Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Çinin narahat olmaq vaxtı çatıb" - Ekspert Pompeonun COVID-19 barədə bəyanatını şərh edib

© AFP 2023 / HECTOR RETAMALСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Dövlət katibi Mayk Pompeo bildirib ki, yeni tip koronavirusun mənşəyinə dair əminlik olmasa da, virus ola bilər ki, laboratoriyada peyda olub. Politoloq Oleq Matveyçev Sputnik radiosunun efirində bu bəyanatın ardınca nəyin gələ biləcəyini şərh edib

BAKI, 7 may — Sputnik. ABŞ Dövlət katibi Mayk Pompeo bildirib ki, Amerikanın yeni tip koronavirusun mənşəyinə dair əminliyi olmasa da, virus ola bilər ki, laboratoriyada peyda olub.

"Əminlik yoxdur, həm də virusun mənşəyinin laboratoriyada ola biləcəyinə dair xeyli məlumat var. Hər iki bəyanat doğru ola bilər, mən də onları səsləndirdim", – Pompeo deyib.

Bundan əvvəl isə ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun ofisi virusun süni şəkildə yaradılmadığını deyib. 17 kəşfiyyat qurumunu əlaqələndirən ofisdə koronavirusun Uhan Virusologiya İnstitutunun laboratoriyasından sızması mümkünlüyünü şərh etməyiblər.

Майк Помпео - Sputnik Azərbaycan
"Məlumatları gizlətməyə çalışıblar": Pompeo yenə Çini ittiham etdi

Bir qədər öncə, ABŞ Prezidenti Donald Tramp və Pompeo virusun mənşəyi haqqında məlumatların guya kifayət qədər şəffaf olmamasına görə Çini qınayıblar. Çin hökuməti isə öz növbəsində dəfələrlə bəyan edib ki, lap əvvəldən koronavirusa dair məlumatların dərc edilməsi ilə bağlı açıq və məsuliyyətli mövqe tutub.

Politoloq, Ali İqtisadiyyat Məktəbinin professoru Oleq Matveyçev Sputnik radiosunun efirində bildirib ki, ABŞ administrasiyası COVID-19 pandemiyasını bəhanə kimi istifadə edərək Pekinə təzyiqləri davam etdirmək niyyətindədir. 

"Çinin artıq narahat olmaq vaxtı çatıb... Aydındır ki, Tramp administrasiyasının kursu həmişə anti-Çin olub. İndi isə koronavirusa görə Amerika iqtisadiyyatına bu qədər böyük zərər dəydiyi bir vaxtda Çini günahkar çıxarırlar. Biz bunu Amerikaya tərəfdar olan ölkələrin bəyanatlarında da görə bilərik – onlar sanki əmrə uyğun olaraq "Çinin günahı" haqqında danışmağa başlayıblar. Çinə qarşı soyuq müharibə, hibrid müharibə davam edir və güclənəcək", – Matveyçev hesab edir.

Xəbər lenti
0