21:05 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Xankəndi

Azərbaycanın işğal altında olan ərazisində nə baş verir: İkinci "Paşinyan inqilabi?"

© Sputnik / Ilya Pitalev
TƏHLİL
Qısa URL
468 0 0

"Bako Saakyanın "devrilməsi" mümkündür, çünki o, Paşinyanla işləyə biləcək biri deyil"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Son günlər Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsində əhali və qondarma "rejim" arasında gərginlik yaşanır. Belə ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə qondarma "rejim"in "Milli Təhlükəsizlik Xidməti"nin (MTX) əməkdaşları arasında qarşıdurma yaşanıb.

Xankəndidə məişət zəminində baş verdiyi iddia olunan insident böyüyərək kütləvi hal alıb. Vəziyyət o qədər gərginləşib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyan Qarabağdakı vəziyyət barədə ard-arda bəyanatlar səsləndirərək yerli erməniləri sakitliyə çağırırlar.

Türkiyənin Strategic Outlook beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu
Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu

Sputnik Azərbaycan məsələ ilə bağlı Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu və Rusiyanın Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktoru İqor Şatrovun fikirlərini öyrənib.

Mehmet Fatih Öztarsu hesab edir ki, Qarabağda son baş verənlər Yerevandakı proseslərin bölgəyə təsiridir. Onun sözlərinə görə, indiyə qədər regionda əhalinin yaşadığı problemləri ifadə edə biləcək bir imkanı yox idi.

"Bölgədə baş verənlərin böyük əksəriyyəti ört-basdır edilir və ya görməzdən gəlinirdi. Lakin "Paşinyan hərəkatı"ndan sonra Qarabağ sakinləri Yerevanda olanları nümunə götürərək "rəhbərliyə" qarşı etirazlarını yüksək səslə dilə gətirirlər" — politoloq bildirib.

Türkiyəli ekspert hesab edir ki, hazırda Qarabağda yaşayanların böyük əksəriyyəti müharibə və yoxsulluqdan yorulduqlarını, davamlı olaraq ölüm təhlükəsi altında yaşamaq istəmədiklərini dilə gətirirlər: "Bu, olduqca önəmli hadisədir".

İqor Şatrov da, öz növbəsində Qarabağdakı etirazların əsl səbəbinin regiondakı çətin sosial-iqtisadi durum olduğunu diqqətə çatdırıb: "Bu isə müxalif siyasətçilərin özlərini əhaliyə təqdim etmələri üçün bir imkandır. Bu amil hazırkı vəziyyətdə daha da aktualdır. Axı bu yaxınlarda Ermənistanda, açıq danışsaq, küçə yeni baş naziri seçdi. Əgər obyektiv olsaq, Nikol Paşinyan öz məqsədinə çatmaq üçün küçələrdəki əhval-ruhiyyədən mahircəsinə istifadə etdi".

Rusiyalı ekspert İqor Şatrov
Rusiyalı ekspert İqor Şatrov

O, eyni zamanda istənilən daxili etirazın əhəmiyyətli dərəcədə dağıdıcı olacağını xüsusilə vurğulayıb: "Qondarma "DQR"də etiraz əhval-ruhiyyəsinin Azərbaycanın xeyrinə ola biləcəyini anlayan etirazçılar və "rəhbərlik" Yerevana nisbətdə daha aktiv şəkildə kompromis axtarmağa başlayacaqlar".

Mehmet Fatih Öztarsu isə Qarabağda siyasi proseslərin Ermənistandakı hadisələrdən dərhal sonra başlamasına diqqət çəkərək bunun arxasında yeni baş nazir Paşinyanın ola biləcəyini istisna etməyib: "Əgər etirazlar böyüyərsə, Serj Sarqsyana yaxın bir ad olan Bako Saakyanın "devrilməsi" mümkündür. Bu vəziyyət Paşinyanın işinə yarayar, çünki Saakyan Paşinyanla işləyə biləcək biri deyil".

"Nəzərə almaq lazımdır ki, Paşinyan vəzifəyə gələn kimi Ermənistanın xarici siyasətinin ana xəttinin Qarabağdan keçdiyini dilə gətirdi. Fikrimcə, o, Qarabağda güc yolu ilə dəyişiklik edə biləcək biri deyil, bunun üçün heç bir imkanı da yoxdur. Lakin Qarabağdakı vəziyyətin gedişinə görə durum sərgiləyib, orada da Ermənistandakı etirazlara bənzər bir hərəkatın başlaması üçün əlindən gələni edə bilər", — Öztarsu əlavə edib.

Əlaqədar

Yerevanda Rusiya ilə bağlı etirazlar başladı
Ermənilər yenidən istefa tələbi ilə etiraz aksiyasına başladılar
Yerevanı yenidən etirazlar aksiyaları və istefa tələbləri bürüyür
Teqlər:
Nikol Paşinyan, qondarma rejim, Bako Saakyan, etiraz, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan, işğal

Əsas mövzular