QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vitse-spiker: Erməni dayılarının uğursuzluğundan narahat olanlar, məkrli addımlar atırlar

© Sputnik / Murad OrujovMillət vəkili Fəzail İbrahimli
Millət vəkili Fəzail İbrahimli - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin sədr müavini Fəzail İbrahimli: "Bu, Rusiya əleyhinə aksiya keçirən insanlardan soruşmaq lazımdır ki, indi siz nə istəyirsiniz?

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. "Azərbaycanın əldə etdiyi uğurlara məkrli münasibətin içərisində olan qüvvələr Azərbaycanın əleyhinə nəsə deyə bilərlər".

Bu sözləri Sputnik Azərbaycan-a Milli Məclisin sədr müavini Fəzail İbrahimli ötən gün Şəhidlər xiyabanında bir qrup şəxsin Rusiya sülhməramlıları əleyhinə səsləndirdiyi şüarlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu gün Azərbaycanla, dövlət başçısının siyasəti ilə bağlı fikirlər vahiddir: "Bu gün millət, xalq bayram əhval-ruhiyyəsindədir. Şəhidlər, qurbanlar verməyimizə baxmayaraq, andımıza sadiq qaldıq. Biz üçrəngli bayrağın altında müstəqilliyimizə and içmişdik. Andımızı yerinə yetirdik. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs səfərbər oldu. Qələbəyə nail olduq. Qələbə ilə bağlı, dövlətin yürütdüyü siyasətlə bağlı atılan hansısa bir addımın arxasında dünya dövlətlərinin siyasi marağı durur".

Vitse-spiker Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında dostluq münasibətlərinin olduğunu, İlham Əliyevin səyləri sayəsində bu uğurların əldə edilməsinə imkan yaradıldığını da qeyd edib.

"Azərbaycanın əldə etdiyi uğurlarla bağlı düşüncə vahiddir. Ali Baş Komandan bu dönəmdə diplomatik, siyasi, xüsusi istedadla Azərbaycanın əleyhinə olan dünya KİV-nin qarşısında sipər oldu. Azərbaycanda siyasi mövqeyindən asılı olmayaraq, hər kəs prezidentin ətrafında yumruq kimi birləşdi", - İbrahimli əlavə edib. 

Vitse-spiker vurğulayıb ki, Azərbaycanda kifayət qədər ermənilər yaşayır. Bu gün "erməni dayıları"nın uğursuzluqlarından narahat olanlar, belə məkrli addımlar atırlar, "çünki onların genetikasında bu var".

Посетитель на выставке, приуроченной к 25-летию установления дипсвязей России и Азербайджана в Москве - Sputnik Azərbaycan
Rusiya Azərbaycanın strateji tərəfdaşıdır, amma araqarışdıran qüvvələr də var - deputat

Onun fikrincə, qanında antitürk elementlər daşıyanlar da bu məkrli niyyəti olan insanlar sırasındadır. Onlar Azərbaycana qarşı düşmən mövqedə olanlardır. Bu şəxslər müxtəlif qruplardan, təbəqələrdən ola bilərlər: "Üçüncü qrup isə pullu nökərlərdir. Bunlar pula işləyir. Neçə vaxtdır onların pulu kəsilib. 45 gündür danışa bilmirlər, balaları susuz qalıb, ac qalıb".

Vitse-spiker əlavə edib ki, bu insanlar hüquq-mühafizə orqanları tərəfindən deyil, ictimaiyyət tərəfindən qınanmalıdır: 

"Artıq Ermənistanın arxasında bolşeviklərin durduğu Rusiya yoxdur.  Görün bu işdə cənab prezidentin nə qədər böyük diplomatik səyi var. 200 illik bir birliyi bitərəfləşdirə bildi. Putin dünən verdiyi müsahibədə qeyd etdi ki, bu, Azərbaycanın daxili işidir. Belə bir məqamda bu aksiyanı keçirən insanlara təkcə hüquq-mühafizə orqanlarından deyil,  ictimai rəydən də qınaq olmalıdır. Bu insanlar tapılıb ifşa edilməlidir. Bu, Rusiya əleyhinə aksiya keçirən insanlardan soruşmaq lazımdır ki, indi siz nə istəyirsiniz? Qarabağ alındı, qeyrət simvolumuz olan Şuşa alındı. İlham Əliyev və Birinci vitse-prezident həyatlarını təhlükəyə atıb işğaldan azad olunan ərazilərə getdilər. Bu təxribatçı aksiya keçirənlər onda ləzzət alırdılar ki, Cıdır düzündə Paşinyan qarnını qabağa verib yallı getsin? Görünür iğtişaş törətmək istəyənlər buna görə əzab çəkir. Bəsdir daha bu qədər cəfəngiyat. İndi nə istəyirlər?"  

Xatırladaq ki, dünən Bakıda "Şəhidlər Xiyabanı"nda təxribat xarakterli aksiya keçirilib.

Sputnik Azərbaycan-ın rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, qrup 12 nəfərdən ibarət olub. Onlar Dirçəliş Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət məqsədilə gəliblər və bundan sonra təxribatçı şüarlar səsləndiriblər. Onlara hüquq-mühafizə orqanlarınını ənəkdaşları tərəfindən müvafiq xəbərdarlıq edilib.

Bakı şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycana bildiriblər ki, sözügedən qrupun üzvləri cəmiyyətin tanıdığı siyasi və ya ictimai fəallar deyil. "Xalq Cəbhəsi Partiyasının, eləcə də ölkədəki digər siyasi partiyaların nümayəndələri əllərində Azərbaycan bayrağı, "Milli Dirçəliş Günü" münasibətilə dinc şəkildə xiyabana gələrək şəhidləri ziyarət edib gediblər. Sözügedən təxribatçı qrupun isə hansı siyasi qüvvənin maraqlarını müdafiə etdiyini müəyyənləşdirmək mümkün olmayıb", - deyə BŞİH-dən bildirilib.

Xəbər lenti
0