Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Cari il manatın məzənnəsi dəyişməyəcək"

© Sputnik / Anar MustafayevДенежные купюры Азербайджана и США
Денежные купюры Азербайджана и США - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Əliyev: "Mərkəzi Bank birmənalı olaraq manatın sabitliyində maraqlıdır"

BAKI, 29 yanvar — Sputnik. Bir neçə gün öncə "S&P Global" Reytinq Agentliyi Azərbaycanın reytinqini növbəti dəfə təsdiq edib. Sputnik Azərbaycan xəbər verir ki, şəxsi "Facebook" səhifəsində məsələni şərh edən iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, beynəlxalq təşkilatların proqnozları mövcud şəraitə əsasən tərtib edilir və il ərzində bir neçə dəfə yenilənir.

Valyuta məzənnələrini əks etdirən tablo, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sabiq nazir manatın kəskin ucuzlaşması proqnozundan danışdı

"BVF və digər maliyyə institutlarının timsalında bunu görmək olur. Buna səbəb dünyada baş verən gözlənilməz siyasi, iqtisadi hadisələrdir. Bu baxımdan "S&P Global"ın proqnozuna da mövcud iqtisadi şərait kontekstində baxılmalıdır və onun dəyişilməsi ehtimalını mümkün saymaq lazımdır" - deyə Əliyev qeyd edib.

Onun sözlərinə görə, yenə hər şey neftin qiymətindən asılı olacaq: "Agentlik hesab edir ki, 2019-cu ildə neftin qiyməti 2018-ci illə müqayisədə 24% ucuzlaşacaq və proqnozu da neft qiymətinin ucuzlaşmasına əsaslanıb. Əgər neftin qiyməti bahalaşacaqsa və bu hədd 70 dollardan yüksək olacaqsa, manatın məzənnəsində ucuzlaşma ehtimalı çox aşağıdır".

"Hökumət ucuzlaşmanı ancaq ixracı stimullaşdırmaq məqsədilə edə bilər. Bu isə, hələki Azərbaycan üçün aktual deyil. Çünki mövcud qeyri-neft ixracımızın zəif olmasının səbəbi milli valyutanın məzənnəsi deyil. Əgər neft 30-40 dollar səviyyəsinə düşəcəksə, bu halda manatın ucuzlaşması baş verəcək. Mərkəzi Bank 2015-ci ildə olduğu kimi ehtiyatlarını xərcləməyəcək. Ən yaxşı halda bazara qısamüddətli dəstək verəcək. Neftin ucuzlaşması uzunmüddətli olacaqsa, növbəti ucuzlaşma qaçılmazdır" - iqtisadçı vurğulayıb.

Ekspert bildirib ki, hər bir halda Agentliyin proqnozuna neftin qiymətinin proqnozlaşdırılan səviyyədə (24%) ucuzlaşması kontekstində baxmaq lazımdır: "Qeyd etmək lazımdır ki, Mərkəzi Bank birmənalı olaraq manatın sabitliyində maraqlıdır. Bunu maliyyə sektorunun, o cümlədən bank sektorunun vəziyyəti diqtə edir. Bank sektorunda dollarlaşmanın yüksək olaraq qalması devalvasiyanın onlar üçün öldürücü olması ilə nəticələnə bilər".

"Depozitlərin kreditləri üstələməsi səbəbindən bank sektorunda yaranmış izafi likvidlik məzənnənin sabitliyinin vacibliyini bir daha zəruri edir. Bu baxımdan Mərkəzi Bank fors-major baş verməzsə, ən azı bu il manatın məzənnəsini dəyişməyə cəhd etməyəcək. Növbəti illərdə isə neftin indiki qiymətləri həddində qeyri-neft ixracının artım tempindən və bank sektorunun sağlamlaşma səviyyəsindən asılı olaraq dəyişiklik mümkündür" - deyə S.Əliyev əlavə edib.

Xəbər lenti
0