11:40 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Türkiyə və Avropa İttifaqı bayraqları

Türkiyə döyüş meydanında təkbaşına

© REUTERS / Murad Sezer/File Photo
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
836 0 0

Avropa ölkələrinin siyasi səhnəsində millətçi qüvvələr tədricən daha çox yer almağa başlayır

BAKI, 9 yanvar — Sputnik. Türkiyə parlamenti Avropa İttifaqının üzvü olan 4 ölkədə islamofobiya ilə bağlı situasiyanın araşdırılmasına dair komissiya təşkil edib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, türk deputatlar əsas diqqətlərini "islamofobiya təzahürlərinin özünü ən çox qabarıq göstərdiyi" ölkələr — Avstriya, Almaniya, Fransa və Belçika üzərində cəmləşdiriblər.

"Belga" agentliyi Türkiyə parlamentinin bu təşəbbüsünü Avstriya vətəndaşlarının çoxsaylı irqçi yanaşmalarına cavab tədbiri kimi qiymətləndirib. 2018-ci ildə Vyanada doğulan ilk uşaq türk əsilli qız olub. Bu məlumata Avstriya vətəndaşları irqçi reaksiya nümayiş etdiriblər. Nəticədə TBMM Avropadakı islamofobiya ilə bağlı vəziyyəti araşdırmaq qərarına gəlib.

Avstriya ilk dəfə deyil ki, müsəlmanlara qarşı hücumlarda günahlandırılır. Belə ki, ötən ilin iyun ayının sonlarında xarici işlər naziri olan Sebastyan Kurtsun Avstriyadakı müsəlman uşaq bağçalarının bağlanmasına dair fikirləri müsəlman ictimaiyyətin narazılığına səbəb olmuşdu. Kurts demişdi ki, müsəlman uşaqlar üçün nəzərdə tutulmuş bağçalar uşaqların cəmiyyətə inteqrasiyasına imkan vermir.

"Avstriyaya müsəlman uşaq bağçaları lazımdırmı?" sualının cavabında nazir demişdi: "Bizim onlara ehtiyacımız yoxdur. Bizdə müsəlman uşaqlar üçün nəzərdə tutulmuş bağçalar olmamalıdır. Uşaq bağçaları uşaqları məktəbə hazırlamalıdır ki, onlar alman dilində danışa bilsinlər. Lakin müsəlman uşaq bağçaları etnik və dil prinsipi ilə fərqlidir".

Kurtsun fikrincə, müsəlman uşaq bağçalarının əsas problemi odur ki, onlar uşaqları əsas cəmiyyətdən təcrid edir. Həmin vaxt Kurtsun ətrafı da bu fikri qəbulolunmaz adlandırmışdı. Kurts hazırda Avstriyanın baş naziridir və müsəlman uşaqlarla bağlı fikirlərini dəyişməyib. Qeyd edək ki, hazırda təkcə Avstriyanın paytaxtı Vyanadakı müsəlman uşaq bağçalarında 10 minə yaxın uşaq tərbiyə alır.

Müsəlmanlara qarşı Avropanın bu münasibətindən ən çox ziyanı Türkiyə çəkə bilər. Məsələ ondadır ki, bu gün Avropaya miqrant axınının qarşısını alan məhz Türkiyədir, Avropaya gedə bilməyən ərəblər məhz Türkiyəni seçirlər.

Digər tərəfdən, Türkiyə böyük aqrar dövlətdir. Əgər bu gün Türkiyə Avropa İttifaqının üzvü olarsa, Avropada bir sıra dotasiya alan dövlətlər demək olar ki, məhvə doğru gedəcək. Türkiyə-Rusiya yaxınlaşması da Avropada qıcıq yaradır. Bunu bəhanə edən Avropa Türkiyədən uzaqlaşmağa çalışır. Əvvəllər söhbət Türkiyənin Avropa bazarına girməsindən gedirdisə, bu gün Rusiya faktoru, miqrantlarla bağlı Türkiyənin atacağı addımlar ön plana çəkilir.

Burada bir amilə diqqət yetirək. Son dövrlərdə Avropa ölkələrinin siyasi səhnəsində millətçi qüvvələr tədricən daha çox yer almağa başlayır. Siyasi araşdırmaçıların fikrincə, miqrantlara Avropada kvota ayrılması ciddi problemlər yaradır. Avropaya üz tutan yüz minlərlə insana qaçqın statusu verilməsinə baxmayaraq, onlar acınacaqlı şəraitdə saxlanılır və bu da kriminalın artmasına səbəb olur.

Daha bir nüans ondan ibarətdir ki, son zamanlar İŞİD və bənzər terrorçuların regional sərhədləri aşaraq qlobal təhlükəyə çevrilməsi miqrantlara qarşı münasibəti pisləşdirir. Avropada fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə münasibətdə qorxu və inamsızlıq daha da artır.

Yaxın Şərq regionu, Afrika qitəsi və Əfqanıstandan qeyri-leqal miqrant və qaçqın axınlarına münasibət və problemin həlli yolları baxımından Avropada hökumətlər və siyasi liderlər səviyyəsində ciddi fikir ayrılıqları mövcuddur. Aİ mərkəzi qurumlarının ölkələri vahid "açıq qapı" siyasəti ətrafında birləşdirmək cəhdləri hökumət rəhbərlərinin ciddi müqaviməti və itaətsizliyi ilə müşayiət olunur.

Siyasi liderlərin davranışları müəyyən mənada öz ölkələrindəki ictimai əhval-ruhiyyənin və seçicilərinin hökumət qarşısındakı tələblərinin də göstəricisidir. Kütləvi miqrant və qaçqın axını nəticəsində Avropada ksenofob, irqçi meyillər getdikcə yüksəlməkdədir. Bu meyllər özünü anti-miqrant mitinqlərinin təşkilində, fərqli görünüşlü şəxslərin küçələrdə, ictimai yerlərdə təhqir olunmasında, qaçqınların, miqrantların qaldıqları düşərgələrdə yanğınların törədilməsində, eləcə də seçkilərdə mühafizəkar, sağçı partiyaların daha çox səs toplamasında göstərir.

Avropada islamofobiya
© Karikatura
Avropada islamofobiya

Avropa Yaxın Şərq qaçqınlarını özünə təhlükə görür. İslamafob çıxışların kökündə də elə bu amil dayanır. Avropanın bu niyyətinin qarşısına hələ ki, yalnız Türkiyə çıxa bilir…

Əlaqədar

Vaşinqtonda böyük müsəlman ölkəsi barədə radikal qərar qəbul olundu
Trampın müsəlmanları qəzəbləndirən qərarı ləğv edildi
Daha 40 müsəlman kəndinə od vuruldu
Qafqaz müsəlmanları adından Qüds çağırışı
ABŞ-ın qapıları müsəlmanların üzünə tamamilə bağlana bilər
HƏMAS müsəlman ölkələrinə çağırış etdi
Teqlər:
uşaq bağçaları, ölkə, islamofobiya, vətəndaş, Avropa İttifaqı, Avstriya, müsəlman, Türkiyə, cəmiyyət

Əsas mövzular