Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

“Bumeranq”ın ixrac potensialı – $ 1 mlrd: Rusiya platforması nə ilə unikaldır

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçid"Bumeranq" zirehli transportyoru
Bumeranq zirehli transportyoru - Sputnik Azərbaycan
Abunə olmaq
“Bumeranq” zirehli transportyorlarının unikal texnologiyası və döyüş imkanları Rusiyanın və onun müttəfiqlərinin müdafiə qabiliyyətini artıracaq, rus silahının müasir hərbi münaqişələrdə və beynəlxalq arenada üstünlüyünü təsdiq edəcək.

BAKI, 25 aprel - Sputnik. Aleksandr Xrolenko, hərbi icmalçı. “Rosoboroneksport” şirkəti aprelin 23-də ən yeni vahid “Bumeranq” döyüş platformasının xarici bazara çıxarılmasının başlandığını bildirib. Müəssisənin baş direktoru Aleksandr Mixeyevin sözlərinə görə, perspektivdə ixracın mümkün həcmi 1 milyard dollardır. Belə qiymətləndirmə üçün etibarlı texnoloji və marketinq əsasları var (yüksək keyfiyyət və yaxşı qiymət). Maşına Afrika, Yaxın Şərq, cənub-şərqi Asiya və MDB ölkələri maraq göstərirlər.

Многоцелевой истребитель Су-35, фото тз архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya qırıcısı Suriya səmasında ABŞ təyyarəsinin qarşısını kəsib: günahkar kimdir?

“Bumeranq” Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanıb, ona görə də döyüş və ixrac imkanları nümunəsidir, döyüş əməliyyatlarının müasir və perspektivdəki şərtlərinə uyğun gəlir. Vacib tələblər də nəzərə alınıb – məsafədən idarəolunma, sistemin robotlaşdırılması. Maşın bir çox inqilabi mühəndis ideyalarını özündə birləşdirib.

“Bumeranq”ın döyüş üstünlüyünün alətləri və texnologiyası: güclü silahlanmanın çevik konfiqurasiyası, silah stabilizatoru ilə atəşin rəqəmsal idarə olunması sistemi, şüa uzaqlıq ölçəni və ballistik hesablayıcı ilə çoxkanallı optik-elektron hədəfəalma kompleksi. Maşın atıcı silahdan, mina-partlayıcı qurğulardan və artilleriya mərmilərinin qəlpələrindən çoxsəviyyəli müdafiəyə malikdir: müasir çox qatlı zireh, dinamik və aktiv müdafiə sistemi, tüstü qatının yaradılması. Mina partlayışı zamanı heyət (üç nəfər) və desant (8 nəfərədək döyüşçü) salamat qalacaqlar. “Bumeranq”ın döyüş meydanında yüksək salamat qalma faizini həmçinin radioidarəolunan partlayıcı qurğuların bloklayıcıları, rəngi deformasiyaya uğradan korpusun xüsusi forması, kütləvi qırğın silahından müdafiə sistemləri təmin edir.

“Bumeranq”ın modul platforması dinc və müharibə dövründə müxtəlif silahlı, ləvazimatlı və ixtisaslı, təbii fəlakətlər halında, terror qruplaşmalarına qarşı və cəbhə xətti üçün güclü zirehli transportyorlar xəttini yaratmağa imkan verir.

Танки Т-14 Армата, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya yeni silahını sınaqdan keçirdi: insana çox az ehtiyacı var

Döyüş xüsusiyyətləri

“Bumeranq” ilk dəfə geniş ictimaiyyətə 2015-ci ildə Moskvadakı Qələbə paradında nümayiş etdirilib. Döyüş xüsusiyyətlərinə və həll olunan vəzifələrin spektrinə görə maşın bir çox xarici analoqlarından üstündür. Yaxın gələcəkdə “Armata” tankı və PDM T-15-lə (tırtıllı platformada) bir yerdə “Bumeranq” Rusiya Quru qoşunlarının əsas gücünə çevriləcək.

