22:55 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
15 0 0

Nəhəng yeraltı kompleks qayanın içərisində düzəldilib və 300 metr qalınlığında daş örtüklə qorunur. 25 min kvadrat kilometrlik ərazidə anbarlar, təmir limanları yerləşir.

BAKI, 21 oktyabr — Sputnik, Nikolay Protopopov. Yüz metrlərlə qaya qruntu, birbaşa nüvə zərbəsini saxlamaq qabiliyyəti və raket silahlı atom sualtı qayıqları - ABŞ Hərbi-dəniz qüvvələri Norveçdəki soyuq müharibə dövründən qalmış Olavsvern yeraltı hərbi-dəniz bazasını reanimasiya etmək qərarına gəliblər. Bir neçə Seawolf kəşfiyyatçı sualtı qayığı buradan patrul çəkməyə və Rusiyanın Şimal donanmasının gəmilərini izləməyə çıxacaqlar. NATO-nun ən qorunan obyektlərindən biri barədə - RİA Novosti-nin materialında.

Qayada şəhər

Olavsvern bazasında aktiv hərbi fəaliyyət 2000-ci illərin əvvəllərində başa çatıb, obyekt 2009-cu ildə birdəfəlik dondurulub. Lakin bu yaxınlarda amerikalılar yenidən atom sualtı qayıqlarını bura yönəltmək qərarına gəliblər.

Olavsvernə Seawolf sinfindən olan bütün sualtı qayıqları göndərəcəklər. Avqustda artıq belə qayıqlardan biri ABŞ-dakı Banqor hərbi-dəniz bazasından Noveçin Tromse limanına gəlib. 

Olavsvern hərbi-dəniz bazasını hələ 1960-cı illərdə tikiblər. O Rusiya ilə sərhəddin cəmi 350 kilometrliyindədir və Şimal donanmasının sualtı qayıqlarının patrul çəkdiyi marşrutların yaxınlığındadır. Soyuq müharibə illərində amerikalılar Şimal Buzlu okeanı hövzəsinə görə məsuliyyət daşıyan sualtı qüvvələri burada saxlayırdılar. NATO sualtı qayıqlarının heyətləri istənilən vaxt Şimal donanmasının Norveç dənizinə və Şimali Atlantikaya gedən yolunu kəsməyə hazır idilər.

Nəhəng yeraltı kompleks qayanın içərisində düzəldilib və 300 metr qalınlığında daş örtüklə qorunur. 25 min kvadrat kilometrlik ərazidə anbarlar, təmir limanları yerləşir. Tunellərin layihələşdirilməsi və tikilməsinə, həmçinin obyektin müasir avadanlıqla təchizatına 500 milyon dollardan artıq vəsait xərclənib. Müqayisə üçün, 1961-ci ildə dünyada ilk olaraq istifadəyə verilmiş USS Enterprise atom aviadaşıyanı təxminən 450 milyon dollara başa gəlib.

Arktikaya daha yaxın

Şimal donanmasının keçmiş komandanı Vyaçeslav Popovun fikrincə, yenilənmiş Olavsvern bazası Rusiya üçün NATO tərəfindən daha bir ciddi təhlükə olacaq.

"Seawolf buzun altında üzmək üçün yaxşı uyğunlaşıb, - admiral RİA Novosti ilə söhbətində qeyd edib. - Amerikalılar dayanma yerlərini fəaliyyət zonasına yaxınlaşdırmaq istəyirlər, bizim sərhədlərimizə və Arktikaya daha da yaxınlaşmağa can atırlar. Əlbəttə, Şimal donanması Olavsvernə nəzarət etməli olacaq - bunun üçün bütün vasitələr var".

Lakin ekspertlərin sözlərinə görə, amerikalıları çətinliklər gözləyə bilər, çünki hüquqi baza fiziki şəxsə məxsusdur. Sıfırıncı illərin sonunda qərb analitikləri belə qərara gəldilər ki, Rusiya donanması artıq NATO üçün təhlükəli deyil, Olavsverni saxlamaq isə baha başa gəlir. Və Norveç hökuməti bazanı satış çıxardı.

2011-ci ildə norveçli biznesmen 4,5 milyon dollara bazanı aldı. O bazanı icarəyə verməyə başladı, o cümlədən rusiyalı şirkətlərə. Bura mütəmadi olaraq "Akademik Nemçinov" və "Akademik Şatskiy" gəmiləri gəliblər. Bunun ardınca bir çox norveçli hərbçilər bu razılaşmanı sərt tənqid etməyə başladılar.

İkili standartlar

On ildən sonra NATO-da öz səhvlərini başa düşdülər. Norveçin NRK telekanalının məlumatına əsasən, son həftələr ərzində Pentaqonun yüksək rütbəli zabitləri dəfələrlə Olavsverndə olublar. Norveç Müdafiə Nazirliyi isə ABŞ və NATO-ya bazadan təyinatı üzrə istifadə etməyə icazə verən razılaşmanı təsdiqləyib.

Yeraltı labirintlər

Olavsvern yeraltı bazası unikal deyil. Soyuq müharibə illərində onlarla belə obyekt tikilib. Ən iri bunkeri isveçlilər ötən əsrin ortalarında tikiblər. Muskyo hərbi-bazası Stokholm arxipelaqının cənubunda faktiki olaraq ayrı bir adadır.

Bazada minədək hərbçi nüvə hücumundan qoruna bilər. Materikdən obyekdə 3 kilometrlik dənizaltı tunel aparır.

Rusiyaya gəldikdə, ən iri məlum olan baza Krımdadır. Nüvə müharibəsi zamanı üç minədək insan üç ay ərzində burada rahat yaşaya bilər.

Ekspertlərin fikrincə, lazım gəldikdə bazanı yenidən bərpa edərək işlətmək olar, lakin o, ölçülərinə görə müasir sualtı qayıqları qəbul edə bilməz.

Əsas mövzular