20:32 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
10601

Amerikalılar Su-57 qırıcısının əsas və strateji üstünlüyünü hələ ki müzakirə etmirlər, lakin Çin mütəxəssisləri döyüşün idarə edilməsi sisteminə inteqrasiya olunmuş süni intellektə diqqət yetiriblər.

BAKI, 19 avqust — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. ABŞ mütəxəssislərinin Su-57 qırıcısına daim diqqət yetirməsi onların "Suxoy"un bütün sirlərini açmaq istəyindən xəbər verir. Hərbi mövzuda ixtisaslaşan Amerika nəşrlərinin Su-57 qırıcısına qarşı bir neçə iddiası var. Bunlardan ən əsası onun döyüş üstünlüyü ilə bağlıdır.

Təbii ki, Rusiya qırıcısının radalarda görünməsi (guya görünməzliyinə görə o, ABŞ-ın F-22 "Raptor"undan geridə qalır) və yeni nəsil mühərriklər haqqında məlumatın olmaması Amerikada şübhə doğurur. Lakin nəşrlər əsasən "tərəfdaşları" narahat edən məsələlərə toxunur.

ABŞ-ın "The Drive" nəşri xəbər verir ki, Su-57 qırıcının istehsal keyfiyyəti yaxşılaşır və qırıcının "Suxoy" korporasiyası tərəfindən dərc olunmuş şəklinin hər kvadrat millimetrini təhlil edir. Təyyarənin burun hissəsindəki infraqırmızı idarəetmə sistemi (101KS-V), modifikasiya edilmiş asimmetrik hava qəbulediciləri və kompozitlərdən hazırlanmış yanacaqdoldurma zondu onların xüsusilə diqqətini çəkib. Amerikalıların ən pis qorxuları təsdiqlənir: Su-57 daim təkmilləşir və "ən yüksək texnologiyalı rəqibini belə neytrallaşdıra" bilir.

Su-57 uzaq və yaxın döyüşlərdə bütün növ hava hədəflərini məhv etmək, düşmənin hava hücumundan müdafiə sistemlərini dəf etməklə onun yerüstü, suüstü hədəflərini vurmaq, bazadan böyük məsafələrdə hava məkanının monitorinqini həyata keçirmək, düşmənin aviasiya idarəetmə sistemini dağıtmaq üçün nəzərdə tutulmuş beşinci nəsil çoxfunksiyalı qırıcıdır. Bu, özündə təxminən 15 ən yeni "hava-hava" və "hava-yer", o cümlədən 250 kilometrə qədər məsafəli raketləri və "Kinjal" hipersəs raketini birləşdirən ən güclü döyüş kompleksidir. Üstəlik, Su-57-nin döyüş yükünün onun kütləsinə nisbəti dördüncü nəsil təyyarələrdən xeyli böyükdür.

Bu ən yeni qırıcı yüksək texnoloji üstünlüyə çatıb, Suriyada döyüş şəraitində sınaqdan keçirilib və təsadüfi deyil ki, Rusiya Müdafiə Nazirliyi ilk partiyada iki və ya üç deyil, 76 ədəd Su-57 sifariş edib.

Hədsiz mükəmməllik

"The Drive" nəşri bundan əvvəl Su-57-nin bir neçə texnoloji xüsusiyyətlərini – o cümlədən Amerikanın beşinci nəsil F-22 qırıcısı üçün əlçatmaz olan xüsusiyyətlərini təhlil edib.

Bu xüsusiyyətlərdən biri təyyarəyə inteqrasiya edilmiş radarlardır: fəal fazalanmış H036 diapazonlu X qəfəsli antenası olan "Belka" radarları. Bu radarlar təyyarə üçün böyük baxış sahəsi təmin edir, təyyarə pilotunun situasiya haqqında məlumatını çoxaldır və taktiki fəndləri digər qırıcılara nisbətən daha yaxşı yerinə yetirməyə imkan verir.

Qeyd edək ki, yan radarlar Su-57-yə hədəf axtarışında yüksək müstəqillik, düşmən radarları üçün yeni görünməzlik səviyyəsinə nail olmağa imkan verir.

Su-57 döyüş təyyarəsi havada inanılmaz manevrlər etməyə imkan verən üçölçülü dartma vektoruna malikdir və bu keyfiyyət beşinci nəsil təyyarələrdən heç birində yoxdur. Uzaq və ya yaxın döyüşdə sursat tamamilə xərclənsə, Su-57-nin sürəti və manevr qabiliyyəti onun döyüş canlılığının etibarlı zəmanəti olaraq qalacaq.

Su-57-nin "off-road" xarakteristikaları, böyük şinləri olan gücləndirilmiş şassisi hörmət təlqin edir. Bu beşinci nəsil qırıcı qrunt aerodromların geniş şəbəkəsindən istifadə etməyə qadirdir. Daha kövrək və şıltaq F-22 və F-35 təyyarələrinin istismarı üçün isə daha "sivil" aerodromlar tələb olunur. Qrunt örtüklü aerodromlar onlar üçün uyğun deyil.

