SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dünya yaxın dörd il ərzində yeni gərginlik altında olacaq

© REUTERS / Damir SagoljABŞ və Çin bayraqları
ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı profesor: "Avropa İttifaqı və sənayesi inkişaf etmiş digər ölkələr yoxsulluğu azaldacaq yollar tapmalıdır, nümunə olaraq Azərbaycanı göstərmək olar"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatları (ABŞ) ötən həftədən başlayaraq Çindən 200 milyard dollar dəyərində idxal olunan mallara 10% dəyərində yeni gömrük rüsumu tətbiq edib. Sputnik Azərbaycan xəbər verir ki, 2019-cu ilin yanvar ayının 1-dən etibarən isə gömrük rüsumları 25%-ə qədər qaldırılacaq.

Çin dövləti də buna qarşılıq olaraq ABŞ-dan idxal olunan məhsullara gömrük rüsumları tətbiq edəcəyini bildirib. Ekspertlər dünyanın iki nəhəng iqtisadiyyatına malik ölkələr arasında gömrük rüsumları ilə bağlı yaşananların dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini vurğulayırlar.

© Photo : REPORTPolitoloq Piter Teys
Politoloq Piter Teys - Sputnik Azərbaycan
Politoloq Piter Teys

Sputnik Azərbaycan məsələ ətrafında amerikalı politoloq, Markett Universitetinin (Viskonsin) professoru Piter Teyslə həmsöhbət olub:

- ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara gömrük rüsumları tətbiq etməklə, əslində nəyə nail olmaq istəyir?

— Birləşmiş Ştatlar prezidenti Donald Tramp ölkədə məşğulluğu artırmaq, yeni zavodlar açmaq və ABŞ-da davamlı iqtisadi inkişafa nail olmaq niyyətindədir. Çinə qarşı Donald Tramp tərəfindən atılan addımlar Birləşmiş Ştatların sənayesi, sənaye məhsulları, istehlak malları, həmçinin ümumi iqtisadi artım üçün olduqca əhəmiyyətlidir.

Ağ Ev, nəhayət ki, son iki on illikdə Çin tərəfindən yaradılan vəziyyəti adekvat şəkildə qiymətləndirməyə başlayıb və ABŞ-ın maraqlarını qorumaq üçün effektiv tədbirlər görməyə çalışır. İqtisadi problemlər və innovasiyalar çatışmazlığı ilə üzləşən Amerika və Avropa qitəsində olan ölkələr də Vaşinqtonun yürütdüyü siyasətə müvafiq siyasət yürüdə bilər. Lakin bu ölkələrin öz daxili istehsalını artırmaq və daxili iqtisadiyyatı inkişaf etdirmək istəməsi əsas şərtdir. ABŞ hökuməti üçün hazırda əsas prioritet milli iqtisadiyyatın möhkəmləndirilməsi və ölkə boyu yeni zavodların açılmasıdır.

- ABŞ ilə Çin arasında yaşanan bu ticarət müharibəsinin nə vaxt yekunlaşacağını proqnozlaşdırırsınız?

ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"ABŞ-Çin ticarət müharibəsi 20 il davam edə bilər"

— Qənaətimcə, mövcud ticarət və gömrük tarifləri 2022-ci ilə qədər davam edəcək. Rəsmi Vaşinqton növbəti 3-4 il ərzində Pekinə qarşı yeni sanksiyalar tətbiq edə və ya mövcud sanksiyaları artıra bilər.

- Bu ticarət müharibəsi dünya iqtisadiyyatına, digər ölkələrə necə təsir edəcək?

— Dünya iqtisadiyyatı hazırda durğunluq vəziyyətindədir. Avropa İttifaqı və sənayesi inkişaf etmiş digər ölkələr makroiqtisadiyyatı artıracaq və yoxsulluğu azaldacaq yollar tapmalıdır. Nümunə olaraq sizin vətəninizi — Azərbaycan Respublikasını göstərmək olar. Belə ki, prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən effektiv iqtisadi siyasət nəticəsində yoxsulluq səviyyəsi aşağı düşür, texnoloji cəhətdən innovativ layihələr həyata keçirilir, məşğulluğun səviyyəsi artır və təhsil sahəsində standartlar yüksəlir.

P.S.

Qeyd edək ki, ABŞ Çinə qarşı gömrük rüsumlarını, təxminən, 6 min adda məhsula tətbiq edəcək. Yeni gömrük rüsumları bu məhsullara — qadın çantaları, istehlak və tekstil məhsulları, həmçinin düyüyə tətbiq olunacaq.

Xəbər lenti
0