Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Paşinyan istənilən halda seçkilərdən məğlub çıxacaq

© Sputnik / Asatur YesayantsErmənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
"Paşinyan qələbə qazanacağı təqdirdə belə nə özünü, nə də ki ölkəsini xilas etməyə qadir olmayacaq"

Ermənistanda 9 dekabrda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə açıqlama verən Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib ki, "seçkilər "Vətəndaş müqaviləsi"nin və ya digər qüvvənın maraqlarına uyğun keçirilməsinə yönəlməyib, bu xalqın seçkisidir və o, qərar verəcək".

Bununla belə Paşinyan seçkilərə qanunvericilikdə islahatlar həyata keçirilmədən gedilməsindən narahatlığını da dilə gətirib. "Lakin biz azad, ədalətli seçkilər keçirmək üçün bütün imkanları təmin edəcəyik. Yerevan meriyasına və yerli özünüidarəetmə orqanlarına seçkilər mövcud seçki qanunverciliyinə uyğun keçirildi və kimsə də onun şəffaflığına irad tuta bilməz" — Paşinyan vurğulaylıb. 

Səudiyyə Ərəbistanı bayrağı fonunda tikanlı məftillər - Sputnik Azərbaycan
TƏHLİL
Müsəlman dünyası tarixi dəyişiklik astanasında

Xatırladaq ki, Ermənistan parlamenti bu həftə 2-ci dəfə ölkəyə baş nazir təyin etmək üçün yenidən toplaşıb. Amma yeganə namizəd Nikol Paşinyana bircə səs də verilmədiyi üçün parlament buraxılacaq. 

Bununla belə, Robert Koçaryan və Serj Sarkisyanın, eləcə də onlara bağlı qüvvələrin dekabrda Paşinyana sürpriz etməsi tamamilə gözləniləndir. Çünki Paşinyanın parlamenti və yenidən baş nazir vəzifəsini ələ alacağı təqdirdə Robert Koçaryan və Serj Sarkisyan kifayət qədər ağır duruma düşəcəklərini yaxşı bilirlər. Bu baxımdan, Paşinyan seçkidə ciddi müxalifətlə üzləşə bilər.

Erməni siyasətşünasları özləri də etiraf edirlər ki, ölkə xaosa yuvarlanmaq ərəfəsindədir. Vəziyyət kifayət qədər gərgindir və gərginləşmə yüksələn xətlə davam edir. Bu, o deməkdir ki, yaxın vaxtlarda Paşinyana qarşı daha güclü cəbhə formalaşdırıla bilər. Bu cəbhə Paşinyanın hətta parlament seçkilərindəki qələbəsini də müəyyən dərəcədə şübhə altına alır. Ermənistan oliqarxlarının Paşinyana qarşı olması, ordunun oliqarxiya tərəfində olması da onu göstərir ki, proseslər özünün çətin dövrünə qədəm qoyur və bu məsələ hətta ciddi qarşıdurmalara aparıb çıxara bilər. Ermənistan üçün ən pis ssenari vətəndaş müharibəsidir. Yəni, hadisələrin belə inkişaf ssenarisi də nəzərdən qaçırılmır. Lakin bütün bunlar seçkidən sonra da baş verə bilər. Seçkidə Paşinyan "küçənin təzyiqi" ilə qələbəsini təmin edə bilər.

İndi hər kəsi daha çox bir sual düşündürür. Növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt dönüşlər olacaqmı? ABŞ-ın İrəvandakı səfirinin "münaqişənin istənilən həll variantı ərazilərin müəyyən hissəsinin Azərbaycana qaytarılması ilə nəticələnəcək" açıqlaması diqqəti daha çox çəkir. Açıq-aydın seçilir ki, problemin həlli ilə bağlı Ermənistana beynəlxalq təzyiqlər var. Paşinyan seçkiləri keçirməyə və daxili siyasətdəki gərginliyi aradan qaldırmağa çalışır. 

Советник президента США по вопросам национальной безопасности Джон Болтон - Sputnik Azərbaycan
SİYASƏT
Vaşinqtonun İran hiyləsi: Azərbaycan qol qoymur, hədəf Ermənistandır

İstənilən halda, seçkidən sonra Qarabağ ətrafında ciddi proseslərin baş verəcəyi ehtimal edilir. Mətbuata sızan məlumatlara görə, Rusiya Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün "Lavrov planı"nı işə salmağı planlaşdırır. Lakin bu modeli tərəflər qəbul etmədiyi üçün yeni formatlar da düşünülə bilər. Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı Ermənistana yeni təklif verəcəyi haqqında məlumatlar da mövcuddur. Nəzərə alsaq ki, ABŞ buna qarşı çıxır, Paşinyanın Qarabağ danışıqlarında çətin durumda olacağını ehtimal edə bilərik. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvana səfəri zamanı "münaqişəni tərəflər özləri həll etməlidir" açıqlaması da əslində Rusiyanın "Lavrov planı"na qarşı verilmiş bəyanatdır. Vaşinqton Rusiyanın Qarabağ münaqişəsilə bağlı təkliflərini blokadaya almaq istəyir. ABŞ Ermənistana silah sata biləcəyini vurğulamaqla isə əslində elə Rusiyaya qarşı çıxır və bu məsələdə Paşinyandan yardım istəyir. Paşinyanın Rusiyanın nəzarətindən çıxmaq çabaları Ermənistanın geosiyasi vəziyyətini daha da dərinləşdirir.

Beləliklə, Paşinyana ağır xəstə yatağında olan bir ölkə miras qalır. 9 dekabr tarixində Paşinyan qələbə qazanacağı təqdirdə belə nə özünü, nə də ki ölkəsini xilas etməyə qadir olmayacaq…

Xəbər lenti
0