Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bölgədə nəhəng tələ qurulub, hər kəsin də barmağı altında

© Photo : Nuri Pir / IHA via APHatay ərazisindən kürd mövqelərinə artilleriya atəşi, 19 yanvar 2018-ci il
Hatay ərazisindən kürd mövqelərinə artilleriya atəşi, 19 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ və Rusiya danışıqlarda təsir dairələrini bölə biləcəksə, Ankaranın qazancı nədən ibarət olacaq?

BAKI, 23 yanvar — Sputnik. ABŞ-ın 30 min nəfərdən ibarət "Sərhəd Təhlükəsizlik Qüvvəsi" yaratmaq üçün seçdiyi Afrin çox strateji bir ərazidir. Afrin terror təşkilatı olan PYD üçün də önəm kəsb edir. Türkiyənin Şırnak, Mardin, Şanlıurfa, Antep, Kilis və Hatay daxil olmaqla, təqribən 40 kilometrlik ərazisinin kürdlərin nəzarətinə keçə bilmə ehtimalı Ankara üçün böyük problem demək olardı.

Türk əsgərləri Afrinin şimal-şərqindəki Barsaya dağında, 22 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Türkiyə ABŞ-ı açıq hədəfə aldı

Afrinin digər bir əhəmiyyəti də PKK-nın Suriya qolu PYD-yə verilən silahların mühüm hissəsinin burada toplanmasıdır. Halbuki ABŞ Türkiyəyə həmin sursatın Suriyadan çıxmayacağı barədə təminat vermişdi.

Beləliklə, Türkiyə irimiqyaslı əməliyyatlara başlayıb. Maraqlı odur ki, bu hərbi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya havadan yardım göstərir. Sanki Vaşinqton Türkiyənin əməliyyatında maraqlıdır. Rusiya da Afrindən geri çəkildi. Nə baş verir?

Vurğulayaq ki, Vaşinqtonun himayə etdiyi "müstəqil Kürdüstan" ideyası Türkiyənin, İranın və Rusiyanın maraqlarına cavab vermir. Eyni zamanda, "kürd təhlükəsi"nin tam çözülməsi də Rusiyanın maraq dairəsinə daxil deyil. Belə olan təqdirdə, Ankara və Kremlin Yaxın Şərq problemi ilə bağlı razılaşma əldə etməyə cəhd etməkdən başqa yolu qalmır.

Afrində savaş yeni dəngə yaradır. Bütün regional oyunçular – İsrail, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Suriya, Misir, İraq və Qətər Afrin əməlliyyatından sonra yeni birliklər qurmaq məcburiyyətindədir. Bu, tam mənada yeni bir mərhələdir. Suriyada hakimiyyətə qarşı savaşan qrupların əksəriyyətini Səudiyyə Ərəbistanı və Qətər maliyyələşdirir. Afrində başladılan əməliyyat adıçəkilən ölkələrin maraqlarına hansısa formada zərbə endirir.

Hazırki proseslər daha çox Bəşər Əsəd hakimiyyətinə sərf edir. Ankara kürd separatçılarını əzməkdə davam edəcəksə, onların bir yolu qalacaq – Əsədə tabe olmaq.

Afrin əməliyyatı zamanı dinc sakinlərin də həlak olma ehtimalı Türkiyədə yaşayan kürdlərin narazılığı ilə sonuclana bilər. Digər tərəfdən, bu məsələdə sona qədər getmək Rusiya ilə də problem yaşanacaq anlamına gəlir. Təbii ki, bunu da Türkiyə istəməz.

Bir məqama diqqət yetirək. Son aylar PKK Türkiyə daxilində terror aktları həyata keçirmir. Afrində "sona qədər getmək" isə ölkə daxilində yenidən terrora səbəb ola bilər.

Türkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il - Sputnik Azərbaycan
RUSİYA
Moskvadan Afrin əməliyyatına reaksiya: Ankara özündən çıxdı

Əslində, ABŞ və Rusiya arasında olan ziddiyyətlər Türkiyəyə sərf edir və Ankara bundan bəhrələnir. Digər tərəfdən, rusların Afrinə nəzarəti aralıq müddətə türklərə təhvil verməsi də maraq doğurur.

Moskva bölgəni tam nəzarətdə saxlamaq gücünə malik deyil. Digər tərəfdən, kürdləri Vaşinqtonun nəzarətindən çıxarmaq, öz təsir dairəsinə almaq Kremlin əsas hədəfidir. Səudiyyə Ərəbistanı, İran və İsrail arasından olan problemlər bölgəni kənardan idarə etməyə imkan verir. Kürd probleminin mövcudluğu isə bölgəni nəzarətdə saxlamaq üçün şansdır.

Bölgədəki dəngələri dağıtmaqla Rusiya ABŞ-ı danışıqlar masasında oturmağa vadar etmək niyyətindədir. Hazırda Türkiyənin apardığı əməliyyat bu danışıqlara mane olacaq qrupları aradan qaldırır. Bir çox sanksiyalarla üzləşən Rusiya bunun fonunda Suriya məsələsində daha aktiv mövqe tutaraq Qərb ölkələrini, xüsusən də ABŞ-ı əməkdaşlığa məcbur etmək niyyətində idi və Ankaranın Afrin əməliyyatından sonra bu planı baş tutmuş hesab etmək olar.

Belə bir sual yaranır: ABŞ və Rusiya danışıqlarda təsir dairələrini bölə biləcəksə, Ankaranın qazancı nədən ibarət olacaq? Nəzərə alaq ki, Türkiyə və Suriya qonşu dövlətlərdir. Türkiyə bölgədə nüfuzunu genişləndirə bilməkdən ötrü öz sərhədlərinin təhlükəsizliyini təmin etməlidir. Kürd terrorçularının Afrində "at oynatması" Türkiyənin ərazi bütövlüyünə təhlükə yaradır. Bu baxımdan, istər Ankara-Moskva, istərsə də Ankara-Vaşinqton münasibətləri indi daha çox Rusiya və Birləşmiş Ştatlardan asılıdır.

Beynəlxalq aləm Ankaradan geri çəkilməyi tələb edəcək. Türkiyə isə Menbiçə qədər olan ərazini nəzarətə almaqla, təhlükəsizliyini təmin edə bilər. ABŞ-ın bu zonada 30 minlik yeni bir "təhlükəsizlik qüvvələri" yaradacağını açıqlaması Türkiyə üçün açıq təhdidir.

Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Bu il Türkiyədə bələdiyyə, gələn il isə parlament və prezident seçkiləri keçiriləcək. Ərdoğan hər 3 seçkidə qələbə qazanmaq məqsədini qarşıya qoyub. Afrin qələbəsi Ərdoğanın hər üç seçkidə uğurunu təmin edə bilər. Düzdür, burada başqa bir məqam da var ki, Türkiyədə etnik kürd olan seçicilər də az deyil…

Xəbər lenti
0