Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə bütov bölgənin təhlükəsizliyini üzərinə götürüb

© REUTERS / Khalil AshawiTürk ordusu Afrində. 18 mart 2018-ci il
Türk ordusu Afrində. 18 mart 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Ankaranın hədəfi ABŞ ilə İsrailin bölgədə terror dəhlizi yaratmaq layihəsini tamamilə puça çıxara bilər

BAKI, 9 iyun — Sputnik. Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Zar, Harkuk və Qəndil əyalətlərində PKK-ya qarşı həyata keçirdiyi əməliyyat zamanı terrorçulara ağır zəbrə endirib. İyunun 7-də həyata keçirilən əməliyyat nəticəsində terrorçuların sığınacaqları, mövqeləri və silah-sursat anbarı məhv edilib.

PKK əleyhinə əməliyyat - Sputnik Azərbaycan
Türkiyə tarixi qələbə qazandı: Terrorçular bölgəni qoyub qaçırlar

Bu arada onu da vurğulayaq ki, Brüsseldə NATO-nun sammitində ABŞ müdafiə naziri Cim Mattislə Türkiyə müdafiə naziri Nurettin Canikli arasında görüş planlaşdırılıb. Görüş barəsində jurnalistlərə açıqlama verən Mattis deyib ki, Ankara ilə Vaşinqton arasında Menbiç məsələsində razılaşma əldə olunub. Ameriaklı nazir jurnalistlərə açıqlamasında bir yandan Türkiyənin milli maraqları naminə ümumi dil tapmaq məcburiyyətində qaldıqlarını deməklə yanaşı, digər tərəfdən də YPG terrorçularından formalaşan Suriya Demokratik Qüvvələrindən (SDQ) imtina etməyəcəklərini açıqlayıb.

SDQ-nin zamanında İŞİD-ə qarşı mübarizədə aktiv rol oynadığı qeyd edən Mattis əlavə edib ki, bölgədə hələ də İŞİD tam məhv edilməyib: "Bu səbəbdən də SDQ İŞİD-ə qarşı həyata keçirilən mübarizədəmühüm əhəmiyyət kəsb edən qüvvədir".

ABŞ-ın Türkiyə və SDQ ilə işbirliyini eyni anda davam etdirib-etdirməyəcəyinə dair suala gəldikdə Mattis bunun çox mürəkkəb məsələ olduğunu deyib. O, əlavə edib ki, bir tərəfdən Türkiyənin qayğılarını aradan qaldırmağa çalışarkən, digər tərəfdən də İŞİD-i məhv etmək vacibdir: "Bu, çox çətin bir işdir. Amma bunu edirik. Bunu Türkiyəyə qarşı deyil, əksinə, Türkiyəni sayaraq edirik".

Beləliklə, Ankara qarşısına böyük hədəflər qoyub. Belə ki, həm Türkiyə daxilində, həm də ölkə sərhədləri xaricində — Suriyanın şimalında, Fərat çayının şərqindən tutmuş Ağ dəniz sahillərinə qədər, şimali İraqda, Qəndildə və paralel olaraq Mosulun Sincar bölgəsində yerləşən PKK terror yuvalarının tamamilə məhv edilməsi hədəflənir.

İstisna deyil ki, həm İraq, həm də İran ordusunun dəstəyi ilə birgə əməliyyat olacaq. Hər bir halda, Türkiyə ordusunun Qəndildə hərbi əməliyyat keçirəcəyi və terror beşiyini birdəfəlik bitirəcəyi ehtimalı yüksəkdir. Yəni əsas hədəf həm Türkiyə daxilində, həm İraqda, həm də Suriyada PKK və onun uzantılarının birdəfəlik bitirilməsdir.

Türkiyə ordusu buna çox az zamanda nail olmaq istəyir. Bununla da Ankara ölgədə mövqelərini və təhlükəsizliyini təmin edə bilər.

Qeyd edək ki, Vaşinqonun bu məsələdə tutduğu mövqeyə birmənalı qiymət vermək düzgün olmazdı. Prezident Donald Tramp Menbiçdən ABŞ hərbi qüvvələrinin çıxmasını istəsə belə, buna əngəl olacaq ABŞ-da güc mərkəzləri var. Bu güc mərkəzləri həm Konqresdə, həm Pentaqonda, həm də digər strukturlarda mövcuddur.

Onu da nəzərə almaq lazımdır ki, artıq Menbiç ABŞ üçün o qədər də strateji önəm daşımır. Bu baxımdan, Menbiçi çox rahatlıqla Türkiyəyə və orada yaşayan ərəb xalqına təhvil vermək olar və bu heç bir problem yaratmayacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan müharibə bəyanatı verdi

Lakin onu söyləmək mümkündür ki, ABŞ-la Türkiyə arasında Menbiç problemini sülh şəraitində həll etmək müəyyən mənada mümkün olmayacaq. Bir məqamı da vurğulayaq ki, sözügedən problem ABŞ-Türkiyə münasibətlərinə zərbə vurmaqla bərabər, NATO-nun dağılmasına da böyük bir təhlükə yarada bilər. Yəni ABŞ və Türkiyə ordularının qarşı-qarşıya gəlməsi, əslində Qərb blokuna böyük zərbə vuracaq bir təhlükə kimi dəyərləndirilə bilər.

Hər bir halda, bölgənin təhlükəsizliyini Türkiyə təmin etmək niyyətindədir. Afrin, Menbiç və Tel-Rifat bölgələri də daxil olmaqla Ağ dəniz sahillərinə qədər 30 km Suriyanın içərilərinə doğru bir təhlükəsizlik bölgəsi yaradılmaqdadır. Bu da ABŞ ilə İsrailin bölgədə terror dəhlizi yaratmaq layihəsini tamamilə puça çıxarmaq iqtidarındadır. Bir sözlə, Türkiyənin planı bölgədə əsas oyunçu olmağa yönəlib və bu maraqlar Qərbin maraqları ilə toqquşmağa başlayıb…

Xəbər lenti
0