Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiya, OPEC və ABŞ yeni qayda-qanun yaratmağa hazırlaşırlar

© AFP 2023 / JOE KLAMARШтаб-квартира ОПЕК в Вене, фото из архива
Штаб-квартира ОПЕК в Вене, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Neft hasil edən ölkələrin qlobal sazişi əldə edilsə, onlar faktiki olaraq qiymətlərə nəzarət edəcəklər. Belə bir neft bazarı arxitekturası ortaya çıxsa, bu, hazırkı böhranın az sayda müsbət nəticələrindən biri hesab ediləcək

BAKI, 6 aprel —  Sputnik, İvan Danilov. Ötən həftənin sonu Donald Trampın dünya neft bazarını idarə etmək cəhdləri ilə yadda qaldı. Ədalət naminə qeyd etmək lazımdır ki, ABŞ Prezidenti bunu bu dəfə əvvəlki cəhdlərdən daha yaxşı etməyi bacarıb. Şəxsi "Twitter" səhifəsinin, sanksiyaların, bəyanatların və prezident sərəncamlarının köməyilə Tramp neftin qiymətini heç cür aşağı sala bilmirdi (bütün səylərinə baxmayaraq), amma qiymətlərin kəskin artımını təşkil etmək onda əla alındı.

Человек в маске рядом с нефтяными качалками, фото из архива - Sputnik Azərbaycan
Amerika neft şirkətinin obyektləri raket atəşinə tutuldu

Hərçənd neft sövdələşməsinin tənəzzülü dövrü nisbətən qısa oldu. Trampın vəziyyət barədə iki məlumatını müqayisə edək: "İndicə dostum — Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə danışdım, o isə Rusiya Prezidenti Putinlə danışıb və mən gözləyirəm və ümid edirəm ki, onlar təxminən 10 milyon barel və bəlkə də bundan artıq ixtisar edəcəklər. Bu baş versə, neft-qaz sənayesi üçün ƏLA olacaq!"- Tramp aprelin 2-də axşam saatlarında yazdığı tvitində deyib.

Şənbə günü axşam onun ritorikası bir az dəyişib. Jurnalistlər qarşısında çıxış edən Tramp OPEC-i tənqid atəşinə tutub (yəni Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və hasilatı ixtisar etməsi gözlənilən təşkilatı): "Mən bütün həyatım boyu OPEC-in əleyhinə çıxmışam. Axı bu nədir? Bu, qeyri-qanuni (strukturdur - red.), onu kartel də, monopoliya da adlandıra bilərsiniz".

Bundan başqa, Tramp ABŞ-da iş yerlərinin xilası naminə neft idxalına (yəqin ki, Səudiyyə Ərəbistanı və Rusiyadan gələn neftə) qarşı rüsum tətbiq etməyə hazır olduğunu da deyib. Lakin o, eyni zamanda hasilatın gündə 10 milyon barel ixtisarına dair "əsrin sövdələşməsi" ehtimalını istisna etməyib.

Amerikalı liderin narahatlığını tamamilə iki faktorla əlaqələndirmək olar. Birincisi, neft bazarı iştirakçılarının konfransını tez bir zamanda təşkil etmək mümkün olmayıb. İkincisi, neft hasil edən ölkələrin az qala hamısının təmsilçiləri Vaşinqtona işarə edirlər ki, hasilatın misilsiz şəkildə azaldılması ilə bağlı ciddi bir sövdələşmə yalnız Amerika tərəfinin iştirakı ilə baş verə bilər və bu, prinsipcə Ağ Evin xoşuna gəlmir. Çünki Amerikanın xarici siyasətinin əsaslandığı fundamental ideyalardan biri də odur ki, heç kəs Amerikadan heç nə tələb edə bilməz.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Tramp neftə görə dünyanı təhdid etdi – Çox yüksək rüsumlar olacaq

