Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb "Rusiyaya görə" aclıq çəkəcək

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidУборка пшеницы в Краснодарском крае, фото из архива
Уборка пшеницы в Краснодарском крае, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa görə ərzaq böhranı yaxın aylarda reallığa çevrilə bilər. Lakin Rusiyanın və istehlakçılarını qoruyan digər ölkələrin bununla heç bir əlaqəsi yoxdur.

BAKI, 29 aprel — İvan Danilov, Sputnik. Xarici medianın hər şeyə görə və hər zaman Rusiyanı günahlandırmaq istəyi bir növ çoxəsrlik tarixi olan pis ənənəyə çevrilib. Koronavirusun yayılmasına görə Qərbdə Rusiyanın deyil, Çinin günahlandırması nadir bir istisna və böyük bir xoşbəxtlikdir. Amma Qərb öz ənənələrindən bu qədər asan imtina etmir. Artıq xarici media mənbələrində Rusiyanın öz hərəkətləri ilə qlobal ərzaq təhlükəsizliyini pozması ilə bağlı ittihamlar meydana çıxır. Məsələn, Amerikanın nüfuzlu "Bloomberg" agentliyinin son materiallarından birində Rusiya hökumətinin, eləcə də Qazaxıstanın və Vyetnamın gördükləri tədbirlər "qonşunu aclıq ilə öldür" strategiyası kimi təsvir olunur və açıq-aydın mənfi şəkildə şərh olunur.

НПЗ Mandan штате Северная Дакота, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Şist inqilabı əzilib və "dizləri üstə çöküb"

Sən demə, buna səbəb Rusiya hökumətinin koronavirus böhranı şəraitində ərzaq bazarında qiymət sabitliyini saxlamaq üçün taxıl ixracını məhdudlaşdırmaq qərarı olub. Bu yanaşmanın Rusiya üçün unikal olduğunu demək olmaz, çünki amerikalı jurnalistlərin də qeyd etdiyi kimi, "ərzaq millətçiliyi" (yəni, xarici alıcılar qarşısında öz istehlakçılarının prioritetləşdirilməsi) adətən, ərzaq ixracı ilə məşğul olan ölkələr arasında populyar bir təcrübədir və epidemiya zamanı ərzaq ixracını məhdudlaşdıran ilk ölkə Vyetnam olub.

İttihamların mahiyyəti ondan ibarətdir ki, epidemiya şəraitində ərzaq məhsullarının dünya bazarına ixracının məhdudlaşdırılması xüsusilə yoxsul ölkələrdə "aclığa gətirib çıxaracaq", çünki bu məhdudiyyətlər səbəbindən qiymətlər qaçılmaz olaraq artacaq və belə ölkələrin ərzaq almağa pulu çatmayacaq. Problem ondadır ki, ittihamçı qismində ABŞ və Avropa İttifaqı çıxış edir. Lakin məhz onların taxıl ixracatçıları bazarda digər ölkələrdən təkliflərin müvəqqəti yoxluğu şəraitində öz məhsullarının qiymətini qaldıracaqlar.

Belə çıxır ki, ABŞ hökumətindən analoji ixrac məhdudiyyətləri ilə üzləşməyəcək amerikalı ixracatçılar öz istehlakçılarından əlavə pul qazanacaqlar və bununla yanaşı, Amerika mediası hələ bir Rusiya, Vyetnam və Qazaxıstanı (amma, əlbəttə, ilk növbədə, Rusiyanı) məsuliyyətsiz davranaraq planetdə ərzaq böhranına səbəb olan ölkələr kimi göstərəcək.

Нефть, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Bir müharibənin qalibi bəlli oldu, ABŞ və Kanada isə...

ABŞ-ın pul qazanmaq və eyni zamanda mənəviyyat dərsi keçmək istəyi qarışıq hisslərə səbəb olur. Tarixi retrospektivlər nöqteyi-nəzərindən baxsaq vəziyyət daha da maraqlı olur. Avropalı və amerikalı siyasətçilərin Rusiyada ərzaq təhlükəsizliyinin təminini "əbəs yerə pul və qüvvə xərci" kimi təsvir etməyini xatırlamaq lazımdır. İndi isə məlum olur ki, Rusiyaya dünya bazarında əhəmiyyətli yer tutmağa imkan verən elə bir ixrac potensialı yaradılıb ki, hətta Rusiya ixracının müvəqqəti azalması və ya məhdudlaşdırılması idxalçıların ciddi narahatlığına səbəb olur.

