Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İrana qarşı yeni sanksiyalar: Bölgə dövlətlərini narazı salan səbəblər

© AFP 2023 / ATTA KENARETehranda evin üzərində anti-Amerika rəsmi
Tehranda evin üzərində anti-Amerika rəsmi - Sputnik Azərbaycan
Abunə olmaq
İrana qarşı sanksiyalar bəzi bölgə ölkələrinin maraqlarına cavab versə də, daha geniş anlamda heç kəsin maraqlarına cavab vermir

Noyabrın 5-dən ABŞ-ın İrana qarşı embarqolarının növbəti — ikinci və daha sərt dalğası başladı. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, bu təqvimdən sonra İranla əməkdaşlıq edən dövlət və şirkətlər ABŞ-la işləyə bilməyəcək.

ABŞ Maliyyə Nazirliyi noyabrın 5-də İranın 700-dən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib. Bunların arasında daha əvvəl İranla "altılıq" ölkələri arasında imzalanmış Müştərək Əhatəli Plana uyğun olaraq siyahıdan çıxarılmış bir neçə yüz ad, üstəgəl 300-dən artıq yeni ad var. Lakin buna baxmayaraq, ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyalarında bəzi yumşalmalar edib. Belə ki, ABŞ Yaponiyanı İrana qarşı tətbiq etdiyi sanksiyalardan kənarlaşdıraraq, onun bu ölkədən xam neft ixrac etməsinə maneə yaratmayacaq. Yaponiyaya neft ixracında İran nefti cəmi 5 faiz paya malikdir. ABŞ-ın sanksiyaları ərəfəsində topdan neft alqısı ilə məşğul olan yapon şirkətləri İran ilə ticarəti dayandırıb. Eləcə də bəzi Hindistan mənbələri Vaşinqton rəhbərliyinin Hindistanın İrandan xam neft idxal etməyə davam etməsinə icazə verdiyini bildirib. Sözügedən qaynaqlar, buna görə Dehlinin İrandan 2019-cu ilin mart ayına qədər ayda 2.5 milyon ton xam neft idxal edə biləcəyini ifadə edib. Eyni zamanda ABŞ Türkiyəni də İrana qarşı sanksiyalar siyahısından azad edib. Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönmez ABŞ-ın İran sanksiyalarından Türkiyəni azad etməsilə bağlı qərarın sevincli olduğunu deyib. 

Советник президента США по вопросам национальной безопасности Джон Болтон - Sputnik Azərbaycan
SİYASƏT
Vaşinqtonun İran hiyləsi: Azərbaycan qol qoymur, hədəf Ermənistandır

Araşdırmaçılar hesab edirlər ki, ABŞ təzyiqlərini daha da artırsa və 3-cü ölkələr tərəfindən İran neftinin idxalının azaldılmasına nail olarsa, Tehran müəyyən sərt addımlara əl ata, o cümlədən Hörmüz boğazını bağlaya bilər. Bu isə ona gətirib çıxarda bilər ki, neftin qiyməti artar.

Bakıda hər kəsi bir sual düşündürür – Vaşinqtonun Tehrana qarşı yeni sanksiyaları Azərbaycana hansı təsirləri göstərə bilər? Nəzərə alaq ki, İran Xəzərdə BP-nin operatorluq etdiyi yataqlardan birinin birgə işlənməsində iştirak etmək istəyirdi. Amma indi bu perspektiv qeyri-müəyyən olaraq qalır və bunun nə qədər davam edəcəyi də bəlli deyil. Bundan başqa, ABŞ sanksiyalara baxmayaraq İranla əməkdaşlığı davam etdirən ölkələri SWIFT banklararası maliyyə kanalları sistemindən ayıracaq. Bu, dövlət səviyyəsində İranla bank əməliyyatları aparılmasının qadağan edilməsi deməkdir. Şimal-Cənub nəqliyyat dəhlizinə gəlincə, burada layihənin həyata keçirilməsi xeyli uzana bilər. Bütün bunlar o deməkdir ki, sanksiyalar dolayısıyla Azərbaycana da öz təsirini göstərə bilər.

Xatırladaq ki, Azərbaycan 2018-ci ilin oktyabrından ABŞ-ın Tehrana neft-qaz sektoru ilə bağlı sanksiyaları ərəfəsində İran vasitəsilə qaz alışını dayandırıb. 2016-cı ilin oktyabrında Azərbaycan, İran və Türkmənistan Azərbaycanın İrandan swap əməliyyatı çərçivəsində Türkmənistan qazını alacağı barədə razılığa gəlmişdi. Bu müqavilənin sayəsində 2017-ci ildə SOCAR İrandan 1 mlrd. 761 mln. kubmetr qaz idxal edib. 2018-ci ilin üç kvartalında isə 0,7 mlrd. kubmetr çox qaz idxal edib. SOCAR 2017-ci il noyabrın 22-dən Rusiyanın "Qazprom" şirkətindən qaz alır və 2018-ci ildə 0,8 mlrd. kubmetr qaz alıb. 2017-ci ildə 0,349 mlrd. kubmetr qaz ala bilib. Rusiya tərəfi ilə bu müqavilə 2018-ci ilin dekabrında başa çatır. 

