Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin-Tramp görüşü: Dünyanın mənzərəsi dəyişəcəkmi

© Sputnik / Mikhail Klimentev / Mediabanka keçidРабочий визит президента РФ В. Путина в Японию для участия в саммите "Группы двадцати"
Рабочий визит президента РФ В. Путина в Японию для участия в саммите Группы двадцати - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp hətta istəsə belə, ABŞ-ın Rusiyaya qarşı siyasətini təkbaşına dəyişmək iqtidarında deyil

Yaponiyanın Osaka şəhərində "G-20" sammiti çərçivəsində Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş keçirilib. Liderlər ikitərəfli münasibətləri, həmçinin İran, Ukrayna, Əfqanıstan, Suriya, Venesueladakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bu, D.Tramp 2018-ci ilin dekabrında V.Putinlə Argentinada "G20" sammiti çərçivəsində nəzərdə tutulan görüşü təxirə saldıqdan sonra baş tutan ilk görüşdür.

2018-ci ilin dekabrndan bu yana iki ölkə lideri bir dəfə bu ilin mayında telefonda danışıblar.

Флаги США и Китая в центре Вашингтона напротив здания Капитолия - Sputnik Azərbaycan
İQTİSADİYYAT
ABŞ-Çin müharibəsi Qafqaza nə vəd edir

Araşdırmaçılar belə hesab edirlər ki, Trampla görüş Putinin beynəlxalq aləmdə mövqelərini gücləndirməyə xidmət edir. Lakin ciddi nəticə əldə edildiyini söyləmək hələ tezdir. Çünki iki ölkə arasında o dərəcədə dərin fikir ayrılıqları var ki, hansısa sənəd imzalansa belə, bu fikir ayrılıqlarını çözmək qəlizdir. Putinlə görüş Trampı çətin vəziyyətə sala bilər. Putinlə görüşdüyü üçün Konqresin Trampa qarşı daha da sərtləşəcəyi proqnozlaşdırılır. Digər tərəfdən Trampın Ukrayna məsələsində israrlı olmaması və tam əksinə, Ukraynanı korrupsiyalaşmış dövlət hesab etməsi Putinini xoşuna gəlir. Eyni zamanda ABŞ prezidentinin Rusiyanı "böyük yeddiliyə" qaytarmaq istəməsini də Putin məmnuniyyətlə qarşılayır. 

Siyasi təhlilçilərə görə, Tramp adətən böyük jestlər, manevrlər etməyi çox sevir və bu üzdən onun anidən nələr edə biləcəyini proqnozlaşdırmaq mümkün deyil. Tramp 2020-ci il seçkilərində yenidən seçilmək üçün indidən hazırlıq görür. Bu baxımdan, Putinlə anlaşmaq Trampa vacib idi. Kremldə də başa düşüblər ki, Trampla böyük ehtimalla, 6 ildən artıq üz-üzə gəlməli olacaqlar.

Son 18 ayda ABŞ administrasiyası Rusiyadakı iqtidara gözlənildiyindən daha böyük təzyiq göstərdi. Onlarla diplomatın ABŞ-dan çıxarılması, Rusiya konsulluğunun qapadılması, bir neçə dəfə sanksiya tətbiq olunması, Ukraynaya silah göndərilməsi, hərbi xərclərin artırılması və kosmik qoşunları yaratmaq planı – bütün bunlar Kremlin mövqelərinə zərbə idi.

Система ПРО США Патриот во время израильско-американских военных учений на авиабазе Хатзор - Sputnik Azərbaycan
TƏHLİL
Türkiyə kimin silahını almalıdır: Rusiyanın, yoxsa ABŞ-ın

Birincisi, Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək. Çünki Rusiyaya qarşı məlum addımlar Trampın yox, Konqresin təşəbbüsüdür.

Bundan başqa, Vaşinqtondan Krımla bağlı mövqeyini dəyişəcəyini və Mərkəzi Avropa ölkələrində raket əleyhnə müdafiə obyektlərinin yerləşdirilməsi planından vaz keçəcəyini gözləmək olmaz.

Rusiyadan isə rus qoşunlarının Ukraynanın şərqindən çıxarılmasını və Minsk sazişinə əməl etməyə başlayacağını gözləmək yersizdir.

ABŞ-da və Rusiyada qapadılan konsulluqların fəaliyyətlərinin bərpası mümkündür. Əgər tərəflər razılığa gələrsə, Tramp heç kimi gözləmədən bu qərarı təkbaşına verə bilər.

Putinlə Trampın birgə qəbul edəcəyi deklarasiyada isə böyük ehtimalla Kremlin ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi məsələsinin birdəfəlk qapadılması əksini tapacaq. Və bundan sonra bununla bağlı heç bir addımın atılmaması razılaşdırılacaq.

ABŞ prezidenti çətin ki, Putindən Suriya ilə bağlı mövqeyini dəyişməsini istəsin. İndiki vəziyyət onu tamamən qane edir. Bir şərtlə ki, İsrailin təhlükəsizliyinə təhdid yaranmasın. Unutmayaq ki, artıq Bəşər Əsədin istefası ilə bağlı tələb də çoxdan, özü də olduqca sakitcə formada gündəmdən çıxarılıb.

Бирка с надписью сделано в Китае - Sputnik Azərbaycan
YAZARLAR
Təkqütblülük siyasətinin iflası - Artıq köhnə dünya olmayacaq

Putin üçün iki mövzunun əsas olduğunu ehtimal edə bilərik - İrana münasibətdə Vaşinqtonun gələcək siyasəti və dünya energetikasının durumu. Moskvada başa düşüblər ki, Tramp İsrailin və Səudiyyənin yaxından dəstəyi ilə Tehran rejimi ilə konfrantasiya kursu tutub.

Putin Səudiyyə ilə münasibətlərini aktiv şəkildə yaxşılaşdırır. Görünən odur ki, Rusiya lideri Vaşinqton-Tehran qarşıdurmasına dair özünün neytral mövqeyini Trampın nəzərinə çatdırmaqla öz şərtlərini diqtə edə bilib. Ağ Evin isə Moskvaya təklif edəcək xüsusi nəyisə yoxdur. Tramp bilir ki, Putin iranlıların tərəfində durmayacaq. Çünki bu halda özünü əvvəlkindən də böyük problemin içinə atmış olar.

Donald Tramp hətta istəsə belə, ABŞ-ın Rusiyaya qarşı siyasətini təkbaşına dəyişmək iqtidarında deyil. Putin də öz siyasətini dəyişmək istəmir. Çünki bu siyasət ona ölkəsində siyasi dividentlər qazandırır. Qərblə qarşıdurma fonunda Rusiya prezidentinin reytinqi yüksəlməkdə davam edir. Odur ki, Tramp – Putin görüşündən dünyanın mənzərəsini dəyişəcək nəticələr gözləməyə dəyməz. Bu görüş sadəcə iki dünya nəhəngi arasında artan xətt üzrə inkişaf edən gərginliyin səngiməsinə səbəb ola bilər.

Xəbər lenti
0