Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Risk hələ də var - Ekspert OPEC+ görüşünün yekunlarını dəyərləndirdi

© AFP 2023 / ALEX HALADAПеред зданием ОПЕК, фото из архива
Перед зданием ОПЕК, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşün yekun kommunikesində bildirilir ki, yeni OPEC+ sazişinin reallaşması halında Rusiya və Səudiyyə Ərəbistanı maydan iyunun sonuna qədər sutkada 8,5 milyon bareldən çox neft hasil etməyəcəklər.

BAKI, 10 aprel — Sputnik. OPEC+ iştirakçıları 10 saatlıq danışıqlardan sonra neft hasilatını may-iyun aylarında sutkada 10 milyon barel həcmində azaltmaq barədə razılığa gəliblər. Lakin sazişin qüvvəyə minməsi üçün Meksikanın razılığı tələb olunur.

"Hasilat öhdəlikləri indiki mərhələdə OPEC ölkələri üçün sutkada 6,085 milyon barel, OPEC-ə daxil olmayan ölkələr isə üçün sutkada 3,915 milyon barel təşkil edir", - Azərbaycanın Energetika Nazirliyindəki mənbə RİA Novosti-yə bildirib.

İlin qalan hissəsində hasilatın ümumi ixtisarı sutkada 8 milyon barel təşkil edəcək. 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək OPEC+ hasilatı 6 milyon barrel azaltmağı öhdəsinə götürür.

Мужчина перед графти с нефтяной качалкой, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Bazarı birlikdə xilas edək: ABŞ neft hasilatını azaldır

Görüşün yekun kommunikesində bildirilir ki, yeni OPEC+ sazişinin reallaşması halında Rusiya və Səudiyyə Ərəbistanı maydan iyunun sonuna qədər sutkada 8,5 milyon bareldən çox neft hasil etməyəcəklər.

Lakin mənbənin verdiyi məlumata görə, OPEC+ iştirakçıları hasilatın ixtisarına dair fərqli mövqelər tutublar. Meksika hökuməti ilkin olaraq hasilatın üç mərhələli kvota ilə sutkada 400 min barel azaldılmasına razılıq verməyib və hasilatı yalnız 100 min barel azaltmağı təklif edib. Rəsmi Mexiko yaxın iki ay ərzində istehsalı yalnız bu səviyyədə azaltmağa hazırdır. OPEC+ nazirləri cümə günü bu məsələ ilə bağlı danışıqları davam etdirəcəklər.

Sputnik radiosunun efirində Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov görüşün yekunlarını şərh edib. 

"Köhnə OPEC+ formatının əsas oyunçularının razılığa gəlməsinə və iştirakçıların əksəriyyətinin elan edilmiş parametrlərlə razı olmasına baxmayaraq, bunlara qarşı çıxan Meksika var. Konsensus olmadan saziş əldə edilə bilməz. Hasilat həcmlərinin azaldılması haqqında saziş həmişə ümumi razılıqdan irəli gəlib. Kimsə iştirakdan imtina edəndə, hamı belə bir sual verir: bəs nə üçün biz ixtisar etməliyik, nə üçün başqası bunu etmir və səylərimizin bəhrəsini özünə götürür? Həmin sual əvvəllər müqavilədə iştirak etməmiş ölkələrə – ilk növbədə ABŞ, Böyük Britaniya və Norveçə münasibətdə də verilib", – Yuşkov bildirib.

O, xatırladıb ki, əvvəllər ABŞ hasilatı əsasən OPEC+ ölkələrinin neft qiymətlərini dəstəkləmək üçün ixtisara dair razılığa gəlməsi sayəsində artıra bilirdi. Ekspert hesab edir ki, indi Vaşinqtonun öz neft hasilatını məhdudlaşdıracağı bəlli deyil.

"ABŞ şist layihələrində hasilatını məhz OPEC+ razılaşması nəticəsində neft qiymətinin 50-60 dollar təşkil etməsi sayəsində artıra bilib. İndi isə Rusiya şərt qoyur ki, amerikalılar da hasilatın həcminin azaldılması prosesinə öz töhfələrini versinlər. Bu, onlayn görüş çərçivəsində müzakirə olunacaq. ABŞ bir qədər əvvəl öz töhfəsini təbii yolla, yəni neftin indiki qiymətləri əsasında hasilatın düşməsi hesabına verəcəyini bildirib. Lakin digər iştirakçılar ABŞ-ın konkret həcmlər göstərməsini və bu kvotaların yerinə yetirilməsinə zəmanət verməsini tələb edirlər. Hələlik aydın deyil ki, onlar bu öhdəlikləri öz üzərlərinə götürəcəklər, ya yox", – Yuşkov qeyd edib.

Рабочий в защитной маске на нефтяном месторождении, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
OPEC+ ölkələri tarixi qərarı qəbul edib

Onun proqnozlarına görə, hətta indi hamı razılığa gəlsə belə, qiymətlər hələ bir müddət artmayacaq.

"Neft anbarlarının dolması riski hələ də qalır, çünki sövdələşmə mayın 1-dən qüvvəyə minəcək və aprel ayı ərzində bütün dünyada neft anbarlarının əhəmiyyətli hissəsi dolacaq və bu, bazara təzyiq göstərəcək. Qiymətlərin bərpası iyun-iyul aylarından sonra baş verəcək, indi isə qiymətlər bir barel üçün 35 dollardan aşağıdır", – Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki deyib.

OPEC+ ölkələri martın əvvəlində nə neft hasilatının ixtisar həcmləri, nə də ixtisar müddətinin uzadılması barədə razılığa gələ biliblər. Nəticədə, aprelin 1-dən etibarən alyans ölkələrində neft hasilatına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Bu, koronavirus pandemiyası ilə birgə neft bazarında tənəzzülə səbəb olub.

Xəbər lenti
0