Su-57-nin "Himalay" adlı radioelektron mübarizə (RM) qurğusu potensial düşmənin beşinci nəsil döyüş təyyarələrini dördüncü nəsil təyyarələrə çevirməyə, yəni F-35 və F-22-ni görünən etməyə sonra isə onları "tərksilah etməyə" qadirdir.

İnteqrasiya olunmuş radioelektron mübarizə sistemi gövdə və qanadlarda yerləşir və bu, radioelektron müdaxilə yaratmağa və təyyarəni avtomatik tuşlanan raketlərdən qorumağa imkan verir. "Himalay"ın fəaliyyət diapazonu ehtimal olunan rəqibin "hava-hava" raketlərindən istifadə radiusundan üstündür. Çox güman ki, məhz bu radioelektron mübarizə kompleksi Rusiyanın ən yeni "Oxotnik" pilotsuz uçan aparatına da inteqrasiya olunacaq.

Təkamül və inqilab

Avqustun 18-də Amerikanın "Military Watch Magazine" nəşri xəbər verib: "Rusiya Tu-22M3M taktiki bombardmançılarını təkmilləşdirmək üçün Su-57-nin yeni texnologiyalarından istifadə edir". Qeyd edilir ki, Su-57 platforması digər döyüş təyyarələri siniflərinə inteqrasiya oluna bilən sensorlardan tutmuş radioelektron mübarizə və lazer müdafiə sistemlərinə qədər növbəti nəsil texnologiyaların geniş spektrini özündə birləşdirir və xüsusilə də səsdən sürətli TU-22M3M bombardmançısını yeni səviyyəyə çatdıracaq.

İnteqrasiya sözü burada məcazi mənada işlənmir. Tu-22M3M-in modernləşdirilmiş versiyasında artıq Su-57-nin yüksək məlumat ötürmə sürətinə və enerji effektivliyinə malik kommunikasiya platformasından istifadə olunur. Uçuş sınaqları yüksək göstəricilər nümayiş etdirib və yeni sistem T-160M2 strateji bombardmançısına da inteqrasiya olunacaq.

Beləliklə, Su-57 böyük "qardaşlar"ının da texnoloji inkişafı üçün zəmin yaradır. 

Bir qədər əvvəl "Military Watch" saytında Su-57 təyyarəsinin 2020-ci ilin iyununda 4++ nəsil Su-35 döyüş təyyarələri üçün komanda mərkəzi kimi sınaqdan keçirilməsi haqında məlumat dərc olunub. Eksperiment "real döyüş şəraitində" aparılıb və Su-57-nin Su-35 ilə vahid informasiya məkanında işləməyə qadir olduğunu, sinergetik döyüş effektivliyini əhəmiyyətli dərəcədə artıra bildiyini sübut edib. Qeyd edək ki, Pentaqon və NATO-nun "şəbəkələrində" oxşar əlaqə yoxdur.

Havada hökmranlığın beynəlxalq silah bazarında da dividendlər gətirməsi yaxşı haldır. "Military Watch" qeyd edir: "Su-57 və Su-35-in qarşılıqlı əlaqə imkanlarının genişlənməsi onların döyüş potensialını artırmaqla yanaşı, yeni döyüş təyyarəsini Su-35 və Su-30SM ixracatçıları üçün daha cəlbedici edəcək".

Amerikalılar Su-57 qırıcısının əsas və strateji üstünlüyünü hələ ki müzakirə etmirlər, lakin Çin mütəxəssisləri döyüşün idarə edilməsi sisteminə inteqrasiya olunmuş süni intellektə diqqət yetiriblər. Güman edirəm ki, bu, hərbi sahədə əsl inqilabdır: Rusiyanın Su-57-si avtomatik rejimdə vəzifələrin 90 faizini yerinə yetirməyə, hətta əvvəlcədən hazırlanmış proqram üzrə tam avtomatik olaraq hərəkət etməyə qadirdir. Pilot yaralansa və ya öldürülsə idarəetmə sistemi əsas və ikinci dərəcəli hədəfləri müstəqil şəkildə müəyyənləşdirəcək, marşrutu quracaq, zərbəni vuracaq və təyyarəni bazaya qaytaracaq.

Mən artıq Su-35 döyüş təyyarələri ilə qarşılıqlı əlaqə imkanlarını qeyd etmişəm, lakin Su-57-nin süni intellekti "ağıllı" və altı tondan çox bomba və raketi 5000 kilometr məsafəyə daşımaq qabiliyyətinə malik S-70 "Oxotnik" pilotsuz uçan aparatı ilə də birgə işləyə bilər. Döyüş meydanında belə güclü təyyarələr rəqibin "qocaman" F-22 "Raptor" təyyarələrinə heç bir şans vermir.

Bununla yanaşı, Rusiyanın "MiQ" və "Suxoy" şirkətləri artıq altıncı nəsil qırıcı təyyarələrini hazırlayırlar.

Əsas mövzular