Funksional təyinatından asılı olaraq universal platformaya döyüş modulları – insan olan və ya məsafədən idarə olunan silah sistemləri bərkidilir. “Bumeranq”lar 30 (vəy 57) mm-lik avtomat toplarla və ya qoşalaşmış 7,62 mm-lik pulemyotla, 30 mm-lik avtomat qumbaraatanla və 12,7 mm-lik “Kord” pulemyotu ilə, 2 TƏRK-lə ( “Kornet” tank əleyhinə kompleksinin vurma məsafəsi 10 km-dək olan 4 raketi) təchiz olunur. Möhkəmlilik, güc ehtiyatı və şassinin quruluşu daha güclü topların, zenit raket komplekslərinin qurulmasına imkan verir.

Hər havaya uyğun silah sistemləri heyətə gecə və gündüz, yerindən, hərəkət edərək, üzərək rəqibin canlı qüvvəsini və atəş nöqtələrini, zirehli və zirehsiz hədəfləri effektiv surətdə vurmağa imkan verir. Bura aşağı sürətli hava (“Bumeranq” hətta zərbə helikopterləri ilə döyüşməyə qadirdir) hədəfləri də daxildir. Rəqəmsal idarəetmə, naviqasiya və kəşfiyyat qurğuları maşının vahid taktiki səviyyəli idarəetmə sisteminə etməyə imkan verir.

Raket buraxılışı - Sputnik Azərbaycan
RUSİYA
Bu "Sirkon" Rusiyanın rəqiblərinə baha oturacaq: onu uçuş zamanı heç nə vura bilməz

Zirehli transportyorun atəş xəttində əsas vəzifələrindən biri bütün imkanlarla hərbçilərin salamat qalmasını təmin etməkdir. Ona görə də döyüş komplekti və silahlar heyət və desantdan təcrid edilib. Yuxarı yarımsferə daxil edilmiş aktiv müdafiə maşını yüksək dəqiq tank əleyhinə raket və mərmilərdən qoruyur. Həmçinin yüksək manevr qabiliyyəti, sürət və modul-birləşdirici sxemin özü də qoruyur: idarəetmə bölməsi irəlidə soldadır, mühərrik-transmissiya bölməsi irəlidə sağdadır, döyüş bölməsi ortadadır, desant bölməsi isə arxadadır.

Qənaətcil 750 güclük dizel mühərriki 20 tonluq maşına şosedə 100 km/saat, kələ-kötür yerdə isə 50 km/saatadaək sürətlə getməyə, yüksək manevr qabiliyyətinə (bütün 8 təkər maşını çəkə bilir) imkan verir, gediş ehtiyatı isə 800 km-dir. Müqayisə üçün, ZTR-82А şosedə və kələ-kötür yerlərdə müvafiq olaraq 80 və 40 km/saat sürətlə gedir.

Döyüş maşınının amfibiya xüsusiyyətləri üç baladək dalğalanmada suda 10 km/saat sürətlə və 12 saatlıq gediş ehtiyatı ilə su maneələrini keçməyə imkan verir. “Bumeranq”ın təkər bazası yüksək təmirlərarası resursa malikdir və cüzi istismar xərclərindən xəbər verir (tırtıllı texnika istismarda bahadır). Təbii ki, bu qədər universal və güclü platforma müxtəlif təyinatla uğurla istifadə olunacaq (kəşfiyyat maşını kimi, radioelektron mübarizə sistemlərinin daşıyıcısı kimi, tibb xidməti maşını kimi və s).

Самолет Су-35С , фото из архива - Sputnik Azərbaycan
Azərbaycan Hərbi Hava Qüvvələri Rusiya qırıcılarını seçir: Su-35, yoxsa MiQ-35?

Rəqiblər geri qalırlar

Müasir beynəlxalq silah bazarında zirehli transportyor çoxdur: ABŞ-ın Stryker, Kanadanın LAV, İsveçrənin Piranha, Fransanın VBCI, alman-holland Boxer, Avstriyanın Pandur, Türkiyənin Pars və s. Orada hər il milyardlarla dollar “fırlanır”. Rusiya əvvəllər də yeni döyüş maşınlarının tədarükündə reytinqdə birinci olub. Misal üçün, 2010-2017-ci illərdə 1,483 mlrd. dollarlıq 1206 maşın satılıb, ixracın əsasını PDM-3 və ZTR-80А təşkil ediblər. “Bumeranq” Rusiya müdafiə sənayesinin mövqelərini möhkəmləndirəcək. 

