Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Böyük pay bölgüsündə yeni mərhələ: İran çoxluğa tabe ola bilər

© Photo : AFP PHOTO/NASAXəzər dənizinin kosmosdan çəkilişi
Xəzər dənizinin kosmosdan çəkilişi - Sputnik Azərbaycan
Abunə olmaq
Xəzəryanı ölkələr əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək

BAKI, 6 iyul — Sputnik. Bu həftə Rusiya prezidenti Vladimir Putin Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini təsdiqləyib. Rusiyanın şərti odur ki, Xəzər hərbiləşməməlidir. Yəni Xəzər dənizində kənar dövlətlərin hərbi qüvvələri olmamalıdır.

AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov - Sputnik Azərbaycan
Zaur Məmmədov: “Xəzərin statusu məsələsinin həll olunacağı gözlənilmir”

Politoloqlar hesab edirlər ki, belə yanaşma Azərbaycanın da maraqlarına cavab verir. Xəzər dənizi Azərbaycan üçün də iqtisadi subyektdir. Konvensiyanın Xəzəryanı ölkələrin dövlət başçılarının bu ilin avqust ayında Qazaxıstanda keçirilməsi nəzərdə tutulan sammitində imzalanaraq qəbul ediləcəyi gözlənilir.

Vurğulayaq ki, Xəzəryanı ölkələrdən olan İran və Türkmənistan məsələnin həlli ilə bağlı müzakirələri daim dolaşığa salıb və istisna deyil ki, bu dəfə də belə ola bilər. İran məsələin müzakirəsi fonunda Azərbaycan üzərindən çıxış yolu axtarır.

Tehrana qarşı dünya dövlətləri tərəfindən güclü sanksiyalar və basqılar mövcuddur. Bu sanksiyalar nəticəsində iqtisadiyyatı zəifləmiş İran Xəzərin satatusunun müzakirələri fonunda Azərbaycana, onun resurslarından istifadə edərək çıxış yolu açmasını təklif edir.

Lakin bununla belə, dünya tərəfindən qəbul edilən sanksiyaları Azərbaycan poza bilməz və Bakı ilk növbədə öz maraqlarından çıxış etməlidir. Digər məsələlərdə, əsasən də Xəzərin dibinin bölünməsində İran və Türkmənistan yenə də ziddiyyətli mövqelər nümayiş etdirir. Doğrudur, əvvəlki illərə nisbətən Türkmənistanın mövqeyində yumşalma özünü göstərir. Lakin yenə də Aşqabadla tam razılıq əldə edilməyib.

İndi tərəfləri bir sual düşündürür: Azərbaycanın Xəzərun statusu ilə bağlı mövqeyi nədən ibarətdir? Bakı beynəlxalq qanunlara hörmət edilməsinin tərəfdarıdır. Xatırladaq ki, 1970-ci ildə SSRİ Neft Nazirliyinin qərarı ilə Xəzərin milli sektorlara bölünmə praktikası həyata keçirilib. Bölgüyə əsasən, Xəzərin təqribən 70 min kv. km-i Azərbaycanın, 80-min kv. km-i Türkmənistanın, 60 min kv. km-i Rusiyanın, 105 min kv. km-i Qazaxıstanın payına düşürdü və 55 min kv. km-i İrana qalırdı.

Qum adasının sahilboyu akvatoriyasında balıq ölümü - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xəzər dənizində böyük ekoloji insidentin səbəbi açıqlandı

Həyata keçirilən bu bölgü ilə İran da tanış edilib və bölgünün topoqrafik xəritəsi Tehrana göndərilib. Bu zaman rəsmi Tehran bölgünün aparılmasına heç bir etiraz etməyib. SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla tənzimlənirdi. Hazırda da Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Xəzərsahili dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi qəbul edir.

Xəzərin sərhəd gölü olduğunu və onun haqlı olaraq Azərbaycan dövlətinin təklif etdiyi kimi milli sektorlara bölünməsinin obyektivliyini belə əsaslandıra bilərik: Xəzər beynəlxalq sərhəd gölüdür, orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir, Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-ci ildə qəbul olunmuş bölgüyə əsasən) bölgüyə əsaslanıb. Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər statusu müəyyənləşdirməzdən öncə öz milli sektorunda işə başlaya bilərlər.

Türkmənistan orta xətt prinsipini qəbul edir. Amma hesab edir ki, yeni metodologiyalarla sərhədlər müəyynləşdirilməlidir. İranın mövqeyində isə hələ ki, dəyişiklik hiss olunmur.

Tehranın mövqeyi ondan ibarətdir ki, Xəzər dənizi 5 Xəzəryanı ölkə arasında bərabər bölünməlidir. Əgər 4 ölkənin mövqeləri üst-üstə düşərsə, tək qalan İran da mövqeyini dəyişməyə məcbur olar və yekun konvensiyanın imzalanmasına imkan verən dəyişikliklərin ortaya çıxması istisna deyil.

Təhlükəsizlik haqqında əməkdaşlıq müqaviləsi ilə Xəzərdə mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, silahlanma kimi təhlükələrə qarşı razılıq əldə edildiyi üçün bundan sonra 5 Xəzəryanı ölkə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək.

V.Putinin imzaladığı sənədə əsasən, tərəflər qısa bir zamanda hüquqi statusun müəyyənləşdirilməsi ilə bağlı təkliflərini qətiləşdirəcəyini bildirəcəklər. Xəzərlə bağlı olan problemlərin həlli üçün geniş imkanlar açılır. Bakı Xəzəri siyasi oyunlara cəlb etmək istəmir. Lakin Tehran və Aşqabadın mövqeyi razılaşma əldə etməyə imkan vermir…

Xəbər lenti
0