12:59 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
807 0 0

Rusiyanın Suriya münaqişəsindən qalib çıxmaq şansı var

BAKI, 21 noyabr — Sputnik. Xəbər verildiyi kimi, Bəşər Əsəd Rusiyaya işgüzar səfərə gəlib. Rusiya prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

RF lideri Suriyanın dövlət başçısını terrorizmlə uğurlu mübarizə münasibətilə təbrik edib. Cavabında Əsəd vurğulayıb ki, Rusiyanın sayəsində Suriya dövlət kimi xilas oldu: "Suriyanın bir çox rayonları terrorçulardan azad edildi, suriyalılar bu ərazilərə qayıda bildi".

V. Putin ümidvar olduğunu bildirib ki, tezliklə Suriyada terrorizmlə mübarizəyə yekun nöqtə qoyulacaq: "Uğurlara baxmayaraq, münaqişə ocaqları hələ də yarana bilər".

Beləliklə, Rusiya Əsəd hakimiyyətinə dəstəyini davam etdirir. Son zamanlar Rusiyanın Suriyaya hərbi yardımının həcmi də dəyişib. Bu yardım son dərəcə artıb. Bundan əlavə, Rusiyanın Suriyaya əvvəllər vermədiyi silahları göndərdiyi diqqəti cəlb edib.

Bu baxımdan, Putin – Əsəd görüşü Qərb siyasi dairələrinin qıcığına səbəb olub. Belə ki, ABŞ və Qərb dövlətləri prezident Bəşər Əsədə qarşı çıxır. Qərb analitikləri hesab edirlər ki, B. Əsədə hər hansı dəstək yalnız ölkədəkli hərbi münaqişənin uzanmasına səbəb olacaq.

Analitiklərin sözlərinə görə, Putinin Suriya lideri ilə görüşü Əsəd hakimiyyətini möhkəmləndirə bilər. ABŞ siyasətçiləri hesab edirlər ki, Putinin Əsədə dəstəyi münaqişənin siyasi həllini son dərəcə mürəkkəbləşdirə bilər. Rusiya və İran Suriya probleminin çözülməsində əsas oyunçuya çevrilir.

Vurğulayaq ki, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə bu münaqişəyə cəlb olunumuş ərəb koalsiyası ölkələri Rusiyanın Bəşər Əsəd rejiminə hərbi yardımının arta biləcəyindən ehtiyat edir. Onlar hesab edirlər ki, Suriyanın gələcəyi Bəşər Əsədlə bağlı olmamalıdır.

Lakin indi Moskvanın Suriya prezidentini dəstəkləməsi onları narahat edir. Ərəb ölkələrində hesab edirlər ki, Dəməşq bütün bunları, onların Suriyadakı strategiyasının iflası və İranın regionda güclənməsi kimi qəbul edəcək. Kremlin niyyəti Suriyanın dövlət kimi qorunub saxlanması və İŞİD-ın sıradan çıxarılmasıdır.

Vladimir Putin və Bəşər Əsəd görüşünü şərh edən analitiklər hesab edirlər ki, bu addım Suriyanın siyasi gələcəyində Moskvanın mühüm rolunun saxlanılması və Amerikanın əl ata biləcəyi hərbi imkanlar diapozonunun məhdudlaşdırılması məqsədi daşıyır. Kreml bunu edə bilsə, Suriyanın gələcəyi, çox ehtimal ki, Moskva tərəfindən diqtə olunacaq.

Bu isə o deməkdir ki, Putin Əsədi məhz indi dəstəkləməli və uğura imza atmalıdır. Onu da unutmaq olmaz ki, gələn il Rusiyada prezident seçkiləridir və Suriyada açıq qələbə Putinə vacibdir.

Vaşinqtonda da Kremlin addımlarını hesablaya bilirlər. Trampın Suriyaya dair yeni strategiyası ərəb ölkələrinin dəstəyinə nail olmaqdır. Bu məsələdə uduzan tərəf Ankara ola bilər.

Bu baxımdan, Türkiyənin son zamanlar atdığı addımlar da həm Qərb, həm də Rusiya üçün həssaslıqla izlənilir. Ərdoğanın anti-Amerika kartı xeyli suallar doğurur. Qeyri-sabit davranışı Ərdoğanı NATO daxilində etibarsız tərəfdaş edib. Bu baxımdan, Ərdoğan daha çox Putinin atacağı addımları dəstəkləmək zorundadır.

Президент РФ Владимир Путин и президент США Дональд Трамп
© Sputnik / Михаил Климентьев

Xatırladaq ki, Rusiyanın 2015-ci ildə Suriya münaqişəsinə hərbi müdaxiləsinin bir neçə səbəbi var idi. Bəşər Əsəd rejiminin ağır vəziyyətdə olması Rusiyanın Yaxın Şərqdəki əsas dayaq məntəqəsinin yoxa çıxması anlamına gəlirdi və bu təhlükənin də aradan qaldırılması üçün yeganə çarə hərbi müdaxilə idi.

Beynəlxalq sanksiyaların fonunda Rusiya prezidenti Vladimir Putin Suriya məsələsində daha aktiv mövqe tutaraq Qərb ölkələrini, xüsusən də ABŞ-ı əməkdaşlığa məcbur etmək niyyətində idi və Rusiya bu məqsədinə çatdı. Rusiya anti-terror koalisiyasının digər üzvləri ilə eyni danışıq masası arxasına oturmağa müvəffəq oldu. Beynəlxalq hüquq təşkilatlarının və BMT-nin hərbi müdaxilənı açıq şəkildə pisləmələrinə baxmayaraq Rusiya müdaxilənin "Suriya tərəfinin dəvəti ilə" təşkil edildiyi versiyasını səsləndirməkdə davam edir.

Rusiyanın Suriya münaqişəsindən qalib çıxmaq şansı var. Əgər qarşıya qoyulan əsas məqsədlərin, heç olmasa bir hissəsi həyata keçirilsə, bu, Moskvanın müttəfiqlərlə danışıq masasında mövqeyini daha da gücləndirəcək. Nəticədə Moskva da öz şərtlərini diktə edə biləcək. Bu gün Putinin dəstəyini qazanmaqla Əsəd öz hakimiyyətini qorumuş olur. Kreml açıq oyuna başlayır və bu mərhələdə qələbə qazanır…

Əlaqədar

Türkiyədən sərt açıqlama: Suriya ABŞ-a ikinci Vyetnam olacaq
İŞİD-in Suriyadakı son dayaq nöqtəsi azad edilib
"Avropa Bosniyada öldü, Suriyada torpağa basdırıldı"
Suriya ordusu daha bir zərbəni cənub qonşusundan aldı
Teqlər:
ölkə, Türkiyə, münaqişə, Qərb, dövlət, Suriya, Vladimir Putin, prezident, Rusiya, Bəşər Əsəd

Əsas mövzular