06:16 25 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
İsrail bayrağı, arxiv şəkli

İsraildə həyəcanlı anlar yaşanır, artıq 1.6 milyon vətəndaşın qərarı bəllidir

CC0 / edu_castro27 / Israeli flag
TƏHLİL
Qısa URL
617101

Netanyahu ağır şərtlər altında növbəti dəfə siyasi çeviklik nümayiş etdirməyi bacarıb

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu özü üçün çox ağır olan şərtlərdə siyasi çeviklik nümayiş etdirərək növbəti dəfə seçkilərdə qələbə qazanıb. Bunu israilli jurnalist Mixail Borodkin İsraildə keçirilən parlament seçkilərinin nəticələrini Sputnik Azərbaycan-a şərh edərkən deyib.

Hakim partiya "Likud" ölkənin baş naziri Benyamin Netanyahunun rəhbərliyi altında İsraildə keçirilən parlament seçkilərinin yekununda liderlik edir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 1 milyon 628 min 736 bülleten sayılandan sonra (səsvermə hüququ olan israillilərin təqribən dörddə biri) "Likud" səslərin 28,32%-ni, müxalifətçi mərkəzçi blok "Kahol-Lavan" isə 25,34%-ni qazanıb.

Borodkinin sözlərinə görə, 21-ci çağırış Knessetə seçkilərin nəticələri hələlik yekunlaşmayıb. Hələ adətən milli-dini düşərgəyə bir neçə mandat qazandıran hərbi qulluqçuların səsləri sayılmayıb. Bütün bunlara baxmayaraq, artıq Netanyahunun özü üçün çox ağır olan şərtlərdə siyasi çeviklik nümayiş etdirərək seçkilərdə qələbə qazandığını demək olar.

Jurnalistin fikrincə, seçkinin nəticəsi, hüquq müşavirinin işi məhkəməyə aparmaq, yoxsa Netanyahuya qarşı işi bağlamaq barədə qərarına təsir edə bilər. Çünki vətəndaşlar Netahyahunun ünvanına səsləndirilən, onları müflisləşdirdiyi, rüşvət aldığı barədə ittihamları bilə-bilə ona səs veriblər. Bu isə onu göstərir ki, ona qarşı qaldırılan ittihamlara ictimai marağın olmaması səbəbindən, Neyanyahu bu cinayət işinin bağlanmasını tələb edə bilər.

Qeyd edək ki, seçkilərə qırx gün qalmış İsrailin baş prokuroru Netanyahuya qarşı ələ alma, dələduzluq və xidməti vəzifədən sui-istifadə etməklə bağlı iddia qaldırmaq niyyətində olduğunu bəyan edib. Söhbət üç korrupsiya məsələsindən gedir. Onlarla bağlı məhkəmə bir neçə ay sonra başlayacaq. Müxalifət partiyaları bu səbəbdən baş nazirin istefasını tələb edib. Netanyahu özü bütün ittihamları rədd edərək siyasi təqibin qurbanı olduğunu deyib. 

"Bununla yanaşı, əgər hüquq müşaviri işi məhkəməyə göndərməyə qərar versə, erkən seçkilər indilik tamamilə gözlənilməz bir nəticə ilə yekunlaşacaq" - deyə Borodkin bildirib.

Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, seçkilər eyni zamanda kiçik sektoral partiyaların zəifləməsi hesabına iki əsas bir-birinə qarşı olan blokun genişlənməsinə və güclənməsinə səbəb olub. Hazırda Knessetdə ultra-ortodoksların mövcudluğu güclənib - 13 mandata qarşı 16 mandat. Və onlar növbəti koalisiyada hökumətdə əsas postları tutmağa iddia edən baş tərəfdaş olacaqlar.

Qəzzada İsrail tankı
© AP Photo / Tsafrir Abayov

Buna görə də, İsraildə bölünməyən din və dövlət münasibətləri ilə bağlı məsələlərdə gərginliyin artması gözlənilir. Lakin bununla belə, Şakedin seçicilər arasında yüksək şəxsi populyarlığına baxmayaraq, Naftali Bennet və Ayelet Şakedin rəhbərlik etdiyi "Yeni sağlar" partiyası dağıldı.

"Əksər proqnozlara rəğmən, Aviqdor Libermanın "Bizim evimiz İsrail" partiyası yeni Knessetə əminliklə keçib. Rusdilli repatriantların təmsil olunduğu partiyaya marağın hələ də qalması onu göstərir ki, "öz evi"nə geri dönmüş yəhudilər onların ayrıca partiyasının olmasını zəruri hesab edirlər. "Bizim evimiz İsrail"in repatriantların maraqlarını nə dərəcədə müdafiə etdiyi isə ayrı söhbətin mövzusudur" - deyə jurnalist bildirib.

Özünü Netanyahu hökumətinə bir alternativ olaraq yerləşdirməyə iddiaçı olan üç generalın və onlara qatılan Lapidin rəhbərlik etdiyi yeni "Kahol-Lavan" bloku öz koalisiyasını formalaşdıra bilmir. Baxmayaraq ki, "yenilikçi" effekti hesabına təsirli sayda mandat qazanmağa nail olub. Tamamailə mümkündür ki, yaxın gələcəkdə bu blok dağılsın və onun deputatlarının bəziləri Netanyahu koalisiyasına qoşulsun. Borodkin daha əvvəllər də belə halların olduğunu xatırladıb.

Onun fikrincə, digər bir vacib məqam israillilərin seçki kampaniyası dövründə və seçkilər günü fərqli mövqe ortaya qoyması ilə bağlıdır: "Seçkiarası dövrdə onlar sosial-iqtisadi tələblərlə nümayişə çıxmağa, evlərin, avtomobillərin, elektrik məhsullarının və s. yüksək qiymətlərinə etiraz etməyə hazırdırlar. Lakin seçki günü iqtisadiyyatı kənara qoyaraq təhlükəsizliyi və xarici siyasəti prioritet elan edən partiyaya səs verirlər".

Maliyyə nazirinin "Kulanu" partiyası növbəti dəfə belə münasibətlə qarşılaşıb. Nazir Moşe Kahlon dörd il ərzində sosial-iqtisadi sahədə obyektiv uğurlara nail olub. Lakin seçkilərdə heç kəs ona buna görə "sağ ol" deməyib. Əvəzində o, ötən Knessetdəki 10 yer əvəzinə bu dəfə 4 yer qazanıb. Borodkin hesab edir ki, bu, sosial-demokratik partiyalar olan "Avoda" və "Meretz"in tam uğursuzluğu ilə əlaqədardır.

Əlaqədar

İsrail Suriyanı bombalayıb - VİDEO
İsraildə parlament seçkiləri – Netanyahu yenə qalib gəldi
İsrail hücum üçün qoşun toplayır
Teqlər:
partiya, səs, seçici, seçki, Benyamin Netanyahu, baş nazir, İsrail

Əsas mövzular