Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Prezident seçkiləri: Ankara Vaşinqtonun bölgə ilə bağlı planlarına qarşı

© Photo : Cem Oksuz / Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan /
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / - Sputnik Azərbaycan
Abunə olmaq
AKP-nin prezident seçkilərində qələbəsi qaçılmaz görünür

24 iyunda Türkiyədə erkən prezident seçkiləri keçiriləcək. Yerli və xarici araşdlrmaçılar AKP lideri Ərdoğanın qələbəsinin qaçılmaz olduğunu bildirirlər. Böyük ehtimalla, prezident Ərdoğan öz postunu qoruyub saxlaya biləcək.

Seçkidə Ərdoğana ciddi alternativin ola biləcəyi də az ehtimal edilir. AKP-nin ənənəvi rəqibi CHP-nin namizədinin kim olacağı da hələ bəlli deyil. Buna baxmayaraq, CHP-nin Qərblə, xüsusilə də daha çox Avropa İttifaqının siyasi qurumları ilə əlaqələri həmişə kifayət qədər möhkəm olub. Lakin CHP-yə Qərbdən konkret dəstək mövcud deyil. Bu baxımdan, bu siyasi təşkilatın seçkilərdə qələbəsi az ehtimal edilir. Ərdoğana qarşı barışmaz mövqedən çıxış edən HDP-nin nüfuzu kifayət qədər deyil.

Seçkidə AKP-yə daha bir alternativ İYİ Partiyası prezident seçkilərinə təkcə təşkilat adından deyil, eyni zamanda, daha geniş platforma ilə qatılacaq. Lakin ölkənin bölgələrində İYİ-nin siyasi dayaqları zəifdir, partiya təşkilatlanma səviyyəsi və resurslara görə AKP-yə uduzur. 

Kemal Kılışdaroğlu və Meral Akşener - Sputnik Azərbaycan
Türkiyədə “15-lər” fırtınası: Onlar geri dönəcəklər

Bu baxımdan, AKP-nin prezident seçkilərində qələbəsi qaçılmaz görünür. Lakin eyni gündə keçiriləcək parlament seçkilərində hakim partiya səslərini itirə bilər. İstənilən halda, Ərdoğan üçün çətin dönəm başlayır. Onun növbəti prezidentliyi müxalifətin güclənməsi və iqtisadi problemlərin dərinləşməsi fonunda icra ediləcək. Əslində, baş verənlərdə AKP özü günahkardır. Belə ki, Türkiyənin indiki iqtidarı qeyri-ardıcıl xarici siyasət həyata keçirib. Bu isə Ankaranın düşmənlərinin sayını artırıb. Elə ölkə daxilində də Ərdoğana qarşı olan, lakin siyasi partiyalardan kənarda qalan qüvvələr mövcuddur. "Kürd açılımı" siyasi kursunun məğlubiyyəti ölkə ərazisində hər an terrorun ola biləcəyi riskini azaltmır. Seçkidən sonra terror təhlükəsi daha ciddi problemlər yarada bilər. Digər tərəfdən, Gülən tərəfdarlarına elan edilən savaş daxili siyasətdə ciddi problemlərə səbəb oldu və sabotaj imkanlarını FETÖ hələ də saxlayır. Əsas problemlər isə diplomatiyadadır. Türkiyənin qonşuları ilə, — Suriya, Misir, Ermənistan ilə çox ciddi problemləri ağırlaşır. Rusiya ilə əməkdaşlıq kövrəkdir. Qərb ölkələri ilə Ankaranın münasibətləri gərgindir.

Lakin bütün bunlara baxmayaraq, AKP Türkiyədə ən güclü və nüfuzlu partiyadır. Bu güc, yalnız inzibati resurslara və din amilinə söykənmir. AKP sabit elektorata malikdir. Elə bu amil onun liderinin qələbəsini təmin etməyə kifayət edir. Burada başqa problem ola bilər. Dövlət idarəetmə sistemindən Ərdoğana müxalif ola biləcək yeni siyasi xadimlərin meydana çıxa biləcəyi istisna edilmir.

Ərdoğan üçün başlıca problem seçkidən sonra yaranacaq. Düzdür, AKP-nin hakimiyyətə gəlişindən sonra Türkiyə iqtisadi baxımdan xeyli güclənib. Lakin Türkiyə heç bir halda beynəlxalq kreditlər olmadan inkişaf edə bilməz. Dünya Bankı tərəfindən verilən kreditlərdən asılı olacaqsa, onun müstəqil siyasəti də korrektəyə məruz qala bilər. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Ərdoğan narahatdır: “Ortada ssenari var”

Bu gün Türkiyə"pul dilənən ölkə" imicini dağıtmaq istəyir və bu, Vaşinqtonda narazılıqla qarşılanır. Bu baxımdan, belə bir sual meydana çıxır – hazırda Ərdoğana hansı təzyiq formaları həyata keçirilə bilər? İlk növbədə iqtisadi zərbələrin endiriləcəyi ehtimal edilə bilər. Bu, yalnız Türkiyəyə qarşı deyil, qonşu ölkələrə də aiddir. Məşhur ABŞ strateqi C. Perkins iddia edir ki, 2019-cu ilə qədər bölgədə yalnız Amerikapərəst hakimiyyətlər mövcud olacaq və buna nail olmaq üçün "bank və kredit zərbələri"ndən istifadə ediləcək.

Onu da nəzərə alsaq ki, sosial şəbəkələrin əksəriyyəti ABŞ kəşfiyyatı ilə sıx bağlıdır, xaosa hesablanan kompromat savaşının da meydana çıxa biləcəyini ehtimal edə bilərik. Əslində, Vaşinqotun təzyiq metodlarından biri də sistem xaosuna nail olmaqdır.

Seçkidən sonra Türkiyəni nə gözləyə bilər? Iqtisadi problemlər kifayət qədərdi. İşsizlik ciddi problem olaraq qalır. Lirə ucuzlaşır, özəl sektorun iqtisadi imkanları azalır. İnfilyasiya artır, ölkədə istehsal sahəsində ciddi problemlər var. Çox ciddi xarici borc var. Bəzi böyük şirkətlər öz borcları ilə bağlı problemlər yaşayır. Problemlərin qarşısını almaq üçün yeni prezidentə sərt tədbirlər həyata keçirtmək lazım gələcək. Əks təqdirdə daha ciddi problemlər yaşana bilər. Bu isə ilk növbədə parlament – prezident qarşıdurması ilə sonuclana bilər…

Xəbər lenti
0