyən Radio Lokasiya Sistemləri (RLS) də daxil olmaqla, bütün imkanları özündə birləşdirir. Uzaq əraziləri izləmək üçünsə min kilometrdən çox radiusda sahəni izləyə bilən üfüq RLS-lərinin ona qoşulması mümkündür. Yeni texnologiyanın əsas xüsusiyyəti yüksək avtomatlaşdırılmış olmasıdır.

"Hazırda Donanmaların Döyüş Komandanlığı Mərkəzinin mütəxəssislər su səthlərindəki vəziyyəti izləməklə məşğuldurlar. Bu sovet dövründən bəri fəaliyyət göstərən qurumdur. Operatorlar çox sayda məlumatı əl ilə sistemə işləyirlər. Əvvəllər də belə olub. Məsələn, hava hücumundan müdafiə qüvvələrində adına "planşetçi" deyilən ayrıca bir vəzifə də var idi. Yeni sistemdə isə bu işlərin çoxu avtomatlaşdırılacaq və kompüterlər vasitəsilə həyata keçiriləcək", - deyə baş redaktor qeyd edir.

Танки Т-72 во время командно-штабных учений Кавказ-2020 на полигоне Раевский в Новороссийске - Sputnik Azərbaycan
TƏHLİL
Rusiya tank döyüşünün yeni taktikasını sınaqdan keçirir

"Strategiya" sisteminin yaradıcıları isə bildirirlər ki, o, yalnız radarlardan deyil, peyk və yerüstü avtomatik informasiya sistemlərindən, daxili kanallardan da istifadə edə biləcək. Eyni zamanda, bu sistem məlumat aldığı texniki vasitələr və komplekslərlə ikitərəfli rejimdə qarşılıqlı əlaqədə olacaq.

Uzun Məsafəli Radio Rabitə Tədqiqat İnstitutunun mütəxəssislərinin, şübhəsiz ki, bu sahədə kifayət qədər təcrübəsi var – Voronej Radiollokasiya Stansiyasının raket hücumundan xəbərdarlıq sistemi və başqa radar sistemlərini məhz onlar işləyib-hazırlayıblar.

Ayaq açdılar

Qara dənizdəki vəziyyətə nəzarət məsələsi Rusiya üçün heç vaxt əhəmiyyətsiz olmayıb. Son illərdə NATO vımpelləri burada tez-tez görünür. Sentyabrın sonunda Baş Qərargahın Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy 2020-ci ildə Şimali Atlantika Alyansının hərbi gəmilərinin 2019-cu ilə nisbətən Qara dənizdə daha çox olduğunu bildirdi. İyul ayında, Sea Breeze-2020 təliminin keçirildiyi vaxt isə NATO-nun Qara dənizdə fəallığı pik nöqtəsinə çatıb. Bu təlimlərə ABŞ, Ukrayna, Bolqarıstan, Gürcüstan, Norveç, Rumıniya, İspaniya və Türkiyədən təxminən iki min hərbi personal, 25-dən çox gəmi və aviasiya qatılıb.

"Bu gəmilərin 40 faizə qədəri yüksək dəqiqlikli uzun mənzilli silah daşıyıcıları idi", - deyə Rudskoy bildirmişdi. Onun sözlərinə görə, xüsusilə, 90-a qədər "Tomahawk" qanadlı raketlərini daşımaq qabiliyyətinə malik ABŞ Hərbi Dəniz Qüvvələrinin "Roosvelt" eskadra-mina gəmisi dəfələrlə Qara dənizə daxil olub.

Əslində, NATO donanmasını Qara dənizdə davamlı manevr etməkdən çəkindirən tək şey 1936-cı ildə imzalanmış Montrö Konvensiyasıdır. Konvensiya Bosfor və Dardanel boğazlarının statusunu müəyyənləşdirməklə yanaşı, Qara dəniz hövzəsi xaricindəki ölkələrin hərbi gəmilərinin buradakı mövcudluğunu üç həftəlik müddətlə məhdudlaşdırır. Bundan başqa, konvensiyaya görə, yalnız ümumi tonnajı 30 min tondan çox olmayan doqquz gəmi eyni vaxtda Qara dənizə daxil ola bilər.

Əlbəttə ki, xarici dəniz donanmalarını hər şeydən çox Krım yarımadası maraqlandırır. Qərb ölkələrinin gəmiləri dəfələrlə yarımadaya yaxınlaşıb, kəşfiyyat təyyarələri və pilotsuz təyyarələr Rusiya hava məkanının sərhədləri üzərində müntəzəm uçuşlar həyata keçirib. NATO Krımdakı hərbi obyektlərin yerini təyin etməyə, habelə rabitə, naviqasiya və elektron döyüş sistemlərinin hansı tezliklərdə işlədiyini anlamağa çalışır.

Regional üstünlük

Подводный крейсер Князь Владимир возобновил заводские ходовые испытания - Sputnik Azərbaycan
ABŞ hansı sahədə Rusiyadan xeyli geridə qalır

ABŞ və müttəfiqləri Rusiyanın Qara dənizdəki hərbi potensialından çox narahat olduqlarını gizlətmirlər.

Hətta dekabr ayında Amerikanın strateji tədqiqat mərkəzi olan RAND Qara dəniz Donanması ilə bölgədəki NATO donanmaları arasındakı qarşıdurmanı modelləşdirərək masa oyunu kimi bir şey yaratdı. Və məlum oldu ki, Rusiya bu su hövzəsində ABŞ Bolqarıstan, Rumıniya, Türkiyə, Ukrayna və Gürcüstanla birlikdə hərəkət etsə belə, istənilən koalisiyanı məğlub etməyə qadirdir. Və bu reallıqdır – Rusiyanın bölgədə yerləşdirilmiş Hərbi Hava Donanmasi mütəmadi olaraq güclü zərbə sistemlərinə malik yeni gəmilər və sualtı qayıqlarla təchiz olunur.

Bundan başqa, Krımın özündə, ən müasir hava müdafiə sistemləri və dəniz hədəflərinə sahildən xeyli uzaq məsafədən zərbə endirə bilən gəmi əleyhinə raket sistemləri ilə təchiz olunmuş səyyar ordu qrupları yerləşir. Həmin qruplar mövqelərini qısa vaxt ərzində dəyişdirə bilir ki, bu da onların aşkarlanmasını və məhv edilməsini çətinləşdirir.

Amerikalı analitiklər Rusiyanın NATO ölkələri ilə silahlı qarşıdurmaya girmədən belə Qara dənizi nəzarətdə saxlaya biləcəyi qənaətinə gəliblər. Bunun üçün Moskvanın əlində xeyli sayda "öldürücü vasitələr" var. RAND mütəxəssisləri bura psixoloji hücumları, kiber əməliyyatları, informasiya zərbələrini və elektron müharibələri aid edirlər.

Xəbər lenti
0