13:42 24 Oktyabr 2017
Canlı yayım
Kürd yaraqlıları

Türkiyədə narahatlıq: "Hələ əsl dəhşət qabaqdadır"

© AFP / Marwan IBRAHIM
TƏHLİL
Qısa URL
121020

"Bir azdan Yaxın Şərqdəki hazırki vəziyyətə şükür edəcəyik"

BAKI, 2 oktyabr — Sputnik. "Amerikanın Yaxın Şərq regionu üzərində hədəf və planları çərçivəsində, Rusiya istər-istəməz Türkiyə ilə daha çox yaxınlaşır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında, Vladimir Putinin ötən həftə Ankaraya səfərini dəyərləndirən türkiyəli politoloq Güngör Gökdağ deyib.

Siyasi şərhçi Güngör Gökdağ
© Foto: Güngör Gökdağ şəxsi arxivindən
Siyasi şərhçi Güngör Gökdağ

"Vladimir Putinin Türkiyəyə gerçəkləşdirdiyi ziyarət çox vacib idi. Putin-Ərdoğan görüşündə ikitərəfli əlaqələr və regional məsələlər masaya yatırıldı. Qarşılıqlı əlaqələrin istiqrarlı şəkildə davamı mövzusunda hər iki lider razılığa gəldi" — siyasi şərhçi bildirib.

Onun sözlərinə görə, bölgədəki dəyişikliklər və ABŞ-ın Yaxın Şərq regionu ilə bağlı planları Ankara ilə Moskvanın bərabər hərəkət etməsini labüd edir: "İraqın şimalında keçirilən referendum da bu faktı isbat edir. Vaşinqton kürdlərdən istifadə edərək, onlara müstəqillik sözü verərək, getdikcə bölgəyə daha çox yerləşir. Orta və uzun müddətli hədəflərinə çatmaq üçün regionu barıt çəlləyinə çevirir".

"Təsəvvür edin ki, bir azdan Yaxın Şərqdəki hazırki vəziyyətə şükür edəcəyik. Əsl dəhşət İraqın parçalanması və bu ölkənin şimalında, Vaşinqtona xidmət edən "müstəqil" Kürdüstanın qurulması ilə başlayacaq" — politoloq vurğulayıb.

Ekspertin qənaətincə, bu proses Rusiyanın maraqlarına qətiyyən uyğun gəlmir: "Amerikanın Rusiyaya bu qədər yaxınlaşması, Yaxın Şərqi öz istəyinə uyğun dizayn etməsi Moskvada mənfi gedişat olaraq dəyərləndirilir".

Güngör Gökdağ, Amerikanın planlarına qarşı durmaq və bu planları pozmaq üçün Rusiya — Türkiyə əməkdaşlığının şərt olduğunu düşünür: "Bu əməkdaşlıq həm iqtisadi, həm ticari, həm də siyasi-hərbi sahədə daha da inkişaf etməlidir. Rusiya ilə birlikdə hərəkət etmək Türkiyə üçün də vacibdir. Həmçinin Vladimir Putin Suriyada müharibəsiz bölgələrin təşkilinin son dərəcə çətin olduğunu deyərək, bunun bacarılmasında Rəcəb Tayyib Ərdoğanın rolunu xüsusi qiymətləndirdi".

"Türk axını" və "Akkuyu" atom elektrik stansiyası məsələlərində də əhəmiyyətli iş prosesi davam edir. Həm Putin, həm də Ərdoğan bu işlərin sürətlə yekunlaşmasına böyük diqqət yetirir. Rusiya Türkiyə üçün vacib müttəfiqdir" — Gökdağ əlavə edib.

Əlaqədar

Türkiyə və Rusiya prezidentləri "Kürdüstan" məsələsini müzakirə ediblər
"Kürdüstan"a uçuşlar tamamilə dayandırılacaq
Hacızadə: “Hansısa iri dövlət qondarma Kürdüstanın müstəqilliyini tanımayacaq”
Ərdoğanla Putin NATO-nu qıcıqlandıran addımı atdı
Rusiyadan ABŞ-a əks həmlə: Putin qərar verdi
Teqlər:
Sputnik Azərbaycan, kürd, plan, Ərdoğan, Vladimir Putin, Ankara, Amerika, Yaxın Şərq, Türkiyə, ABŞ

Əsas mövzular