QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan bu dəfə də ümidləri puça çıxardı

© REUTERS / Denis BalibousePrezidentlər İlham Əliyev ilə Serj Sarkisyanın Cenevrədəki görüşü
Prezidentlər İlham Əliyev ilə Serj Sarkisyanın Cenevrədəki görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmsədr dövlətlər Ermənistanın işğalçı siyasətinə öz mövqelərini bildirməlidirlər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. "Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə zirvə görüşü normal keçdi. Əsas məsələ odur ki, görüş mütləq qaydada olmalı idi və bu, baş tutdu".

Bu sözləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev Sputnik Azərbaycan-a açıqlamasında deyib. Millət vəkili bildirib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar prosesi nəticəsində sülh yolu ilə öz həllini tapmalıdır.

Prezidentlər İlham Əliyev ilə Serj Sarkisyanın Cenevrədəki görüşü - Sputnik Azərbaycan
SİYASƏT
Prezidentlərin görüşündən ilk bəyanat: razılıq var

"Təəssüflər olsun ki, bu, baş verməyib. Amma düşünürəm ki, yaxın gələcəkdə biz bunun şahidi ola biləcəyik. Ona görə ki, Azərbaycan konstruktiv mövqedən çıxış edir" — o deyib.

Rzayevin sözlərinə görə, Minsk Qrupu dövlətlərinin da marağında olmalıdır ki, bu məsələ sülh yolu ilə həllini tapsın: "Xüsusilə də, həmsədr dövlətlər Ermənistanın işğalçı siyasəti ilə bağlı öz mövqelərini bildirməlidirlər. Təəssüflər olsun ki, bu hal hələ də baş verməyib".

"Ancaq düşünürəm ki, yaxın gələcəkdə bunu həll etmək mümkün olacaq. Ona görə ki, Azərbaycan haqlı sözün sahibidir və ölkəmiz bu problemi sülh yolu ilə həll etmək istəyir" – deyə R. Rzayev bildirib.

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında, münaqişənin həlli üçün hələ də bir ümidin yaranmadığını deyib: "Hesab edirəm ki, hələlik situasiyada ciddi bir dəyişiklik yoxdur. Ermənistanın mövqeyində hansısa bir dəyişiklik yoxdur".

"Üstəlik, erməniləri dəstəkləyənlərin də mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Ona görə, bu görüşlər sadəcə sülh danışıqları üçün imitasiya xarakteri daşıyır" — F. Mustafa vurğulayıb.

Onun sözlərinə görə, dövlət başçısı onsuz da Azərbaycanın prinsipial mövqeyindən geri çəkilməyəcəyini və işğalçıya güzəşt edilməyəcəyini dəfələrlə bəyan edib: "Ermənistan da işğalçı siyasətindən əl çəkməyəcəyini açıq-aşkar göstərir. Çünki himayədarları Ermənistana geri çəkilməyə icazə vermir. Belə bir vəziyyətdə, belə görüşlərdən bir yenilik gözləmək mümkün deyil".

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə də sözügedən görüşü Sputnik Azərbaycan-a şərh edib. "Həmsədrlərin optimist bəyanatlarını dəfələrlə eşitmişik və 25 ildir ki, bu danışıqlarda heç bir nəticə yoxdur" — deyə deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti münaqişəni sülh yolu ilə həll etmək üçün dəfələrlə bu danışıqlarda iştirak edib: "Ermənistan beynəlxalq təzyiqlərin nəticəsində yenə də danışıqlar masasına qayıtmağa məcbur olub. Bu, o deməkdir ki, onlar yenə də danışıqların imitasiyası ilə məşğul olacaqlar. Ermənistanın hansısa sülh istiqamətində addım atmasına inanmıram. Danışıqlardan sonra Sarkisyanın verdiyi bəyanat bunu yenə də təsdiqləyir".

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşündən sonra xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşün konstruktiv mühitdə keçdiyini ifadə ediblər.

Xəbər lenti
0