SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

YAP yetkilisi: "Ərdoğanın qələbəsi həm də Azərbaycanın qələbəsidir"

© REUTERS / Umit BektasПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Aydın Mirzəzadə: "Türkiyə prezidenti Azərbaycanın maraqlarını öz ölkəsinin maraqları kimi yüksəkdə tutması ona bizim cəmiyyətdə böyük rəğbət yarada bilib"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. Dövlət idarəetməsində, siyasi və iqtisadi məsələlərin həll edilməsində qardaş ölkənin rəhbəri kifayət qədər təcrübəlidir və Türkiyə yenidən Rəcəb Tayyib Ərdoğan təcrübəsindən istifadə etməyə qərar verdi.

© Photo : REPORTMillət vəkili Aydın Mirzəzadə
Millət vəkili Aydın Mirzəzadə - Sputnik Azərbaycan
Millət vəkili Aydın Mirzəzadə

Bunu Sputnik Azərbaycan-a Türkiyədə keçilən növbədənkənar prezident və parlament seçkilərini şərh edən, Azərbaycanın hakim partiyasının (YAP) Siyasi Təhil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri həm region, həm də dünya üçün olduqca böyük əhəmiyyətə malik idi.

"Gözlənildiyi kimi, Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçkilərində qalib gəldi, onun rəhbərlik etdiyi partiya isə müttəfiqi ilə birgə parlament seçkilərində əksər səs çoxluluğuna sahib oldu. Cənab Ərdoğanın prezident seçkilərində qalib gəlməsi Türkiyə və regionda sabitliyin qorunması, Türkiyənin iştirakı ilə həyata keçirilən layihələrin uğurla başa çatdırılması deməkdir. Cənab Ərdoğan dünyada Türkiyənin milli maraqlarını cəsarətlə və prinsipial şəkildə qoruyan və eyni zamanda regionda stabilliyin yaranmasına maraq göstərən siyasətçidir" — A.Mirzəzadə vurğulayıb.

YAP təmsilçisinin sözlərinə görə, bu seçkilər, eyni zamanda Azərbaycan üçün də böyük əhəmiyyətə malik idi: "Azərbaycan və Türkiyə dost-qardaş ölkələrdir və beynəlxalq təşkilatlarda daim eyni mövqedən çıxış edirlər. Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti ilə eyni mövqedən çıxış etməsi, Azərbaycanın maraqlarını Türkiyənin maraqları kimi yüksək səviyyədə qoruması, Azərbaycan cəmiyyətində ona böyük bir rəğbət yarada bilib. Ona görə də seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qələbəsi, eyni zamanda Azərbaycanın qələbəsi də sayıla bilər. Azərbaycan prezidenti cənab İlham Əliyevin Türkiyə liderini ilk təbrik edən dövlət başçısı olması Azərbaycanla Türkiyə arasında münasibətlərinin yüksək səviyyəsi və perspektivini göstərir".

Deputat, eyni zamanda Ərdoğanın partiyasının parlament seçkilərində ötən dəfəki seçki ilə müqayisədə daha az səs toplamasına münasibət bildirərkən, bunu ötən illər ərzində Ərdoğanın rəqiblərinin güclənməsi ilə əlaqələndirib: "Türkiyə artıq yeni Konstitusiya ilə yeni idarəetmə formasına keçir və parlamentdə hakim partiyanın hazırda nə qədər səs toplamasının elə də əhəmiyyəti yoxdur. İcraedici hakimiyyət bu gün də AKP-nin əlindədir".

"AKP uzun müddətdir ki, Türkiyəni idarə edir. Aydın məsələdir ki, onun rəqibləri güclənir. Müəyyən sahələrdə cəmiyyət daha çox gözləntilərini ortaya qoyur. Bu baxımdan seçkilərdə AKP-nin səs faizlərinin müəyyən miqdarda aşağı enməsi bir o qədər böyük problem deyil. Çünki AKP MHP ilə birgə səslərin 50%-indən çoxunu toplayıb. Bu isə parlamentdə də Ərdoğan iqtidarının möhkəm dayağa sahib olması anlamına gəlir" — millət vəkili vurğulayıb.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Предвыборный плакат Эрдогана в Стамбуле, 13 июня 2018 года - Sputnik Azərbaycan
Rəsmi: Ərdoğan Türkiyə prezidenti seçildi

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İYİ Partiyasının namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduğu "Cümhur İttifaqı" 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lıq baryeri aşan, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74% — 146 mandat), HDP-nin (11.7% — 67 mandat) və İYİ Partiyasının (10.07% — 45 mandat) qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.

Xəbər lenti
0