03:51 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
167810

Hətta sistemin qaydaları ilə oynayan bəzi Avropa siyasətçiləri daha Avroskeptik mövqelərə keçə bilərlər.

BAKI, 4 aprel — Sputnik, İvan Danilov. Siyasi spektrin ən müxtəlif seqmentlərdən olan italyan siyasətçilər hesab edirlər ki, indi məsələni daha sərt şəkildə qoymaq vaxtıdır: ya Almaniya (bütün müttəfiqləri ilə birlikdə) epidemiya zamanı Avropa İttifaqında hamının yerinə haqq ödəyəcək, ya da Avropa İttifaqı bu epidemiyadan sonra sadəcə olmayacaq. Avropaya inteqrasiyanın tərəfdarlarının nöqteyi-nəzərindən bu, demək olar ki, şantajdır, özü də ən uyğun olmayan vaxtda. Avroskeptiklərin nöqteyi-nəzərindən isə indi Avropa həmrəyliyindən danışmağın nə qədərə (konkret milyardlarla avro) başa gəldiyini aydınlaşdırmağın və Avropa İttifaqının xüsusilə də ümumi ölümcül təhlükə şəraitində üzvlərinin bir-birinin qayğısına qalan əsl ailə olduğuna dair bütün vədlərin yerinə yetirilməsinin əsl vaxtıdır.

Britaniyanın "The Telegraph" nəşrinin xəbərinə görə, başda parlament üzvləri və merlər olmaqla, bir qrup italyan siyasətçisi Almaniyanın nüfuzlu" Frankfurter Allgemeine Zeitung" qəzetində alman siyasi elitasını "koronavirusa qarşı mübarizənin və koronavirusdan zərər çəkmiş ölkələrin iqtisadiyyatlarının bərpası üzrə Ümumavropa maliyyələşməsinin təşkilinə müqavimət göstərməyi" dayandırmağa çağırıb.

Müraciət müəllifləri Avropa həmrəyliyinə, Qərb dünyasının ümumi tarixinə istinad edir və 1945-ci ildən sonra digər ölkələrin Almaniyaya kömək etdiyini almanlara xatırladırlar.

Müraciətdə bəzi ölkələrin böhran şəraitində prinsipial şəkildə eqoist mövqe nümayiş etdirəcəyi təqdirdə, Avropa İttifaqının bir qurum kimi epidemiyanı yaşaya bilməyəcəyi də üstüörtülü şəkildə yer alır.

"Əziz alman dostlar, koronavirusla birlikdə Qərb dünyası yenidən səhnədə mərkəzi (tarixi-red.) yeri tutdu. Bu gün Avropa İttifaqının böhrana vahid cəbhədə reaksiya vermək üçün vəsaiti yoxdur. Əgər Avropa İttifaqı vahid cəbhə olduğunu sübut etməzsə, onun mövcudluğu sona çatacaq" –Romandan Berlinə ünvanlanmış məhz bu ifadəni əsas təklif və əsas məzəmmət saymaq olar.

Əslində, Avropa İttifaqının şimali və cənubi (düzünü desək, daha varlı və daha kasıb) hissələri arasında münaqişə bir sual ətrafındadır: epidemiya bitdikdən sonra avrozonanın və Avropa İttifaqının bütün iqtisadiyyatının dərin böhrana düşməməsi və orda qalmaması üçün kim və nə qədər ödəyəcək? Xüsusilə qeyd etmək lazımdır ki, istənilən halda ödəniş sonra olacaq, çünki nəticəsindən (italyan siyasətçilərin versiyasına görə) Avropa İttifaqının gələcəyi asılı olan siyasi qarşıdurmaların üzvlərində pul onsuz da yoxdur. Yəni, mübarizə Avropa iqtisadiyyatlarının xilası üçün yığılacaq borcları konkret kimin üstünə atmaqdan gedir. Yaranmış vəziyyətə belə bir fakt xüsusi özünəməxsusluq verir: "hər kəs özü üçün" formatı mümkündür, amma Avropa İttifaqının bütün üzv ölkələri üçün çətin realizə olunandır, təbii ki, Almaniya, Avstriya, Niderland, Lüksemburq, Danimarka və ola bilsin ki, İsveç və Finlandiya istisna olunmaqla.

İtaliya, İspaniya, Fransa və ya Portuqaliya üçün dünya fond birjalarını dilənçi kimi gəzmək ən yaxşı qərar olmayacaq, çünki kapitalın nəhəngləri düzgün olaraq bu ölkələrin epidemiya və karantin bitdikdən sonra iqtisadi perspektivlərinə pessimistcəsinə baxacaqlar. Və təbii olaraq, vəziyyətin düzəldilməsi və iqtisadiyyatın bərpa olunması üçün onlara pul verilməsinə görə çox yüksək faiz tələb edəcəklər.

