Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"ABŞ səfirliyinin yerləşdiyi küçənin adının dəyişdirilməsi sərt ismarıcdır"

© REUTERS / Umit BektasABŞ-ın Ankaradakı səfirliyi, 9 oktyabr 2017-ci il
ABŞ-ın Ankaradakı səfirliyi, 9 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"NATO-da müttəfiq olmasına baxmayaraq, Amerika Türkiyəyə vermədiyi ağır silahları, türk əsgərinə qarşı vuruşan PYD terrorçularına verdi"

Fuad Həsənov, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. "ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə "Zeytun budağı" adı verilməsini Vaşinqtona sərt mesaj kimi dəyərləndirirəm". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında türkiyəli politoloq Güngör Gökdağ deyib.

© Photo : Güngör Gökdağ şəxsi arxivindənSiyasi şərhçi Güngör Gökdağ
Siyasi şərhçi Güngör Gökdağ - Sputnik Azərbaycan
Siyasi şərhçi Güngör Gökdağ

O qeyd edib ki, Amerikanın Yaxın Şərq siyasəti öz maraqlarına xidmət etdiyi üçün bu günə qədər Türkiyəyə verdiyi sözlərin heç birini tutmayıb: "NATO-da müttəfiq olmasına baxmayaraq, Amerika Türkiyəyə vermədiyi ağır silahları, türk əsgərinə qarşı vuruşan PYD terrorçularına verdi. ABŞ o bölgəni terrorçu qruplarla birgə dizayn etməyə çalışır. Türkiyə bütün bunları görür və onların qaranlıq planlarına var gücü ilə mane olur".

"ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə "Zeytun budağı" adı verilməsini Vaşinqtona sərt mesaj kimi dəyərləndirirəm. Bilirsiniz, "Zeytun Budağı" türk ordusunun Afrinə başlatdığı hərbi əməliyyatın adıdır", — politoloq bildirib.

Gökdağ deyib ki, Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur: "Ancaq "qırmızı xətləri" var. Suriyanın şimalında, Türkiyə ilə sərhəddə tək bir terrorçu qalmayanadək hərbi əməliyyat davam edəcək".

Həmsöhbətimiz ABŞ-ın Suriyanın şimalında özündən asılı, marionet kürd dövləti yaratmaq istədiyini bildirib: "Bu, mümkünsüz bir şeydir. Bölgə dövlətləri buna imkan verməyəcək. Oxşar ssenarini İraqın şimalında reallaşdırmağa çalışdılar. Nəticəsini gördünüz. Dolayısı ilə, Suriyanın şimalında da buna icazə verilməyəcək".

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" hərbi əməliyyatının adı veriləcək. Belə bir təşəbbüslə Ankara bələdiyyəsinin rəhbəri Mustafa Tuna çıxış edib.

Xəbər lenti
0