Зенитно-ракетный комплекс С-300, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
"S-300"lər Suriyanı qurtaracaq, yoxsa məhv edəcək: "Raket savaşı"nın gizlinləri

SOCAR bu alışın səbəbini onunla izah edib ki, "üçüncü tərəfdən alınan qazdan əsasən ixrac (əsasən Gürcüstan) üçün istifadə edilir və Azərbaycan üçün əlavə gəliri təmin edir". İdxal olunan qazın bir hissəsi Azərbaycanın qaz anbarlarına gedir.

İrana qarşı sanksiyalarla əlaqədar SOCAR qaz idxalının yarısını itirir və artıq Rusiya qazının alışının 2020-ci ilədək uzadılması təklifi ilə "Qazprom"a müraciət edib.

İranın NICO şirkətinin "Şahdəniz" qaz layihəsində iştirakının (10%) onun həyata keçirilməsinə və həmin Xəzər yatağından qaz ixracına təsir etməyəcəyi ilə bağlı ABŞ-ın zəmanəti Azərbaycanın böyük nailiyyəti sayılır. ABŞ Maliyyə Nazirliyinin 2018-ci il noyabrın 2-də ABŞ-ın federal reyestrində dərc olunan elektron bildirişdə deyildiyi kimi, "yenilənən (5 noyabr) anti-İran məhdudiyyətləri Azərbaycandan Türkiyəyə və Avropaya təbii qaz nəqli üçün təbii qazın (yataqların) mənimsənilməsinə və boru kəmərlərinin inşası və istismarı layihələrinə aid sövdələşmələri həyata keçirən və ya yardım edən şəxslərə şamil edilmir. Sənəddə həmçinin deyilir ki, Türkiyə və Avropa ölkələri kimi dövlətlərin enerji təhlükəsizliyini və enerji müstəqilliyini təmin edən layihələri anti-İran sanksiyalarından çıxarıb.

Qeyd edək ki, NICO Azərbaycanın boru kəmərləri layihələrinə daxil deyil və onun "Şahdəniz" layihəsindən karbohidratların ixracından əldə olunan gəlirləri isə Avropa bankında ayrı xüsusi hesaba göndərilir.

İran nefti ilə əməliyyatlara gəlincə, SOCAR Ticarət Evi — SOCAR Trading zəif ticarət aparıb, belə ki, İran nefti üzrə ixrac istiqamətləri, həmçinin ödəniş forması (ABŞ dolları ilə olmadığından bir çoxuna sərf etmir) ilə bağlı məhdudiyyətlər var idi.

"Bloomberg" agentliyi bildirib ki, ABŞ Yaponiya, Hindistan və Cənubi Koreya da daxil olmaqla səkkiz ölkənin İrana qarşı sanksiyaların ikinci hissəsi qüvvəyə mindikdən sonra İran neftinin alışını davam etdirməsinə razılıq verib. Çin bu qrupa daxildir, ancaq onunla danışıqlar davam edir. 

ABŞ Ali Məhkəməsinin Vaşinqtondakı binası - Sputnik Azərbaycan
TƏHLİL
Dövrümüzün Roma imperiyası öz süqutunu yaxınlaşdırır

Rusiya və İran arasında əmtəə dövriyyəsinin artırılması üçün yaradılmış "mal müqabilində neft" mexanizmi Tehrana neft gəlirlərinin bir qismindən Rusiya mallarını ödəmək üçün istifadə etməyə imkan verir.

İranın digər yaxın ticarət tərəfdaşı Türkiyə də bildirib ki, İrandan enerji resurslarını qanuni əsaslarla alır və bu ölkə ilə əlaqələrini dondurmaq niyyətində deyil.

Qeyd edək ki, Türkiyə hər il İrandan 9,5 mlrd. kubmetr qaz alır (RF-dan sonra Türkiyəyə ikinci qaz tədarükçüsü, Azərbaycan isə üçüncüdür). İrandan Türkiyəyə qaz tədarükü 2026-cı ildə başa çatacaq müqavilə əsasında həyata keçirilir. Türkiyə hesab edir ki, İranla iqtisadi əlaqələr Türkiyənin enerji təhlükəsizliyi mövzusuna birbaşa toxunur. 2017-ci ildə Azərbaycan Türkiyəyə qaz nəqlini 0,8% 6 mlrd. 300,1 mln. kubmetrə çatdırıb, 2018-ci ildə isə TANAP qaz kəmərinin istismara verilməsi ilə əlaqədar həcm 7 mlrd. kubmetrdən çox ola bilər.