Narahatlığın miqyasını anlamaq üçün Qətərin "Əl-Cəzirə" telekanalının yayımladığı və məhz Rusiyanın dolayısı ilə ərəb dünyasında bir neçə siyasi rejimin çökməsinə və qanlı "rəngli inqilablar" dövrünün başlanmasına səbəb olduğu iddia edilən materialdakı məntiqi zəncirə baxmaq kifayətdir.

"Bəzi əsas alıcıların buğdanı idxal etməyə tələsdiyi bir vaxtda dünya on il ərzində ilk dəfə olaraq Rusiya buğdasından məhrum olmaq riski ilə üzləşib... Rusiyanın məhdudiyyətlər və ya vergilər səbəbindən buğda bazarını sarsıtmaq baxımından zəngin bir tarixi var, lakin son dəfə ixracata tam qadağa 2010-cu ildə əkinləri məhv etmiş quraqlıqdan sonra tətbiq edilib. Bu addım buğda fyuçerslərinin qiymətlərinin kəskin artmasına gətirib çıxarıb və bəzi tədqiqatçılar bu qadağanı "ərəb baharı"na dolayı yolla səbəb olmuş faktor hesab edirlər. Qlobal tədarük hələ kifayət qədər olsa da, keçmişdə ərzaq çatışmazlığına dair xatirələr ərzaq milliyyətçiliyi ilə bağlı müzakirəni bərpa edir. Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı kimi təşkilatlar sosial gərginlik yaradan pandemiya ilə əlaqədar olaraq sosial və siyasi iğtişaşlar riskinin yenidən artdığını, eləcə də ərzaq təhlükəsizliyinə ziyan vura və qiymətləri artıra biləcək əsassız tədbirlərə qarşı çıxdıqlarını bəyan ediblər".

Fransanın taxıl ixracatçıları qiymətləri artırırlar. Elə "Bloomberg" agentliyinin özünün məlumatına görə, fransalılar öz ehtiyatlarını satırlar və bütün bunlarda "ərzaq milliyətçiləri" günahkardır. Vəziyyətin tamamilə şablon şəkildə inkişaf etməsi üçün avropalı və amerikalı siyasətçilərə bircə planetin ərzaq təhlükəsizliyi uğrunda mübarizə çərçivəsində taxıl və düyü qiymətlərinin artırılmasına görə Rusiyaya və Vyetnama qarşı sanksiyaların tətbiq olunmasını tələb etmələri qalır.

Bu media kampaniyanın daha bir mühüm aspekti var.

В здании фондовой биржи в Сиднее, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Böyük neft barışığı: bundan sonra nə olacaq?

Koronavirusa görə ərzaq böhranı yaxın aylarda reallığa çevrilə bilər. Ekspertlər böyük miqyaslı aclıq barədə xəbərdarlıq edərkən riskləri şişirtmirlər – bu, həqiqətən də baş verə bilər. Lakin Rusiyanın və istehlakçılarını qoruyan digər ölkələrin bununla heç bir əlaqəsi yoxdur.

Məsələn, Avropa İttifaqı son illər ərzində torpaqda işləməyi yadırğamış "varlı torpaq sahibi" təsəvvürünü yaradır – Böyük Britaniya, İtaliya və Avropa İttifaqının digər ölkələri kənd təsərrüfatında kəskin işçi çatışmazlığından əziyyət çəkir. Onlar buna görə məhsulun əhəmiyyətli bir hissəsini itirə bilərlər. İtirilməyəcək hissə isə adi vaxtda olduğundan daha baha olacaq.

Bu arada "Forbes" jurnalı bildirib ki, rumıniyalı qastarbayterlər məhsul toplamaq üçün çarter reysləri ilə Böyük Britaniyaya gətirilirlər.

ABŞ-da isə piştaxtalarda ət qıtlığı başlaya bilər, çünki ən iri ət emalı müəssisələri kütləvi koronavirus yoluxmaları səbəbindən bağlanır. Amerikanın NBC telekanalı bildirir ki, "mağazalar (ət emalı - red.) müəssisələrinin bağlanması fonunda həftənin sonuna qədər ət çatışmazlığı ilə üzləşə bilərlər".

Belə bir şəraitdə, bütün taxılları gizlətmiş və koronavirus haqqında dezinformasiya yaymış və bəlkə də bütün əti yemiş (və ya götürmüş) xarici düşmən tapmaq ideyası kiminsə qulağına xoş gələ bilər. Lakin Çinə, Rusiyaya və hətta Vyetnama ünvanlanmış media isteriyadan asılı olmayaraq, koronavirus problemi heç yerə getməyəcək və koronavirusa qarşı sanksiyalar da tətbiq etmək mümkün olmayacaq.

Xəbər lenti
0