23:51 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Putin və Ərdoğan

Moskvanın siyasi, Ankaranın iqtisadi arzusu reallaşır

© REUTERS / Alexander Zemlianichenko / Pool
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
Akkuyu Atom Elektrik Stansiyanın təməlinin atılması (5)
590 0 0

Rusiya üçün Türkiyədəki irimiqyaslı layihələr daha çox siyasi investisiyalar hesab olunur

BAKI, 3 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə birlikdə iki ölkə münasibətlərini möhkəmləndirəcək daha bir addım atacaqlarını bəyan edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti öz "Twitter" səhifəsində yazıb.

Putin və Ərdoğan
© Sputnik / Aleksey Druzhinin

"Rusiya dövlət başçısı, dəyərli dostum Vladimir Putinlə birlikdə Türkiyənin və Türkiyə-Rusiya münasibətlərinin gələcəyi üçün önəmli bir addım olan Akkuyu Atom Elektrik Stansiyasının təməlini atacağıq" — Ərdoğan qeyd edib. Onun bildirdiyinə görə, layihənin ümumi dəyəri 20 milyard dollardır.

Xatırladaq ki, Türkiyədə ilk dəfə qurulacaq atom elektrik stansiyasının tikintisi ilə bağlı Moskva və Ankara arasında saziş 2010-cu ildə imzalanıb. Saziş hər biri 1200 meqavatt gücündə olan 4 enerji blokunun tikilməsini nəzərdə tutur.

Rusiyanın layihəsi əsasında tikiləcək bu atom elektrik stansiyasının Türkiyənin enerji tələbatının 17%-ni ödəyəcəyi gözlənilir. Stansiyanın ilk enerji blokunun 2020-ci ilə istismara verilməsi planlaşdırılır. Lakin görünür, bu müddət daha da irəliyə çəkilməli olacaq.

Türkiyə hələ 1974-76-cı illərdə öz AES-nin tikintisinə başlamaq istəyib. 1974-cü ildə sovet atomçuları Mersin vilayətində olaraq atom elektrik stansiyasının tikiləcəyi yerləri tədqiq ediblər. Həmin vaxt stansiyanın tikintisi üçün "Akkuyu" platformasının hazırlanmasına qərar verilib.

Bu platformanın tikintisi üçün isə çox iş görmək lazımdır. İlk öncə stansiyanın ətrafında təxminən 3 min nəfərlik qəsəbə tikmək lazm olacaq. Daha sonra isə dağın içindən keçəcək 11 km-lik su kəməri çəkilməlidir. Platformada 2 və 4 blokun yerləşdirilməsi üçün müvafiq olaraq 6 mln. və 11 mln. kubluq əhəng daşı dənizdə yerləşdirilməlidir.

Bundan başqa, dərin su hasarının da tikilməsi lazım gələcək. Habelə, nəqliyyat kommunikasiyaları, elektrik ötürücü xətləri, buraxılış qazanlarının qurulması da zəruridir. Dənizə aparılacaq yüklərin qəbul edilməsi üçün xüsusi estakadalar da tikilməlidir.

Akkuyu AES-in müharibə gedən Suriyadan 80 km aralıda yerləşməsi isə narahatlıq mövzusudur. Mersinin də ayrıca bir münaqişə ocağından — Şimali Kipr Türk Respublikasından cəmi 70 km aralıda yerləşməsi diqqəti çəkir.

Atom Elektrik Stansiyası ilə bağlı ən vacib məsələ radioaktiv tullantıların yerləşdirilməsi ilə bağlıdır. Bu tullantıların mühafizəsi üçün xüsusi poliqon tikmək lazım gələcək. Şübhəsiz ki, bu poliqon turizm və istirahət zonalarının kənarında qurulmalıdır. Bunun üçün böyük bir ərazi satın alınmalı və əlavə xərclər çəkilməlidr.

Rusiya alimləri AES-lərin Rusiya tərəfindən keyfiyyətli şəkildə qurulub istismara verilməsinə də böyük şübhə ilə yanaşırlar. "Rosatom"un son məlumatlarına görə, Rusiya İranda 8 enerji bloku quracaq. Bundan başqa, Rusiyanın öz ərazisində 6 AES-in (hazırda fəaliyyət göstərən 10 AES-ə əlavə olaraq) tikilməsi planlaşdırılır. Rusiyalı alimlər bu imkanların Rusiyada haradan yarandığı üzərində baş sındırırlar.

Ankarada adıçəkilən layihəyə böyük ümidlə yanaşırlar. Akkuyu AES-in inşa edilməsi ilə nəzərdə tutulan 20 milyard ABŞ dolları həcmində sərmayə yatırılması, Rusiya qazının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması, rus turistlərinin axını perspektivi mövcuddur.

Türkiyənin Almaniyadan sonra ikinci əsas tiracət ortağı olan Rusiyadan idxalatı ötən il 25 milyard, ixracatı 6 milyard, ümumi ticarət dövriyyəsinin həcmi 31 milyard ABŞ dolları olub. 2020-ci ilədək bu iki ölkə arasında ticarət dövriyyəsinin ən azı 3 dəfə artırılması proqnozlaşdırılır.

Rusiya üçün Türkiyədəki irimiqyaslı layihələr daha çox siyasi investisiyalar hesab olunur. 2014-cü ildə, Rusiyanın Ukryana böhranı ilə bağlı Qərblə qarşıdurmada olduğu zaman Türkiyə yenə özünün iqtisadi maraqlarını NATO-dakı müttəfiqlərinin marağından üstün tutdu. Ankara ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına qoşulmadı və "Türk axını"nı dəstəklədi. Ankara o zaman Rusiyadan qazanc əldə etdi. Moskva Rusiya qazını çox böyük endirimlə Türkiyəyə göndərdi.

Bu dəfə də Ankara Moskvadan eyni dividendləri gözləyir. Lakin bütün bunlar Putinin Türkiyəyə səfərinin zahiri tərəfləridir. Əsas məsələ isə odur ki, Rusiya hal-hazırda Qərb ölkələri tərəfindən təzyiqlərə məruz qalıb. Belə məqamda Türkiyə, İran və Çinlə əməkdaşlıq Kreml üçün vacibdir…

Mövzu:
Akkuyu Atom Elektrik Stansiyanın təməlinin atılması (5)

Əlaqədar

Rusiya ilə Türkiyə arasında tarixi hadisə
Politoloq: “Rusiya ilə əməkdaşlıq Türkiyənin maraqlarına uyğundur”
Türkiyədən Rusiya ilə bağlı sensasiyalı açıqlama
ABŞ Türkiyəyə "anti-Rusiya" planı təklif edəcək
Lavrov: "Türkiyəyə S-400 verilməsi Rusiya üçün risk deyil"
Teqlər:
Akkuyu Atom Elektrik Stansiyası, Ankara, Moskva, Vladimir Putin, Rusiya, Rəcəb Tayyib Ərdoğan, prezident, Türkiyə

Əsas mövzular