Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Cənub sərhədlərimizin o tayında bütün bölgəni ağuşuna ala biləcək "od" qalanır

© Photo : IRINN / ReutersTV via REUTERSİranın Luristan ostanının Dürud şəhərində yanan tikili. 31 dekabr 2017-ci il
İranın Luristan ostanının Dürud şəhərində yanan tikili. 31 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev İranda ciddi böhran yaratmaq, daxildə etirazlar dalğasını artırmaq, nəticə olaraq da İranda rejimin dəyişməsinə nail olmaq məqsədi güdür

BAKI, 8 avqust — Sputnik. Bəlli olduğu kimi, ABŞ prezidenti Donald Tramp 2016-cı ilin yanvar ayında Tehranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv olunmuş sanksiyaların iki mərhələdə bərpa edilməsinə dair fərman imzalayıb. Nəticədə Amerika Birləşmiş Ştatları tərəfindən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyalar dünən yenidən qüvvəyə minib.

İraqın baş naziri Heydər əl-İbadi, arxiv şəkli - Sputnik Azərbaycan
"İrana qarşı sanksiyalara qoşulmayacaq, ancaq ona tabe olacağıq"

Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq. Sanksiyalar nəticəsində 1 milyon iranlının işsiz qalacağı bildirilir. Ekspertlər yaxın həftələrdə yeni sanksiyaların xarici şirkətlərə də tətbiq olunacağını proqnozlaşdırırlar. Hələlik amerikalılar avropalılarla danışıqlar zamanı sanksiyaların necə tətbiq olunacağını açıqlamayıb.

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib.

Beləliklə, Tramp öz qərarını verdi. Bu qərar İranı Yaxın Şərq və Cənubi Qafqaz bölgəsində daha aktiv siyasət yürütməyə sövq edəcək. Həmçinin, qərar İran daxilində mühafizəkar siyasi qrupların fəallığına və aqressivliyinə səbəb ola bilər.

Lakin Trampın qərarı dünyada ABŞ-ın nüfuzuna da zərbə vuracaq. Artıq Avropa ölkələri bununla bağlı ciddi narahatlıq keçirməyə başlayıb. Daha əvvəl Trampın polad və alüminium sazişlərindən çıxması, Paris Anlaşmasını imzalamaması Avropanın ciddi narazılığına və narahatlığına səbəb olub.

Düzdür, ABŞ və İran bilavasitə geniş ticarət əlaqələrinə malik deyil. İran, əsasən Çin, Rusiya, Avropa və müsəlman dünyası ilə ticarət həyata keçirir. Bu ölkələrin ABŞ-ın diktəsinə tabe olub-olmayacağını zaman göstərəcək. O dəqiqdir ki, Türkiyə və Azərbaycan bu prosesdə iştirak etməyəcəyini bəyan edib. Öz növbəsində Çin son dövrlər ABŞ-dan neft alışını azaldıb, İrandan neft alışını isə artırıb.

Avropanın ABŞ-ın sanksiyalarına qoşulub-qoşulmayacağını da demək çətindir. Ancaq İranla nüvə sazişi imzalanandan sonra Avropa şirkətləri ilə İran arasında nəhəng ticarət müqavilələri imzalanıb. Avropa şirkətləri İrandan xəyali qazanclar əldə etmək fikrində idilər.

ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Tramp dünyanı hədələdi: "İranla işləyənlər ABŞ-la işləyə bilməyəcək"

Nüvə anlaşmasından sonra İran ABŞ-ın "Boeing" şirkətindən çoxlu təyyarə almaq istəyirdi. Bu təyyarələrin satılması onu istehsal edən şirkətə də xeyirdir. Onlar satmasa, İran Çindən, Rusiyadan, Braziliyadan təyyarə alacaq.

Üçüncü ölkələrin də bu sanksiyalar altına düşə biləcəyi ehtimalı mövcuddur. ABŞ-ın Avropaya qarşı hansı sanksiyalar tətbiq edəcəyi anlaşılmazdır. Belə ki, iqtisadi baxımdan Avropa və ABŞ eyni gücə malikdir. Əgər Avropa hökumətləri bu sanksiyalara tabe olmaq istəsə, biznes dairələri buna qarşı çıxacaq. Digər tərəfdən, ABŞ əvvəlki gücə də malik deyil.

Hazırda Tehran üçün başlıca məsələ sanksiyalar dalğasına dözməklə bərabər ölkə daxilində sabitliyi saxlamalıdır. Daxildə İran hökumətinin böyük problemləri var. Çünki tümən qiymətdən düşür, inflyasiya güclənir. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir. Bu tədbirlər də hamıya aydındır. Daxildə iqtisadi sabitliyi yaratmaq vacibdir.

İstənilən halda, İran daxilində problemlərin qabarma ehtimalı çoxdur. Bu prosesin haradək dərinləşəcəyi hökumətin siyasətindən asılı olacaq. İranda həmişə narazılar olub. Müəyyən bir kəsim var ki, islami quruluşdan narazıdır. Amma onlar bu quruluşdan razı olanlarla müqayisədə xeyli azdır. Razı olanların da səfərbər edilməsi mexanizmi mövcuddur.

İslam rejiminin İran cəmiyyətində dayaqları geniş və möhkəmdir. Bu da onunla izah edilir ki, onlar iqtisadi ədalət naminə neft pullarını nisbətən ədalətli bölürlər. Amma iqtisadi siyasətləri o qədər də səmərəli deyil və müəyyən gərginliklər müşahidə olunur. Bu problemə necə əncam çəkəcəklərini hələlik heç kəs bilmir.

Nəzərə almaq lazımdır ki, İrandakı rejim səmərəlilik və dayanıqlıq göstərə bilib. 1979-cu ildən bu yana, təxminən 40 il İran dünyanın super gücü olan ABŞ-a müqavimət göstərib. Vaxtilə SSRİ-yə qarşı da müqavimət göstərib. İndi ümid edirlər ki, bu mərhələdən də uğurla keçəcəklər. Daxildə problemlər yoluna qoyulsa, bu gündən tətbiq ediləcək sanksiyaların effekti o qədər də çox olmayacaq.

Göründüyü kimi, Trampın əsas hədəfi İrandır. Amerikanın Çin, Avropa İttifaqı və Türkiyə ilə münasibətlərində yaşanan gərginliyinin əsasında İran məsələsi dayanır. ABŞ-ın əsas məqsədi İranla dünyanın bütün əlaqələrini kəsmək, bank əməliyyatlarını blok etmək, neft-qaz satışına qadağa qoymaqdır. Ağ Ev bu addımlarla İranda ciddi böhran yaratmaq, daxildə etirazlar dalğasını artırmaq, nəticə olaraq da İranda rejimin dəyişməsinə nail olmaq məqsədi güdür…

Xəbər lenti
0