Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Amerika öz içinə qapanır

© REUTERS / Carlos BarriaБелый дом, фото из архива
Белый дом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatların bir sıra ölkələrlə ciddi problemləri yarana bilər

BAKI, 4 avqust — Sputnik. ABŞ prezidenti Donald Tramp "hər şey Amerika və amerikalılar üçün!" şüarını realizə etməyə başlayıb. Belə ki, o, ildə 1 dəfə keçirilən "Qrin Kart" (Green Card) pulsuz lotoreya proqramından imtina təklifi ilə çıxış edib. Bununla bağlı Tramp administrasiyası yeni qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, lotoreya vasitəsilə ABŞ vətəndaşlığının verilməsi ləğv ediləcək və yalnız maliyyə imkanları yüksək olan şəxslər bu ölkədə daimi qala biləcək.

ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
"Qorxu Trampı belə bir addım atmağa məcbur edir"

Qeyd edək ki, "Qrin Kart" pulsuz lotoreya proqramı 1990-cı ildən fəaliyyət göstərir. Hər il bu vasitə ilə 50 mindən çox insan ABŞ vətəndaşlığını qəbul edir.

Rəsmi terminologiyaya əsasən, "Green Card" ABŞ-da daimi yaşamaq icazəsidir. Bu sənəd sahibinə ABŞ-da qanuni əsaslarla yaşamaq və səsvermə hüququ istisna olmaqla, ABŞ vətəndaşlarına şamil olunan bütün hüquqları əldə etmək imkanı verir. "Green Card" sahibinə ABŞ vizasını əldə etmək lazım deyil. Kart sahibi özünə rahat olan zaman ölkəyə gəlib-gedə bilər.

Yeganə əsas tələb bir təqvim ili ərzində 6 aydan az olmamaq şərti ilə ABŞ-da olmaqdır. Əgər "Green Card" sahibi 1 ildən artıq müddətdə ABŞ-da olmasa, geri dönən zaman (kartın olmasına baxmayaraq) o, ölkəyə buraxılmaya bilər. Əksər hallarda "Green Card" 10 illik müddətinə verilir. 5 ildən sonra isə kart sahibi ABŞ vətəndaşlığı əldə edə bilər.

Vətəndaşlıq əlavə üstünlüklər və ABŞ-da məcburi 6 ay yaşayış tələbinin ləğvi deməkdir. Kart sahibi bütün mövcud miqrasiya qanunlarına tabedir. Bu, o deməkdir ki, əgər miqrasiya xidməti şəxsin bu sənədi yalan məlumatlar, fırıldaq yolu ilə əldə etdiyi qənaətinə gəlsə və ya kart sahibi cinayət törətsə, "Green Card" ləğv oluna bilər.

Beləliklə, Tramp miqrantlarla bağlı sərt tədbirlər görmək niyyətindədir. O hesab edir ki, Birləşmiş Ştatlar bu sayda miqrant qəbul etməyə hazır deyil.

Lakin bütün səylərinə baxmayaraq, Trampın "Amerika məhsulları ABŞ-da istehsal olunsun" şüarının da reallaşacağı inandırıcı deyil. Transmilli şirkətlərin ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə, o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı.

Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Donald Trampın reytinqi düşdü

Tramp üçün önəmli olan silah və neft ticarətidir. Trampın hakimiyyətə gəlməsində və ya gətirilməsində bu iki amilin də müstəsna rol oynadığı istisna olunmur. Təsadüfi deyil ki, o, seçkiqabağı təşviqat çıxışıarının birində "Uoll Strit"in hərbi siyasətini tənqid edərək deyirdi: "NATO-nun fəaliyyəti mafiyasayağı təhlükəsizlik əvəzinə, xərac toplamaq əməliyyatı olmamalıdır".

Bununla da Tramp faktiki olaraq, NATO-nun müxtəlif xoflar yaradaraq, NATO üzvlərindən, yəni Avropa ölkələrindən külli miqdarda xərac topladığını etiraf edirdi. İşin ironik tərəfi isə ondan ibarət idi ki, Trampın NATO-nun xərac istismarından xilas etmək təklifi də Avropanı nəinki bu baş ağrısından qurtarmır, əksinə istismara razılığa yönləndirir.

Miqrantların Amerikadan qovulması da real deyil. Üç milyon insanı Amerikadan qısa müddətə çıxarmaq asan məsələ deyil. Ola bilsin ki, miqrantlara qarşı qanunları sərtləşdirsin, müvafiq tədbirlər görsün. Bundan sonra Amerikada sığınacaq almaq da son dərəcədə çətinləşəcək. Ən azı ona görə ki, üç milyon insanı qısa müddətdə ölkədən çıxarmaq Amerikanın özü üçün ciddi problemlər yarada bilər.

Birincisi, həmin şəxslərin deportasiya edilməsinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Bu da çox böyük məbləğdir. Digər tərəfdən, Donald Tramp miqrantlara bağlı verdiyi vədləri yerinə yetirməyə başlasa, özünün dediyi kimi, birinci müsəlmanlardan başlayacaq. Bu da miqrantların təmsil olunduqları ölkələrlə münasibətlərdə problemlər yaradacaq.

Onun bu addımı əvvəllər haqqında deyilən islamafob ittihamını və dini ayrı-seçkilik etdiyini sübuta yetirəcək, eyni zamanada ABŞ kimi bir dövlətin rəhbərinin sivlizasiyalararası və dünyadakı multikultural münasibətlərə qarşı olması kimi dəyərləndiririləcək. Bu da ABŞ-ın xarici siyasətində böyük problemlər yaradacaq…

Xəbər lenti
0