QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İrəvan bütün bölgəni məhvə sürükləyir

CC0 / Makalu / erevanİrəvan şəhəri
İrəvan şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endrü Sxoferin (ABŞ) vasitəçiliyilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyanın görüşü dekabrın 5-də Milanda ATƏT Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində keçiriləcək. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək. Görüş iştirakçıları Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə edəcəklər, Azərbaycan XİN mətbuat xidməti bildirib.

Dağıdılmış Şuşa məscidi, arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
ATƏT-in Minsk Qrupu getsin, bəs yerinə kim gəlsin...

Görüşün əsas önəmi ondan ibarətdir ki, son zamanlar yeni Qarabağ savaşının başlanacağı barədə daha çox danışırlar. Lakin Rusiya və Ukrayna arasındakı gərginlik fonunda Ermənistan və Azərbaycan arasında yeni bir savaşın başlama ehtimalı Qərbi də narahat edir. Bununla belə, ATƏT Minsk qrupunun Rusiya, Amerika və Fransa diplomatlarının vasitəçiliyi ilə aparılan danışıqlarında 2009-cu ildən bəri irəliləyiş əldə olunmayıb və o zamandan tərəflər savaş ritorikası ilə danışır və münaqişənin hərbi yolla həllini dilə gətirirlər. Son illərdə baş verən toqquşmaların ardınca Qərb hökumətləri, adətən, münaqişə tərəflərini hərbi gücdən istifadədən çəkindirən bəyanatlar veriblər. Bütün bunlara baxmayaraq, sülh danışıqlarının dalana dirənməsi müharibə təhlükəsini artırır. Bakının başqa yolu da sanki qalmayıb. Uzun müddətli sülh danışıqları nəticə vermirsə, prosesin masadan hərbi müstəviyə keçməsi riski artır. Nəzərə almaq lazımdır ki, regionda hərbi-siyasi vəziyyət gərgindir. Odur ki, belə bir münaqişənin başlaması nəinki regional, hətta qlobal səviyyədə qarşıdurmaya aparıb çıxara bilər. Ona görə də burada tək tərəflərin qərarları yetərli deyil. Tərəflər regional faktorları nəzərə almaq məcburiyyətindədirlər. Yaxın Şərqdə qanlı savaşın getdiyi bir zamanda yeni bur münaqişənin başlaması böyük dövlətlərin prosesə qoşulması təhlükəsini yaradır. Ona görə də tərəflər ehtiyatlı davranmaq məcburiyyətindədirlər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşünü də bu kontekstdə dəyərləndirmək lazımdır. Yəni, məhz müharibə təhlükəsinin qarşısını almaq üçün dünya gücləri münaqişə tərəflərini masa arxasına çəkir. Əslində heç masa arxasında da hansısa ciddi məsələnin həllini görmək mümkün deyil. Amma dünya gücləri fikirləşir ki, hərbi müstəvidənsə, danışıqların aparılması və yaxud da belə bir görüntünün yaradılması daha məqbuldur. Ona görə də bu gün Minsk Qrupu status - kvonun saxlanılmasında maraqlıdır.

Советник президента США по вопросам национальной безопасности Джон Болтон - Sputnik Azərbaycan
SİYASƏT
Vaşinqtonun İran hiyləsi: Azərbaycan qol qoymur, hədəf Ermənistandır

Bu dəfə savaş da tam fərqli ola bilər. Savaş başlayarsa, Bakının hərbi qüdrəti İrəvanın strateji obyektlərinə də zərbə endirməyə imkan verir. Bəzi Qərb ekspertləri Azərbaycanın İrəvandakı "Metsamor" Atom Elektrik Stansiyasına zərbə vura biləcəyini ehtimal edirlər. Onların fikrincə, çox az vaxt çərçivəsində Azərbaycan bütövlükdə Ermənistanın həyatını iflic edə bilər. Yəni, bütün enerji və qaz infrastrukturlarının dağıdılması nəticəsində orada həyat iflic ola bilər. Bir sıra Qərb mətbuatının yazdığına görə, Atom Elektrik Stansiyasının vurulması bir növ Ermənistanın məhvinə gətirə bilər. Amma onu da nəzərə alaq ki, Atom Elektrik Stansiyası vurularsa, bunun fəsadları təkcə Ermənistanda yox, İran, Türkiyə, Azərbaycan və Qara dəniz ətrafındakı bir çox ölkələrdə də hiss edilə bilər. Azərbaycan belə bir addım atmaq istəmir. Lakin Ermənistan Azərbaycanın hansısa strateji obyektlərini vurmağa cəhd edərsə, Bakı da cavab addımları atmaq hüququnu özündə saxlayır.

Bir sözlə, İrəvanın Qarabağ danışıqlarını pozması bütövlükdə bölgəni fəsadı ağır ola biləcək savaşa sürükləyir. Bu dəfə savaş bölgənin hər bir ölkəsinin maraqlarına ciddi zərbə endirə bilər. Bu savaşda Ermənistan tamamilə yox ola bilər. Özü ilə bərabər İrəvan bütün bölgəni məhvə sürükləyir.

Azərbaycan və Ermənistanı danışıqlara vadar edənlər işğalçı və işğala məruz qalanı eyni prizmadan dəyərləndirməkdən əl çəkməyənə qədər belə bir təhlükə mövcud olacaq. Qərb analitikləri "Metsamor"un vurula biləcəyini dünya üçün təhlükə hesab edirlər, lakin bununla belə İrəvanı işğal etdiyi əraziləri boşaltmağa vadar edə bilmirlər...

Xəbər lenti
0