Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə sınaqdan çıxdı, amma qarşıda daha böyük imtahan var

© REUTERS / Umit BektasИзбирательные бюллетени на выборах президента Турции
Избирательные бюллетени на выборах президента Турции - Sputnik Azərbaycan
Abunə olmaq
"Ərdoğan seçki kimi məsələləri bir kənara buraxaraq, diqqətini ölkənin əsl problemlərinə cəmləməlidir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. "Seçkilərdə proqnozlaşdırılandan yuxarı səs toplayan müxalifət özünə güvəni yeniləyib. Rəcəb Tayyib Ərdoğanın isə artıq seçki kimi məsələləri bir kənara buraxaraq, Türkiyənin əsl problemlərinə diqqətini cəmləşdirməli olduğu bir mərhələyə keçilib".

© Facebook / mehmetfatih.oztarsuTürkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu
Türkiyənin Strategic Outlook beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu - Sputnik Azərbaycan
Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu

Bunu Sputnik Azərbaycan-a Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu Türkiyədə keçirilən parlament və prezident seçkilərinin nəticələrini şərh edərkən bildirib.

"Türkiyə artıq iki seçkini – prezident və parlament seçkilərini geridə buraxdı. Növbədənkənar seçkilərin keçirilməsi barədə qərara səbəb kimi iqtisadi problemlər göstərilirdi. İki ay müddətində Türkiyə müxalifətinin sürətli və ciddi səylərinin bir nəticə verdiyini deyə bilərik" — türkiyəli ekspert vurğulayıb.

Öztarsu qeyd edib ki, Türkiyə rəhbərliyi yeni dönəmdə ilk olaraq iqtisadiyyat məsələsini ələ almalıdır: "Çətin vəziyyətdə olan Türkiyə iqtisadiyyatının yaralarını sarıyacaq tədbirlər planlarına ehtiyac var. Qısa müddətdə olmasa belə, orta və uzun müddətli iqtisadi durumu yaxşılaşdıracaq addımlar atılmalıdır. Əlavə olaraq, demokratiyanın daha da gücləndirilməsi, insan haqları məsələlərində boşluqların aradan qaldırılması kimi məsələlər də gündəmdə olacaq".

Türkiyəli ekspert hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdə (TBMM) çoxluğu itirməsinin ölkədə demokratiyanın inkişafına töhfə verəcəyini diqqətə çatdırıb: "Ədalət və İnkişaf Partiyasının parlamentdə çoxluğu itirməsi önəmli bir problem deyil. Tam əksinə, koalisiya yolu ilə demokratiya tələblərini yerinə yetirmə şansı yaranıb və belə bir təcrübə əldə ediləcək. Bu istiqamətdən baxarsaq, bunun müsbət bir gedişat olduğunu düşünə bilərik".

Öztarsu vurğulayıb ki, bundan sonra Türkiyənin birlik halında irəliləməyin təmin olunmasına və ölkə rəhbərliyinin müxalifətin də yardımları ilə əskikləri müəyyənləşdirərərk aradan qaldırmasına ehtiyacı var.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının namizədi Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Предвыборный плакат Эрдогана в Стамбуле, 13 июня 2018 года - Sputnik Azərbaycan
Rəsmi: Ərdoğan Türkiyə prezidenti seçildi

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İYİ Partiyasının namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduğu "Cümhur İttifaqı" 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lik baryeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaq halında getdiyinə görə MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir.

Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74% — 146 mandat), HDP-nin (11.7% — 67 mandat) və İYİ Partiyasının (10.07 — 45 mandat) qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.

Xəbər lenti
0