Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ - Rusiya gərginliyi nələrə səbəb olacaq?

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidФлаги России и США в аэропорту "Внуково-2", фото из архива
Флаги России и США в аэропорту Внуково-2, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın yeni düzəni qurulmaqdadır və bu düzəni qurmaq üçün çox qanlar axıdıla bilər

BAKI, 23 iyun — Sputnik. Həftə ərzində ABŞ və Rusiya arasında "təyyarə böhranı" yaşandı. ABŞ və Rusiya səmada qarşı-qarşıya gəldi. Ardınca, Baltik dənizi üzərində NATO-ya aid bir qırıcı, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun da içərisində olduğu təyyarəyə yaxınlaşmağa çalışdı. Lakin, Şoyqunun təyyarəsini müşayiət edən bir rus qırıcısı NATO təyyarəsini ərazidən uzaqlaşdırdı.

US RC-135 kəşfiyyat təyyarəsi - Sputnik Azərbaycan
ABŞ və Rusiya səmada qarşı-qarşıya gəldi

Bundan başqa, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya ordusuna aid bir qırıcı təyyarənin Baltik dənizi üzərində uçan ABŞ kəşfiyyat təyyarəsinin, təxminən 1,5 metr yaxınından keçdiyini açıqlayıb. Hadisənin Kalininqradın, təxminən 40 kilometr yaxınlığında, beynəlxalq hava sahəsində yaşandığı bildirilib. Hadisəni təhlükəli olaraq xarakterizə edən ABŞ səlahiyyətliləri, rus pilotun çox sürətli uçduğunu və idarəetmənin zəif olduğunu söyləyiblər. Rusiya isə ABŞ təyyarəsinin rus qırıcılarına qarşı təhrikedici hərəkət etdiyini iddia edib.

Beləliklə, Qərb mətbuatının yazdığına görə, ABŞ prezidenti artıq Rusiyaya qarşı yeni, daha ağır sanksiyaların tətbiqinə qərar verib. Kreml də ölkə iqtisadiyyatının daha ağır sınaq qarşısında olduğunu etiraf edib. Proqnozlar bədbindir, neftin qiyməti dünya iqtisadiyyatı üçün kritik həddə düşə bilər.

Artıq dünyanın bir sıra siyasi tədqiqat mərkəzləri, beynəlxalq səviyyəli aparıcı mütəxəssislər neftin qiymətinin düşməsinin iqtisadi səbəblərdən çox, siyasi amillərə söykəndiyini etiraf edir. Yəni bir az cəsarətli olsaq, hər şeyi öz adı ilə çağırsaq, bu proses idarə olunandır və faktiki olaraq ABŞ-ın Avropa Birliyinin (AB) dəstəyi ilə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların davamıdır.

Məlum olduğu kimi, yaxın keçmişdə neftin qiymətini OPEC iqtisadi rıçaqlarla tənzimləyirdi, qiymətlər düşəndə hasilatı salır, qiymətlər qalxanda qaldırırdı. Hazırda isə qiymətlərin düşməsi iqtisadi səbəblərdən çox siyasi amillərə söykəndiyindən, prosesi iqtisadi rıçaqlarla tənzimləmək mümkün deyil. Ekspertlər siyasi amillərin sırasında ilk növbədə ABŞ-ın neft hasilatını kəskin artırdığını göstərirlər.

Statistika da bunu deyir: ABŞ-da neft hasilatı gündəlik 2 milyon bareldən 3 milyon barelə qaldırılıb və bu ilin sonuna kimi 13 milyon barelə (müttəfiqlərinin dəstəyi ilə!) çatdırılacaq. OPEK ölkələri də hasilatı azaltmayıb, burada da artım müşahidə olunur. Bunun nəticəsində bazarda tələb təklifi üstələyir və neftin kəskin ucuzlaşması davam edir.

Американский всепогодный тактический истребитель McDonnell Douglas F-15 - Sputnik Azərbaycan
RUSİYA
NATO qırıcısı Sergey Şoyqunun təyyarəsinə həmlə edib

Göründüyü kimi, ilk baxışdan Rusiyaya qarşı ABŞ-OPEC tandeminin yarandığını güman etmək olar. Amma OPEC-in tərkibinə nəzər salsaq, bu tandemin mümkünlüyünə şübhə yaranır. Hazırda OPEC-in tərkibinə 12 ölkə daxildir: İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola. Bu ölkələrdən ən azı ikisi — İran və Venesuela Rusiyanın yaxın dostu, ABŞ-ın qatı düşmənidir və onların axırıncı ilə işbirliyinə getməsi, ən azı, hazırkı maraqlar çərçivəsində mümkün deyil.

Venesuela və İran həm də təsdiq olunmuş neft ehtiyatlarına görə, müvafiq olaraq, dünyanın 1-ci və 3-cü ölkələridir. OPEC-də də, bütün beynəlxalq təşkilatlarda olduğu kimi, qərarlar adi səs çoxluğu (azlığın hüquqlarının pozulması) ilə deyil, ümumi razılıqla (konsensus) qəbul olunur. OPEC ölkələrinin yarıdan çoxunun (İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və s.) Rusiya ilə sıx ticari və siyasi əlaqələrinin olduğunu da nəzərə alsaq, bu tandemin mümkünsüzlüyünə tam əmin olarıq. Eyni zamanda, OPEC ölkələrinin strategiyası budur ki, ənənəvi hasilatla məşğul olan ölkə və ya şirkətlər öz bazar payını qorumalıdır.

Bu arada, İŞİD qruplaşması Əfqanıstanın şimalında Türkmənistanla sərhəddə yerləşən Cauzcan əyalətinin Derzabe rayonunu ələ keçirib. Məlumata görə, minlərlə ailə öz evini tərk etməyə məcbur olub. Bundan əvvəl terrorçular Derzabe və Qoşdepe kəndlərini ələ keçirmişdilər.

Cauzcan əyaləti Polis İdarəsinin rəisi Rəhmətullah Türküstani isə rayonda Əfqanıstan ordusu ilə terrorçular arasında şiddətli döyüşlərin getdiyini, İŞİD-in Derzabeni tam ələ keçirmədiyini bildirib. İŞİD Türkmənistan sərhədinə çatıb. Bir sonrakı hədəf Türkmənistan və Özbəkistan ola bilər.

Yəni, TANAP layihəsi təhlükə altına düşə bilər. Bir sözlə, dünyanın yeni düzəni qurulmaqdadır və bu düzəni qurmaq üçün çox qanlar axıdıla bilər…

Xəbər lenti
0