Əlbəttə ki, refleksiya məsələsi heç vaxt nə demokratları, nə də respublikaçıları narahat etməyib və onlar problemi özlərində axtarmırlar. Onsuz da nüfuzlu Amerika mediası günahkarın Rusiya olduğunu deyəcək. Hətta hər şeyə görə Donald Trampı tənqid etməyə hazır olan "The New York Times" qəzeti də kimin neft bazarındakı bütün problemlərin günahkarı olduğunu "dəqiq" bilir: "OPEC-in iki nümayəndəsinin sözlərinə görə, neft ixrac edən ölkələrin təşkilatının, Rusiyanın və digər hasilatçı ölkələrin vəzifəli şəxsləri arasında bazar ertəsi keçirilməsi nəzərdə tutulmuş və enerji bazarında xaosu dayandıracaq sövdələşmə ilə bağlı ümid yaradan görüş təxirə salınıb. Bu məlumat OPEC-in de-fakto lideri Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft qiymətlərinin çökməsində kimin günahkar olduğuna dair gərginliyin yenidən meydana çıxmasından sonra yayılıb. Cümə günü Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanını qiymətlərin düşməsində qismən ittiham edib. Səudiyyə Ərəbistanından isə xarici işlər və energetika nazirləri Rusiyanı ittiham edən qəzəbli bəyanatlarla cavab veriblər".

Cəsarətlə demək olar ki, Vaşinqton özü öz hasilatından üç və ya dörd milyon barel "kəsəcəyini" bildirsəydi, heç bir mübahisə də olmazdı: hamı sazişlərin imzalanması və gəlirlərin hesablanması ilə məşğul olardı.

Qarşılıqlı iradlara, ittihamlara və məhsuldar dialoqun qurulmasındakı mürəkkəbliklərə baxmayaraq, elə bir neft bazarı arxitekturası qurmaq mümkündür ki, orada ABŞ da daxil olmaqla neft hasil edən hər bir ölkə qiyməti artırmaq naminə hasilatı azaltmaqla bağlı öz üzərinə müəyyən öhdəliklər götürə biləcək.

Donald Tramp Amerikanın neft şirkətlərindən hasilatı azaltmağı əmr şəklində tələb etməz və bu cür öhdəliyi öz üzərinə götürdüyünü, yəqin ki, açıq şəkildə etiraf etmək istəməz. Lakin iki vacib məqam var: Tramp üçün neftin qiymətini (sırf siyasi maraqlardan) qaldırmaq həqiqətən də çox vacibdir və onun administrasiyasının kimlərəsə hasilatla bağlı əmr vermədən lazımi nəticəni əldə etmək yolları var.

Əgər işə neft bazarının tənzimlənməsi üzrə Texas komissiyası qoşulsa, onda şist hasilatını iki-üç milyon barel "kəsmək" asan olacaq. Üstəlik ən böyük şist şirkətlərinin rəhbərlərinin özləri də Texas ştatının hökumətindən məhz bu cür tədbirləri tələb edirlər. Amerikanın neft hasilatının böyük bir hissəsi isə Meksika körfəzindəki platformaların payına düşür — federal hökumət onları sadəcə (texniki xərclər üçün müvafiq kompensasiya olmaqla) bağlaya bilər.

Работник нефтеперерабатывающего завода Aramco в Саудовской Аравии  - Sputnik Azərbaycan
TƏHLİL
"Çox çətin keçəcək". Ekspert yeni OPEC+ sövdələşməsi haqqında danışdı

Bu, danışıqların asan olacağı, onların mütləq uğurla bitəcəyi və xüsusilə də uğurun tezliklə əldə olunacağı anlamına gəlmir. Lakin hazırda Vaşinqtonun neft bazarının yeni kartelində (formal və ya qeyri-formal olaraq) iştirakda maraqlı olması artıq irəliyə doğru atılan yaxşı bir addımdır və mühüm nəticədir.

Yaxın OPEC+ görüşünün nəticələrindən asılı olmayaraq, hasilatın ciddi şəkildə ixtisarı belə neftə tələbatın azalmasını kompensasiya edə bilməyəcək. Çünki koronavirus planetin neft və neft məhsullarına tələbatını köklü şəkildə azaldıb.

Əsas məsələ isə artıq koronavirusdan sonra neft bazarlarının gələcəyidir. Epidemiya bitəcək, amma neftdən pul qazanmaq istəyi və dünya iqtisadiyyatının qara qızıla olan tələbatı qalacaq. Neft hasil edən ölkələrin qlobal sazişi əldə edilsə, onlar faktiki olaraq qiymətlərə nəzarət edəcəklər. Dünya epidemiyadan belə bir yeni neft bazarı arxitekturası ilə çıxa bilsə, bu, hazırkı böhranın az sayda müsbət nəticələrindən biri hesab edilə biləcək.

Xəbər lenti
0