Bu isə o halda olacaq ki, kimsə onlara kömək etmək istəyəcək. Əlbəttə, ona ümid etmək olar ki, İtaliya, Fransa və s. ölkələr tərəfindən təcili olaraq buraxılmış bütün istiqrazlar bütün riskləri və problemləri öz üzərinə götürmüş Avropa Mərkəzi Bankı tərəfindən (birbaşa və dolayı yolla) alınacaq. Lakin onda həm siyasətçilər və Avropa ölkələrinin virusla və onun iqtisadi nəticələri ilə təkbətək qalmış sıravi vətəndaşları Avropa İttifaqının daxilində rolların və maliyyə axınlarının ədalətli bölünüb-bölünməməsi barədə haqlı sual verə bilərlər.

Əgər bu vəziyyəti maksimal kobud terminlərlə ifadə etsək, belə alınır ki, "miqrantları hamılıqla qəbul etmək lazımdır", çünki bu əmlin nəticələrinə baxmayaraq bunu Merkel deyib.

Rusiya əleyhinə sanksiuaları bir yerdə tətbiq etmək lazımdır, çünki Merkel belə deyib. Və hətta iqtisadi planda hamı ziyana düşsə də, bizdə Avropa həmrəyliyi var. Böhranın nəticələrini hər kəs özü aradan qaldırmalıdır, çünki Merkel belə deyib. Avropa həmrəyliyinin isə bura dəxli yoxdur.

Azərbaycan və Aİ bayraqları, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Asanlıqla görmək olar ki, bu konstruksiyada müəyyən faiz ədalətsizlik var. Məhz buna görə itlayan siyasətçiləri və şəxsən Fransa Prezidenti Emmanuel Makron böhran şəraitində ümumAvropa borc öhdəliklərini – "koronabondları" buraxmağı təklif edirlər. Bu öhdəliklərə görə məsuliyyəti bütün Avropa İttifaqı daşıyacaq və ödənişi də həyata keçirəcək. Məqsəd bu şəkildə borc götürülmüş pulların epidemiya ilə mübarizəyə və bütün avrozonanın və Aİ-nin iqtisadi bərpasına sərf olunmasıdır.

Ədalət naminə qeyd etmək lazımdır, italyan siyasətçilərin cəhdi, siyasi piar cəhətdən bütün gözəlliyinə baxmayaraq, çətin ki, nəyəsə təsir etsin.Ötən həftə "koronabond"ları Fransa Prezidenti Makron dəstəkləyib, Aİ liderlərinin son sammiti zamanı Fransa lideri böhranla mübarizə üçün birgə borc götürülməsi mövzusunda Avropanın daha varlı ölkələrinin rəhbərləri ilə qızğın mübahisə edib.

ABŞ-ın Politico nəşri qeyd edir ki, "bu mübahisə nəticəsində Aİ liderləri siyasi böhranla üz-üzə qalıblar, tam rüsvayçılığn baş verməməsinin səbəbi isə Avropa Şurasının Prezidenti Şarl Mişelin səyləri ilə əldə olunmuş razılaşmadır. Razılaşmaya əsasən, Aİ liderləri avrozonanın maliyyə nazirlərinin rəsmi təkliflərini nəzərdən keçirdikdən sonra müzakirələrə qayıdacaqlar. Buna baxmayaraq, Avropa blokunun liderlərinin birliyini göstərməli olan görüş bunun əvəzində avrozonada borc böhranının həll olunmamasına və İtaliyanın bu ölkəyə tibbi avadanlıqlarla yardım edilməməsi səbəbindən qəzəblənməsinə görə acı fikir ayrılıqlarını ortaya çıxardı.

"Koronabond" böhranının necə həll olunacağından asılı olmayaraq, Aİ üçün çətin ki, bu böhran yaxşı qurtarsın. Əgər ümumi borc olmasa, onda növbəti seçkilərdə bir çox zərərçəkmiş ölkələrdə Brüssel və Berlindən qisas almağı, ən azından onlara tabe olmamağı təklif edən partiyaların qələbə şansı daha çox olacaq.

Bundan əlavə, hətta sistemin qaydaları ilə oynayan bəzi Avropa siyasətçiləri daha Avroskeptik mövqelərə keçə bilərlər. Əgər "koronabondlar" Makronun və ya italyan siyasətçilərin təkliflərinə uyğun buraxılsa, onda problemlər artıq Aİ-nin daha zəngin ölkələrində əmələ gələ bilər. Bu ölkələrdə seçicilər italyan məurların borclarını öz vergi ödəyicilərinin boynuna qoymaq istəməyən siyasətçiləri dəstəklərə bilərlər. Neqativ nəticələri olmayan ideal qərarlar artıq yoxdur və Aİ-nin aparıcı liderləri tərəfindən ciddi kompromislərə çox qəti hazırlıq tələb olunur, əks halda epidemiyanın əsas qurbanı Avropa İttifaqının özü olacaq.

Əsas mövzular