Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İnqilab olmayacaq: Niyə İran cənubi azərbaycanlılar üçün dəyərlidir?

© AFP 2023 / Strİranda qarşıdurma, 30 dekabr 2017-ci il
İranda qarşıdurma, 30 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İrandakı nümayişlərə daxili və ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və digərləri kimi xarici oyunçuların izləri kimi baxılır

Zaur Məmmədov, politoloq, siyasi elmlər namizədi

BAKI, 12 yanvar — Sputnik. Hamıya yaxşı məlumdur ki, İranda Azərbaycan şəhərləri ayağa qalxmasa, heç bir inqilab olmayacaq. Bunu başa düşən xarici oyunçular və bir sıra daxili qüvvələr İranın digər ərazilərindən başlayıb Cənubi Azərbaycanda davam edəcək iğtişaşların baş verməsini çox istəyirdilər.

Lakin bu baş vermədi, azərbaycanlılar kütləvi şəkildə ayağa qalxmadılar. Onlar təxribatlara uymadılar, çünki yaxşı başa düşürdülər ki, üsyançılar daha sərt türkofoblardır.

İrandakı nümayişlərə daxili və ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və digərləri kimi xarici oyunçuların izləri kimi baxılır. Və mən qiymətlərin qalxmasına qarşı bu etiraz aksiyalarının İranın ikinci böyük şəhəri Məşhəddə başlamasını təsadüfi hesab etmirəm. 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi - Sputnik Azərbaycan
ABŞ kəşfiyyatının İran planı: Üsyan davam edəcək

İğtişaşlar İranın qərbində və ya cənubunda da başlaya bilərdi, amma yox, onlar məhz 2009-cu ildə o dövrkü prezident Mahmud Əhmədinecatın "İranın mənəvi paytaxtı" elan etdiyi Məşhəddə başladı. Məlum olduğu kimi, İran dövlətinin əhalisinin böyük əksəriyyəti şiələrdir. Şiəlik bugünkü İranın simvolu hesab olunur, Tehran isə "bütün dünya şiələrinin mühafizi".

İranda bu hadisələrin təkanverici amili isə ölkə büdcəsinin "gizli" adlandırılan tərəfinin internetdə yayılması oldu. İranlılar birdən, aydın məsələdir ki, təsadüfən deyil, öyrəndilər ki, ölkənin 2018-ci il dövlət büdcəsinin 50%-i İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və islam təşkilatlarını maliyyələşdirən Mostafazan fonduna gedəcək.

Bununla yanaşı, məlum oldu ki, son beş ildə İran Dəməşqə kredit şəklində 7 milyard dollara yaxın vəsait verib, həmçinin Hizbullah və digər islam təmayüllü qruplaşmalara ayrılan maliyyələni artırıb. Və bütün bunların fonunda təkcə Məşhəd şəhərində bu gün işsizlərin sayı 50%-dən çoxdur. 

Министр иностранных дел РФ Сергей Лавров на заседании Совета глав субъектов РФ в Доме приемов МИД России, 27 октября 2017 года - Sputnik Azərbaycan
RUSİYA
Rusiya xarici işlər nazirindən Türkiyə və İrana yönəlik mühüm bəyanat

Bundan sonra iranlıların öz hüquqlarını qorumaq üçün küçələrə çıxmaqdan savayı çarəsi qalmadı. Amma çox tezliklə səsləndirilən sosial tələblərə ali dini lider Ayətulla Əli Xameneyi və bütün dini rəhbərliyin əleyhinə siyasi şüarlar da əlavə olundu. Bu etirazlar 2009-cu ildə islahatlara dəstək məqsədilə keçirilən geniş miqyaslı nümayişlərdən sonra ən irimiqyaslı aksiyalar idi.

Lakin İran azərbaycanlıları bütün bunları müşahidə edərək, bu dəfə baş verənlərə soyuqqanlı yanaşdı. Əvvəla, İranda inqilab az inandırıcıdır, rejim dəyişikliyi gözlənilmir, yalnız İrandaxili elita arasında hakimiyyət uğrunda siyasi mübarizə mümkündür. İkincisi, tutaq ki, xarici oyunçular İranda rejimi dəyişdilər, belə olan təqdirdə teokratik rejimi kim əvəz edəcək?

Belə fikirlər var ki, şahzadə. Xarici KİV-lər aksiyalar zamanı meydana çıxan bu qəbildən olan siyasi şüarlara diqqət çəkiblər — "İranda şahsız özbaşınalıqdır, "Vəliəhd şahzadə, qayıt" (bu şüar ola bilsin ki, 1979-cu il İslam İnqilabı nəticəsində devrilmiş sonuncu İran şahının hazırda ABŞ-da yaşayan oğlu şahzadə Rza Pəhləviyə ünvanlanıb). Amma İran azərbaycanlılarına şahzadə lazımdırmı?

Azərbaycanlılar həmişə hazırda İran adlanan dövlətin sahibi olublar. Amma Pəhləvilər hakimiyyətə gələndən sonra İran xalqlarının bütün mədəni-tarixi irsinin ümumən farslaşdırılmasına başlanıb və nəticədə İran ultramilliyyətçi fars dövlətinə çevrilib. Bu mənada İranda Pəhləvilər sülaləsinin hakimiyyətə qayıdışı qonşu ölkədəki azərbaycanlıların marağına uyğun deyil. 

Политолог Тофик Аббасов - Sputnik Azərbaycan
Abbasov: “ABŞ İranı müharibəyə təhrik edir”

Məlum olduğu kimi, "İran" anlayışı dünyanın siyasi xəritəsində ancaq 1935-ci ildə, Rza şah Pəhləvi ölkənin adının dəyişdirilməsi barədə rəsmi hökumət dekreti verəndən sonra peyda olub. İran dövlətin coğrafi adıdır. Bu gün İran farsların adına çıxılır, halbuki Fars hazırda sadəcə İranın cənubunda, səhv eləmirəmsə, Fars körfəzinin sahillərində yerləşən əyalətlərindən biridir. Burada Əhəmənilər imperiyasını qurmuş tayfalar yaşayıb.

İranı 1000 ildən artıq Azərbaycan sülalələri idarə edib. X əsrdən başlayaraq (məhz onda İran ovalığının şərqində Orta Asiya türklərinin simasında Xorasandakı Samanilər sülaləsini darmadağın edən və Mahmud Qəznəvinin (998-1030) vasitəsilə hakimiyyətini Qanqdan Kürdüstana qədərki geniş əraziyə yayan hərbi-feodal Qəznəvilər dövlətini quran yeni hərbi güc meydana gəlib) 1924-cü ilə qədər İran türk dövləti olub.

Bütün bunlar İran azərbaycanlılarını bu dövlətin digər xalqlarından fərqləndirir. Beləliklə, İranın azərbaycanlılar üçün nə qədər qiymətli olduğunu anlamaq çətin deyil.

Xəbər lenti
0