QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan – Qərb münasibətlərində yeni dövr başlayır

© Sputnik / Murad OrujovBayraq meydanı, arxiv şəkli
Bayraq meydanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflərin mövqeləri daha da yaxınlaşır və bu, Azərbaycanın milli maraqlarına uyğundur

BAKI, 19 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev iyulun 17-də Latviya-Azərbaycan biznes forumunda çıxışı zamanı bir sıra mühüm bəyanatlar verdi. Ölkə rəhbəri Bakının Avropa ilə münasibətlərinin inkişafını önəmli adlandırdı. Sözügedən açıqlamalar yalnız Azərbaycan – Latviya münasibətləri baxımından deyil, eyni zamanda Bakının Qərblə əməkdaşlığı müstəvisində maraq doğurur.

Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda - Sputnik Azərbaycan
"Bu gündən etibarən Latviya və Azərbaycan strateji tərəfdaş hesab olunurlar"

Vurğulayaq ki, Qərb artıq Bakı ilə münasibətlərində təzyiq dilində danışmır. Azərbaycanın tənqid edilməsi artıq müzakirə predmeti olmaqdan çıxmaqdadır. 2016-cı ildə keçirilən referendumdan sonra Bakıya qarşı demək olar ki, heç bir təzyiq olmayıb.

ABŞ-da prezident seçkilərində Tramp qələbə çaldı. Bununla da Azərbaycan-Amerika münasibətində yeni bir dövr başlayır. Vaşinqton Bakı ilə dialoqda maraqlı olduğunu nümayiş etdirir. İstanbulda prezident İlham Əliyevin ABŞ dövlət katibi Tillersonla görüşü həmin dialoqun nəticəsi idi. Yəni, ondan öncə məsələlər müzakirə olunub, tərəflər bir araya gəlib və bu görüş baş tutub.

Həmin görüşdə demokratiya, islahatlar, insan haqları məsələləri müzakirə olunub. Bu, Amerika-Azərbaycan münasibətlərində ən mühüm bir gündəlikdir. Araşdırmaçılar bəyan edirlər ki, Azərbaycan müxtəlif istiqamətlər üzrə "Yol xəritəsi" hazırlayıb və öz həllini gözləyir. İnsan haqları, açıq hökumət və başqa sahələrdə yeni sənədlər hazırlanır. Avropa Birliyi ilə yeni sazişin hazırlanması prosesi də gedir. Struktur islahatları gündəmdədir.

ABŞ-ın və Rusiyanın regionda açıq şəkildə toqquşması da səngiyib. Hamburqda ABŞ və Rusiya prezidentləri arasındakı görüşün nəticələri iki tərəfdən, əsasən də ruslar tərəfdən daha optimist, daha müsbət qiymətləndirilib.

ABŞ dövlət katibi Tillersonla prezident İlham Əliyevin görüşü də onu göstərir ki, Hamburqda konkret razılıq əldə edilib və bu danışığın nəticəsində İstanbul görüşü baş tutub.

Ermənistan tərəfi isə bəyan edib ki, bu ilin noyabrında Brüsseldə Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Avropa Birliyi ilə yeni bir sazişin imzalanmasına hazırlaşır. Qeyd edirlər ki, artıq Rusiya buna razılıq verib. Rusiya, o cümlədən Azərbaycanın da Avropa Birliyi ilə yeni saziş imzalamasına etiraz etmir.

Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ dövlət katibi Reks Tillersonun görüşü - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev ABŞ dövlət katibi ilə görüşdü

Bu, yeni bir vəziyyətdir, yeni bir dövrdür. Burada tərəflərin mövqeləri daha da yaxınlaşır. Əslində, bu, Azərbaycanın milli maraqlarına uyğundur. Belə məqamda "Bütün bu məsələlər Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək" sualı çıxır ortaya. ATƏT-in Mnsk qrupunun həmsədr dövlətləri münaqişəsinin Madrid prinsipləri əsasında, Helsinki Yekun aktına uyğun dinc yolla, yəni Dağlıq Qarabağda referendum keçirməklə nizamlanmasını istəyir.

Bu, Azərbaycanın müstəqilliyi və suverenliyi prinsiplərinə nə qədər uyğundur? Qeyd edək ki, ATƏT-in Minsk qrupu yaranan gündən bu problemin sülh yolu ilə həlli həmişə prioritet olub. Heç nə dəyişməyib. Azərbaycan bunu qəbul edib və Ermənistan da bunu bəyan edir. Amma fərqlər var, Azərbaycan hər dəfə kompromis yollar təklif edir, Ermənistan tərəfi isə ancaq bir mövqedədir — Dağlıq Qarabağın müstəqilliyi və ondan başqa heç nə.

Ermənistan tərəfinin münasibəti qərəzlidir. Bunu həmsədrlər də etiraf etməyə başlayıb. Ona görə də Azərbaycan tərəfi gücdən istifadə edir və Zəhranın qisasının alınması daha böyük gücdən istifadə edilə biləcəyi xəbardarlığı kimi də qəbul edilə bilər.

İrəvanı kompromisə gətirmək üçün ona qarşı tərəfin güclü olmasını sübut etmək lazımdır. Bu, çox vacib amildir. Çünki Ermənistan hesab edir ki, Qarabağı və ətraf rayonları müharibə yolu ilə əldə edib, onlar heç vaxt məğlub ola bilməzlər, istəsələr, Azərbaycanı məğlub edərlər.

Ona görə də bu mövqe onlara hansısa bir kompromisə getməyə imkan vermir. Gücün göstərilməsi kompromisə getmək şanslarını daha da çoxaldır. Hesab edirəm ki, bunu təkcə Azərbaycan yox, həmsədrlər də başa düşür. Bu baxımdan, Bakının gücünü nümayiş etdirməsi zamanı çatıb…

Xəbər lenti
0