Misal üçün, ABŞ-ın Stryker növündən olan analoqları silahlanma və mühərrikin gücünə görə (cəmi 350 at gücü) geri qalırlar. Stryker zirehli döyüş maşını ABŞ-ın General Dynamics Land Sistems və Kanadanın  General Motors Defence şirkətləri tərəfindən Kanadanın LAV III Kodiak zirehli transportyorunun bazasında hazırlanıb. Öz növbəsində “kanadalı” İsveçrəinin Piranha III zirehli maşınının törəməsidir. Stryker döyüş maşınları 2000-ci illərin əvvəllərində ABŞ ordusunda yaradılmış mexaniki briqadaların təchizatı üçün nəzərdə tutulmuşdu.

Россия окажет помощь Италии в борьбе с COVID-19 - Sputnik Azərbaycan
RUSİYA
Avropanın vecinə olmayan sinyorlar və Rusiyadan gələn təyyarələr

Stryker-lər 2015-ci ilədək yalnız 12,7 mm-lik pulemyotlarla silahlanmışdılar. Yalnız bu yaxınlarda (Avropada) 30 mm-lik topla silahlandılar.

Stryker-in əsasında Kanadanın LAV-III zirehli maşını durur. Nəticədə zəif manevr və keçmə qabiliyyəti olan ağır maşın alınıb. O, Rusiyanın BTR-80- i ilə rəqabət apara bilər, lakin döyüşdə BTR-82А ilə rastlaşan M1126 Stryker-in artıq uğur qazanmaq şansı yoxdur. Rus maşınının iki kilometrdəki hədəfi vuran 30 mm-lik topu rəqibi yüz faiz məhv edəcək.

“Bumeranq”ın idarə olunan silahları tamamilə yeni texnoloji səviyyə deməkdir. Daha öncə biz variantları ətraflı nəzərdən keçirmişik. Lakin daha bir misal çəkək: Yarımavtomat idarəetmə sisteminə malik “Kornet” TƏİR özü hədəfi izləyə və məhv edə bilir. Həmçinin onun optik lokatorları hətta maskalanmış hədəfləri aşkar edə bilir.

Suriyalılar hava zərbəsindən sonra İdlibin küçələrində gəzirlər - Sputnik Azərbaycan
Suriyanın şimalı yenə od içində: bu kimə sərf edir?

Obyektivlik xatirinə Qərbi Avropadan olan nümunəyə baxaq. Müasir və dünyada kifayət qədər populyar olan Skandinaviya zirehli maşını Patria AMV (armored modular vehicle) 2004-cü ildən etibarən istehsal olunur (təxminən iki min maşın səkkiz ölkənin ordusundadır). Patria-nın əsas maşınları: zirehli transportyorlar, təkərli PDM-lər, tibbi və təmir-təxliyə maşınları, özüyeriyən tank əleyhinə komplekslər və minomyotlar. Yaxından nəzər salanda Skandinaviya maşını “Bumeranq”a mühərrik gücünə (540 at gücü), müdafiə qabiliyyətinə və silahlanmasına görə xeyli uduzur. Patria üçün variantlar çox deyil: 30 mm-lik Mk-44 Bushmaster II topu 7,62 mm-lik UKM pulemyotu ilə birgə, tank əleyhinə silahın (Patria AMV PDM) və ya Browning /12,7 mm (Patria AMV ZTR) pulemyotunun quraşdırılması mümkündür. Qeyd edim ki, hamısını birdən olmaz, seçmək lazımdır.

Hətta bütün keyfiyyətlərinə görə daha güclü olan “Bumeranq”ın dönmə radiusu belə Patria və digər modul Avropa analoqlarından iki dəfə azdır. Çübki rusiyalı konstruktorlar idarəolunan təkərlərin dönməsinin kombinə edilmiş üsulunu tətbiq ediblər. Texnoloji üstünlük o qədər aşkardır ki, “Rosoboroneksport”un daha əvvəl dediyimiz milyard dolları (dünya bazarında) birinci mərhələ üçün nəzərdə tutulmuş proqram kimi görünür, maşın mütləq böyük uğur qazanacaq. Rusiyalı silah istehsalçıları yazxın vaxtlaradək yalnız tırtıllı döyüş zirehli texnikası sahəsində qayda yaradan sayılırdılar. Bu gün gözlərimizin önündə “Bumeranq” təkərli zirehli transportyoru inamla irəli çıxır.

Xəbər lenti
0