17:22 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Fətullah Gülən

Fətullah Gülən hansı dinə tapınır?

© AP Photo / Selahattin Sevi
TƏHLİL
Qısa URL
175620

"Xristianlar pis insanlar deyil, sizə, zövcələrinizə və uşaqlarınıza toxunmayacaqlar" deyən adam...

BAKI, 20 iyul — Sputnik. Azadlıq bu həyatdakı ən əziz şeydir. Müqəddəs kitabımız "Quran"da da bu faktor xüsusi qeyd olunur. Dinimiz köləliyi rədd edərək, zehni köləliyə də qarşı çıxır. Odur ki, heç kəs başqa birisinin düşüncələrini əsir ala bilməz. Bu xüsus ayələrin çoxunda özəlliklə vurğulanır.

Fətullah Gülən tərəfdarları isə İslam dininə tamamilə zidd davranaraq, "Quran"ın işarə etdiyi yoldan azaraq uzaqlaşıblar. Onlar fərdi düşünmək əvəzinə, öz ağıllarını kirayə veriblər. Bu zəlil insanlar haqq din olan İslamın, sadəcə bir nəfərin xidmətilə irəlilədiyini düşünürlər.

Bu təşkilat tərəfindən "Quran" və sünnəyə zidd, Allahın əmrlərinə tərs, təqva və ixlasdan uzaq saysız fətvalar verilib, dinin təməl əqidələri dəyişdirilib. İnsanı daha çox məyus edən isə ürəyinin təmizliyinə etiqad edərək, ruhunu Mehdi olaraq gördükləri Fətullah Gülənə təslim edən və onun sayəsində cənnətə düşəcəklərinə inanan xeyli tanınmış professor və general səviyyəsində zabitlərin var olmasıdır.

Halallar və haramlar, əmrlər və qadağalar açıq-aşkar bəlli ikən, hekayə, şərh və yuxu yozumları ilə tabe olanlara cənnət vəd edilir. Davamlı olaraq peyğəmbərlərlə görüşülüb, məsləhətləşmələr edildiyi söylənilərək, Allahın ayələri kimlərinsə məqsədinə alət edilir.

Adanada nəzarətə götürülən, təşkilatın milli təhsil imamı olduğu iddia edilən M.D. adlı şəxsin polisə verdiyi ifadə əslində hər şeyi göstərir. Həmin şəxs ifadəsində "Fətullah Gülən Peyğəmbərimizdən sonra gələn adamdır. O, "Quran"ın bəzi əskiklərini tamamlayır" deyib. Bu düşüncənin özü, Fətullah Gülən və ona xidmət edənlər İslamdan nə qədər uzaq olduğunu göstərir.

Kürəyini Amerikaya söyləyən, oradan bəslənən, bütün fəaliyyəti ilə Mərkəzi Kəşfiyyat İdarəsinin layihəsi olduğu aşkara çıxan, hansısa müsəlman ölkəsini yox, Pensilvaniyanı mərkəz görən, Türkiyə və İslam düşməni kimlər varsa, hamısından dəstək alan, ancaq müsəlmanların dəstəyini ala bilməyən qaranlıq bir təşkilat var ortada. Bu təşkilat dövlətin hüceyrələrinə qədər sirayət edərək, sirlərini ifşa etmiş, öz bürokratiyasını hiyləgərcə tamamlayaraq, Türkiyə üzərində əməlləri olanların mərkəzi halına gəlmişdir.

Çıxışlarının birində xaçlılara tərif yağdıran F.Gülən, "onlar pis insanlar deyil, sizə, zövcələrinizə və uşaqlarınıza toxunmayacaqlar" deyərək, sanki "Türkiyəyə xaricdən müdaxilə olacaq, onlara qarşı gəlməyin" kimi sözlər işlədib.

Yəhudi və xristianlarla qurulan ünsiyyət və isti münasibəti müsəlmanlardan əsirgəyən, yəhudi uşaqlarına ağlayarkən, fələstinli din qardaşına terrorçu deyən sözdə müsəlman din adamından bəhs edirik. Təbii ki, bu adama inanan qəlbi təmiz, saf minlərlə insan var ki, onları da ayıltmaq lazımdır.

Yalan, böhtan yaymaq, qul haqqına girmək, rəqiblərini şərləyərək vicdansızca qaralama kampaniyası aparmaq, kasetlərlə, təhdid və şantajla insan həyatlarını qaraltmaq, təşkilat üçün adi qarşılanır. Yetər ki, məqsədə nail olunsun.

15 iyul gecəsi isə zalımcasına xalqın üzərinə tanklar göndərən, döyüş təyyarələri və helikopterlərlə günahsız vətəndaşlara güllə və bomba yağdıran bu canilərin İŞİD terrorçularından heç bir fərqi yoxdur.

Ona görə də, Türkiyə Cümhuriyyəti FETÖ şəbəkəsi ilə aralıqsız mübarizəsinə davam etməlidir.

Əlaqədar

Fətullah Gülən vətəndaşlıqdan çıxarıldı
Fətullah Gülən Türkiyəyə təhvil verilərsə...
Fətullah Gülənə ağır zərbə
Zirəddin Rzayev Fətullah Gülənə ölüm diaqnozu qoydu
Fətullah Gülən rus səfirin öldürülməsindən danışdı
Fətullah Gülənin ABŞ-dakı məktəbləri bağlandı
Teqlər:
"Quran", FETÖ, Fətullah Gülən, İslam dini, təşkilat

Əsas mövzular