06:58 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
TƏHLİL
Qısa URL
208 0 0

"Osmanlı həmin torpaqları o şərtlə İraqa verib ki, heç vaxt ərazi bütövlüyü pozulmasın"

BAKI, 16 oktyabr — Sputnik. İraq ordusunun Kərkük vilayətində əməliyyat keçirməsi və strateji bölgələri geri alması haqda məlumat vermişdik. Son olaraq Kərkük hava limanı da peşmərgədən geri alınıb.

Sputnik xəbər verir ki, xalq şəhərə daxil olan İraq əsgərlərini böyük sevinclə qarşılayıb. İraq ordusuna qarşı vuruşan təkcə Kürdüstan Muxtar Vilayətinin əsgərləri yox, həm də PKK terrorçularıdır.

Amerika Birləşmiş Ştatları hərbi qarşıdurmadan ciddi narahat olduqlarını açıqlayıb. Digər bir açıqlama Türkiyənin Xarici İşlər Nazirliyindən gəlib. "Şimali İraq regional rəhbərliyinin konstitusiyanı pozaraq, qanunsuz referendum keçirməsindən sonra, İraq ordusunun ölkənin ərazi bütövlüyünü qorumaq üçün başlatdığı əməliyyatı dəstəkləyirik" — Türkiyə XİN bəyan edib.

Mövzunu Sputnik Azərbaycan-a şərh edən millət vəkili Asim Mollazadə deyib ki, baş verənlərin günahkarı, özbaşına müstəqillik referendumu keçirən Kürdüstan Muxtar Vilayətinin rəhbərliyidir: "İraq ordusunun Kərkükə başlatdığı əməliyyatın səbəbi, ölkənin şimalındakı regional kürd muxtariyyətinin özbaşına müstəqillik referendumu keçirməsidir. Mərkəzi hökumət qeyri-qanuni referenduma reaksiya göstərib".

"Bu cür separatçı proseslərin qarşısı alınmalıdır. Türkiyə və Azərbaycan üçün Kərkük olduqca mühümdür. Çünki orada bizim türkmən qardaşlarımız yaşayır. Onların təhlükəsizliyi narahatlıq doğurur" — millət vəkili bildirib.

A. Mollazadə əlavə edib ki, İraqda ikinci dövlətin yaradılmasına Ankara imkan verməyəcək: "Söhbət İraq dövlətinin parçalanmasından gedir. Türkiyə İraqla sərhəd dövlətdir və həmin ölkənin ərazisində ikinci bir dövlətin qurulmasına imkan verməyəcək".

Politoloq Elçin Mirzəbəyli də Sputnik Azərbaycan-a deyib ki, İraq ordusunun əməliyyata başlaması tamamilə doğru addımdır: "İraqın Kərkükdə əməliyyat keçirməyə hüquqi əsasları var. Bu, ölkənin ərazi bütövlüyünün qorunub saxlanması baxımından vacibdir".

Ekspert diqqətə çatdırıb ki, Kərkük eyni zamanda neft, zəngin enerji ehtiyyatları ilə bol olan regiondur: "Düşünürəm ki, İraq ordusu geri çəkilməyəcək. Üstəlik, təkcə Kərküklə də kifayətlənməyəcək. Ümumilikdə ölkənin şimalındakı regional rəhbrəliyin idarə etdiyi torpaqlar da mərkəzi hökumətin idarəçiliyinə keçənədək əməliyyat davam edəcək. Çünki orada qanunsuz müstəqillik referendumu keçirilib".

"Hər kəs bilir ki, indiki İraq ərazisi vaxtilə Osmanlı imperiyasının ərazisi olub. Osmanlı həmin torpaqları o şərtlə İraqa verib ki, heç vaxt ərazi bütövlüyü pozulmasın. Beynəlxalq müqavilələrdə də bu, öz əksini tapıb. İstər "Lozanna" sülh müqaviləsi, istər 1946-ci il BMT yaradılanda, istərsə də 1984-cü ildə imzalanan sənədlərdə İraqın ərazi bütövlüyünə vurğu edilir. Əks halda Türkiyənin haqqı var ki, hərbi müdaxilə edərək İraqın torpaq bütünlüyünü təmin etsin" — Elçin Mirzəbəyli əlavə edib.

Əlaqədar

İraq ordusu Kərkükdə strateji məntəqələri ələ keçirdi
Kərkükdə hökumət qüvvələri ilə separatçılar arasında toqquşmalar olub
Ərdoğanın o sözləri Kərkükdə divarlara yazıldı
İraq əsgərləri Kərkükün bir addımlığında
Parlamentin qərarı Kərkükün taleyini dəyişə bilər
İŞİD-in Kərkükə hücumu nəticəsində azı 80 nəfər ölüb
İŞİD bu dəfə Kərkükü qana boyadı
Teqlər:
Elçin Mirzəbəyli, dövlət, Azərbaycan, müstəqillik referendumu, Asim Mollazadə, Sputnik Azərbaycan, Türkiyə, əməliyyat, Kərkük, ordu, İraq

Əsas mövzular