13:40 24 Oktyabr 2017
Canlı yayım
Kürdüstanda keçirilən referendumunun plakatının çapı, Ərbil, 26 avqust 2017-ci il

Dünyanın "yaralı yerləri" üçün qorxulu presedent

© REUTERS/ Azad Lashkari
TƏHLİL
Qısa URL
447 0 0

Və ya Kataloniya və Kürdüstandakı referendumlar niyə fərqləndirilir?

Fuad Həsənov, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. "Kürdüstan"dakı müstəqillik referendumu əvvəlcədən planlaşdırılmış prosesin davamıdır. Kataloniyada isə vəziyyət başqa cürdür". Bu sözləri Sputnik Azərbaycan-a, İspaniya və İraqda keçirilən referendumları şərh edən politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, İraqın şimalında keçirilən referendumda böyük güclərin rolu olduğu hiss edilir: "İraqın şimalındakı Kürdüstan muxtar vilayətində keçirilən referendumda böyük güclərin əli olduğu hiss edildi. Kürdüstan məsələsi əvvəlcədən planlaşdırılmış prosesin davamıdır. Bu, ABŞ-ın "Böyük Yaxın Şərq" planında xüsusi yer tutur".

"İraqın üç yerə — sünni, şiə və kürdlərə bölünməsi Amerikanın əvvəlcədən qurduğu plana uyğundur. Məhz bu səbəbdən Kürdüstandakı referenduma o qədər də ciddi maraq göstərilmədi, əhəmiyyət verilmədi" — politoloq bildirib.

"Burada bir məqam da var ki, İŞİD terrorçularına qarşı mübarizədə qlobal güclər kürd döyüşçülərdən istifadə etdilər. Hətta kürdlərə imkan tanıdılar ki, terrorçulardan azad edilən əraziləri "Kürdüstan"a qatsınlar. Bu, planlı addım idi" — o, əlavə edib.

Nağıyev Kataloniyadakı referenduma baxışın tamamilə fərqli olduğunu diqqətə çatdırıb: "Bu referendum Avropada millətçilərin hakimiyyətə gəlməsi, separatizm meyllərinin baş qaldırması deməkdir. Proses yavaş-yavaş digər qitə dövlətlərinə də təsir edə bilər".

Ekspertin sözlərinə görə, Kataloniyadakı referendum, separatizmə meylliliyi təşviq elədiyi üçün münasibət də fərqli oldu: "Avropanın mərkəzində hansısa bölgənin ayrılmasına yol vermək, artıq qitənin parçalanması deməkdir. Bu səbəblə Şimali İraq və Kataloniyadakı referenduma fərqli baxış, ikili standart hiss olunur".

Mövzuya "Baku Network" Ekspert Şurasının rəhbəri, siyasi şərhçi Elxan Ələsgərov da toxunub. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İspaniya konstitusiyasına görə, Kataloniya və digər muxtar vilayətlərin özbaşına müstəqillik referendumu keçirmək hüququ yoxdur.

"Nəticələr qanuni hesab olunmayacaq, yaxın zamanda heç bir dövlət onların müstəqilliyini tanımayacaq. Lakin Kataloniyada olan referendum digər ölkələrdə analoji referendumların keçirilməsinə, etnik zəmində gərginliklərə səbəb olacaq" — mütəxəssis vurğulayıb.

O, hesab edir ki, Şimali İraqda keçirilən referenduma münasibətdə də fərqlilik müşahidə olunmur: "Heç bir dövlət tərəfindən tanınmır. İraq dövləti "Kürdüstan"ı öz ərazisi sayır, dünya birliyi də bunu belə qəbul edir".

"Lakin proses İraqda gərginliyə səbəb olacaq. Kataloniyadan fərqli olaraq bu regionda vəziyyət daha pis hal ala bilər. Çünki savaşların aralıqsız davam etdiyi bölgədir. Üstəlik kürdlərin ordusu var. Ətrafda İŞİD-in silahlı birlikləri hələ də mövcudluğunu qoruyur. İran, Türkiyə və Suriyada böyük kürd icmaları yaşayır. Bir sözlə, Yaxın Şərq qarmaqarışıq bir yerdir" — Elxan Ələsgərov əlavə edib.

Əlaqədar

"Kürdüstan"ı dəstəkləyən azərbaycanlı məmurla bağlı Baş prokurora müraciət olundu
Ərdoğan kürdlərə müraciət etdi: "Aldanmayın"
Türkiyə və Rusiya prezidentləri "Kürdüstan" məsələsini müzakirə ediblər
"Kürdüstan"a uçuşlar tamamilə dayandırılacaq
Hacızadə: “Hansısa iri dövlət qondarma Kürdüstanın müstəqilliyini tanımayacaq”
Türkiyə "Kürdüstan"a qoşun yeridə bilər
Prezident ilk dəfə Kataloniyadan danışdı
Rusiyadan "Kataloniya" açıqlaması
Kataloniyada referendumun nəticələri elan edilib
Teqlər:
Kataloniya, millətçi, müstəqillik, Kürdüstan, İraq, Amerika, Avropa, İspaniya, referendum

Əsas mövzular