Xatırladaq ki, oktyabrın birinci yarısında Qərb mətbuatında belə məlumat yayılıb ki, RF ABŞ sanksiyalarını pozaraq Xəzər vasitəsilə öz NEZ-i üçün İran neftini ala bilər. Həmin əməliyyatlara digər Xəzər ölkələrinin cəlb edilməsi də istisna deyil. Lakin Xəzəryanı dövlətlərin rəsmi qurumlarl bu məlumatı təkzib ediblər. 

Suriyanın Azəz şəhərində Türkiyə poçt məntəqəsi, 18 avqust 2018-ci il - Sputnik Azərbaycan
Toqquşan maraqlar: Qarşıdurmanın sonucu hər şeyi aydınlaşdıracaq

Noyabrın 2-də Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini, Fransa və Almaniyanın xarici işlər nazirləri Jan-İv Le Drian və Haiko Maas, həmçinin Britaniya XİN rəhbəri Jeremi Hant ABŞ-ın noyabrın 5-də İrana qarşı sanksiyaları bərpası etmək qərarından təəssüfləndiyini bildiriblər.

Qeyd edək ki, Azərbaycan OPEK+ çərçivəsində son aylar neft hasilatını artırır, 2019-cu ildə bu göstəricinin 2018-ci ilə nisbətən 2% çox olacağı — 38 mln. 496,4 min tonadək artacağı proqnozlaşdırılır. 2018-ci ildə qaz hasilatı 30 mlrd. 205 mln. kubmetr, 2019-cu ildə 36 mlrd. 909,2 mln. kubmetr səviyyəsində proqnozlaşdırılır. 2017-ci ildə Azərbaycanda neft hasilatı 38 mln. 756 min ton, qaz 28 mlrd. 362,6 mln. kubmetr təşkil edib.

İrana qarşı sanksiyalar Türkiyənin iqtisadi yükünü artırır və Əfqanıstandan başlayaraq İrandan keçməklə yeni köç dalğası iqtisadi ağırlığı növbəti mərhələyə yetişdirə bilər.

Türkiyə ABŞ-ın İran əleyhinə tətbiq olunan sanksiyalarına qarşı çıxır, çünki sanksiyalar təkcə Tehranın deyil, bütün bölgənin həyatına təsir göstərir. Buna görə də, böhranın həlli naminə siyasi danışıqlar aparılması ideyası daha cəlbedici təsir bağışlayır. Türkiyə nüvə sazişi ilə bağlı danışıqların aparılmasını dəstəkləməklə yanaşı, nüvə obyektləri olan digər dövlətlərin, o cümlədən İsrailin fəaliyyətlərinin nəzarətdə saxlanılmasına çağırır. Ankaranın fikrincə, İsrailin nüvə arsenalının sanksiyalardan kənarda qalması ədalət anlayışından uzaqdır. 

Keşiş Branson İzmir hava limanında, 12 oktyabr 2018-ci il - Sputnik Azərbaycan
Labüd addım atıldı: Təhdidlərin başa çatacağını isə söyləmək olmaz

İrana qarşı sanksiyaların bütün qonşu dövlətlərə təsirini vurğulamaqla bərabər, qeyd etməliyik ki, bunun bölgədə sülhün bərqərar edilməsinə mənfi təsiri ola bilər. Beləliklə, Türkiyə bu problemin regionda doğuracağı təhlükələrə həssaslıq nümayiş etdirir. Buna görə də, Türkiyə, böhranını həll etmək üçün Avropa İttifaqı ilə işləyir.

Ankara bu sanksiyalardan təsirlənə bilər. Bir neçə il bundan əvvəl ABŞ İran əleyhinə sanksiyalar tətbiq etdikdə, Türkiyə bu sanksiyalara qoşulmadı və gələcəkdə də qoşulmayacaq, çünki əks halda Türkiyə ticarət məsələlərində bu tədbirlərdən zərər görə bilər. Bununla yanaşı, iki ölkə Suriya və İraq ilə bağlı xarici siyasətdə fərqliliklər nümayiş etdirir. Ankara bu bölgədə İranın nüfuzunun artmasını istəmir. Bu səbəbə görə, ABŞ-ın sanksiya siyasətindən narazı olmaya da bilər, lakin İranla mövcud ticari-iqtisadi maraqlarının təhlükəyə atılmasına da razı deyil.

Bir sözlə, İrana qarşı sanksiyalar bəzi bölgə ölkələrinin maraqlarına cavab versə də, daha geniş anlamda heç kəsin maraqlarına cavab vermir…

Xəbər lenti
0