01:20 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
592831

"Rusiya Türkiyənin PYD məsələsində həssas olduğunu, onu PKK-nın qolu kimi gördüyünü bilir"

Fuad Həsənov, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Suriyada bütün siyasi tərəflərin iştirakı ilə keçirilməsi planlaşdırılan Zirvəyə Ərdoğanın istəyi ilə PYD/YPG qatılmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Almaniyanın "Deutche Welle" qəzeti məqalə dərc edib.

Qəzetin iddiasına görə, İstanbulda keçirilən sonuncu Ərdoğan-Putin görüşündə bu mövzu geniş müzakirə edilib. Türkiyə prezidentinin PYD məsələsində olduqca həssas olduğunu görən Putin türkiyəli həmkarına yeni formul təklif edib. Həmin formula əsasən, Soçidə keçirilməsi planlaşdırılan "Suriya Xalqları Konqresi"-nə PKK-nın qolu hesab edilən PYD/YPG yox, həmin təşkilatdan kənar kürdlər dəvət ediləcək. Həmçinin Ərdoğanın Putinin təklifinə müsbət yanaşdığı qeyd olunub.

Qəzet daha sonra yazıb ki, rus qoşunlarının Suriyadan çəkilməsinin arxasında Türkiyə ordusunun PYD-nin nəzarətində olan Afrinə müdaxilə planları durur: "Afrin və ətraf bölgələrdə rus ordusuna aid hərbi texnikalar və yüzlərlə əsgər var idi. Bu faktor türklərin əməliyyata başlamasına mane olurdu. İndi ərazidə rus əsgəri yoxdur. ABŞ silahlı dəstələri də Türkiyənin əməliyyat xəbərdarlığından sonra həftələr öncə Afrini tərk edib. Artıq PYD-yə qarşı əməliyyat an məsələsidir".

Mövzunu Sputnik Azərbaycan-a "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov şərh edib. O, Almaniya qəzetində yer alan bəzi iddalarla razılaşmadığını deyib.

"Rus qoşunlarının Suriyadan çıxarılması, Türkiyənin Afrinə planlaşdırdığı əməliyyatla əlaqəli deyil. Mən bu iddianı doğru saymıram. Rusiya istəyir ki, Suriyada sülh bərqərar olsun. Və oradakı hərbi bazalar qanuni formada öz fəaliyyətlərini davam etdirsin. Qoşunların çıxarılmasının digər səbəbi də gələn il Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Vladimir Putin seçkiqabağı siyasi dividend qazanmaq istəyir" — Ələsgərov bildirib.

Politoloq qəzetin Putinin Ərdoğana sürpriz PYD təklifi ilə bağlı iddiasına da münasibət bildirib: "Bu iddia doğru ola bilər. Çünki Rusiya Türkiyənin PYD məsələsində həssas olduğunu, onu PKK-nın qolu kimi gördüyünü bilir. Ona görə də Soçidəki masaya PYD-ni yox, PYD ilə əlaqəsi olmayan kürdləri təklif edir".

"Maraqlar qarşılıqlıdır. Suriyadakı sülh prosesində Türkiyə, İran və Rusiya birlikdə rəhbərlik edir. Hər üç dövlət öz milli maraqları təməlində bir-birlərinə qarşılıqlı güzəştə gedir" — Ələsgərov bildirib.

İraqda və Suriyada İŞİD-ə qarşı zəfər əldə edilməsinə baxmayaraq, Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin "əsgərlərimiz Suriya və İraqda qalmağa davam edəcək" açıqlamasını da şərh edən politoloq deyib: "Rusiya, Türkiyə və İran Suriyada qoşun saxlamayacaqlarını desə də, həmin 3 dövlətin orada hərbi mütəxəssisləri, təlimçiləri və s. qalacaq. Bunu görən ABŞ da normal olaraq öz hərbçilərini Suriya və İraqdan tamamilə geri çəkməyəcək. Terrorçulara qarşı zəfər əldə olunsa da, terrorizmlə mübarizə uzun müddət davam edəcək".

Əlaqədar

Putin rəqibini ələ saldı: “Yenə aldadıb gəlmisən?”
Vladimir Putin: "Rəqiblərimi də özüm seçməli deyiləm ki!"
Putin Türkiyəni seçən ruslardan danışdı: "Onların sayı..."
Ərdoğan və Putin bu məsələdə razılığa gəldilər
Teqlər:
Elxan Ələsgərov, Afrin bölgəsi, Sputnik Azərbaycan, kürd, təklif, Putin, YPG, PYD, PKK, Ərdoğan, Suriya, Rusiya, Türkiyə, Almaniya, ABŞ, politoloq, görüş, ordu

Əsas mövzular